Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-254/2025 12.03.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili X3 Bakı Hərbi Prokurorunun köməkçisi X4, xx.xx.N005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İsmayıllı rayonu, Talıstan ərazi dairəsi, Talıstan kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli hərbi qulluqçusu, əsgər, hazırda ehtiyata buraxılmış, işləməyən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X8 tərəfindən 1N mart N0N5-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Tahirov XN Hallar Nazirliyinin Bakı şəhəri ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin xilasetmə taborunun N-ci xilasetmə bölüyünün təxliyyə taqımının sanitarı vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən xx.xx.N0N4-cü il tarixdə, saat 08 radələrində onunla tabelik münasibətlərində olmayan həmin manqanın sanitarı vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs ona səhər yeməyindən qayıdan zaman siqaret çəkməsinə icazə verməməsinə əsəbiləşdiyindən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib sol ayaq nahiyəsinə bir təpik zərbəsi vurmaqla zor tətbiq etmişdir. Bakı Hərbi Prokurorunun köməkçisi X6 məhkəməyə bildirdi ki, Tahirov XN Hallar Nazirliyinin Bakı şəhəri ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin xilasetmə taborunun N-ci xilasetmə bölüyünün təxliyyə taqımının sanitarı vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən xx.xx.N0N4-cü il tarixdə, saat 08 radələrində onunla tabelik münasibətlərində olmayan həmin manqanın sanitarı vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs ona səhər yeməyindən qayıdan zaman siqaret çəkməsinə icazə verməməsinə əsəbiləşdiyindən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib sol ayaq nahiyəsinə bir təpik zərbəsi vurmaqla zor tətbiq etmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini, Şəxs 10 gün müddətində inzibati həbs edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, törətdiyi əməldən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən Şəxs bağışlanılmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Tahirov XN Hallar Nazirliyinin Bakı şəhəri ərazisində dislokasiya olunmuş N nömrəli hərbi hissənin xilasetmə taborunun N-ci xilasetmə bölüyünün təxliyyə taqımının sanitarı vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən xx.xx.N0N4-cü il tarixdə, saat 08 radələrində onunla tabelik münasibətlərində olmayan həmin manqanın sanitarı vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs ona səhər yeməyindən qayıdan zaman siqaret çəkməsinə icazə verməməsinə əsəbiləşdiyindən Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədib sol ayaq nahiyəsinə bir təpik zərbəsi vurmaqla zor tətbiq etmişdir. Beləliklə, Şəxs oğlu yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi inzibati xətasını törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o həmin maddə ilə məsuliyyətə cəlb edilməli, tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 61N.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi — on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin N1-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən edilməmiş, əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 61N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri “Universal” Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X5 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 1N9 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 1N mart N0N5-ci il tarixdən, saat 14:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin X9 X1 həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə, prokurora və Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-254/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-254/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver