Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-207/2025 14.03.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X4 Arif oğlunun sədrliyi, Nağızadə Nanə Vüsal qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs nümayəndəsi, Vəkil iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, X3 küçəsi, ev 11b, mənzil 49 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsindən DYPŞ tərəfindən 23 dekabr xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsi tərəfindən tərtib olunmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmiş inzibati xəta haqqında material aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair işin baxılması isə Bakı Hərbi Məhkəməsinin səlahiyyətlərinə aiddir. İşin bu hissədə hakim tərəfindən baxılmasını istisna edən hallar olmamışdır. Materialdan görünür ki, Şəxs 09 yanvar 2025-ci il tarixdə, saat 07:39 radələrində idarə etdiyi “Mercedes” minik markalı, “**-HG-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarkən saxlanılmış, yoxlama zamanı sərxoş halda olduğu aşkarlanmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” №İXP6810338 protokoldan görünür ki, “Ace-Z” markalı 642042 nömrəli cihaz vasitəsi ilə sürücü Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onda alkoqolun konsentrasiyası həmin cihazın ekranında 0.414 promil qeyd olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs vəkili Vəkil qeyd etdi ki, Şəxs X2 işləyir, hərbçidir. O, işə gedərkən barəsində sözügedən protokol tərtib olunmuşudur. Həmin vaxt polis əməkdaşları onu saxlayıb yoxlamışlar və onun içkili olmadığı müəyyən olunmuşdur. Polis əməkdaşları onu buraxacaqlarını, amma onun saxlanıldığı vaxt kameraya düşdüyü üçün ərizə yazmalı olduğunu, sonra avtomobilin cərimə meydançasına aparılacağını bildirmişlər. Şəxs polis əməkdaşlarına ya onlarla birlikdə, ya da özünün gedib müayinə olunmasını demişdir. O, ərizəni yazarkən aldandığını başa düşüb, avtomobilini verdikdən sonra özü müayinədən keçmişdir. Əslində isə o, içkili vəziyyətdə olmamışdır. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs təqsiri özünün izahatları ilə yanaşı, xüsusi texniki vasitədən istifadə etməklə müəyyən edilmiş və şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 07:41-də saxlanılaraq xüsusi texniki vasitədən istifadə etməklə sərxoşluğu müəyyən edilmiş və Şəxs izahatında sərxoş olduğunu etrif edərək imza etmişdir. Bundan 2 saat sonra yenidən analiz verməklə sərxoşluğunun olmamasına dair müayinə protokolunun almasına gəldikdə məhkəmə hesab edir ki, şəxs izahat yazarkən ona qarşı hər hansı təzyiq edilməsi mübahisələndirilmir, könüllü olaraq izahatı yazaraq imza etmişdir. Bundan iki saat sonra müayinədən keçərək sərxoşluğun müəyyən edilməməsi möhtəbər sübut kimi qəbul edilə bilməz. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilmə şəraitini, şəxsiyyətini, nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Həbi Məhkəməsi vsaitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-207/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-207/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver