Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-289/2025 11.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X6 Arif oğlunun sədrliyi, Nağızadə Nanə Vüsal qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə, Şəxs xx xxxxxx 1995-ci il tarixdə Naxçıvan MR Şərur rayonu Aşağı Yaycı kəndində doğulmuş, Heydər Əliyev adına Hərbi İnstitutunda qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Memar Əcəmi küçəsi ev 41 faktiki yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, sözlərindən məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin kiçik gözətçi gəmisi G127 gəmi komandirinin köməkçisi, baş leytenant. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X5 14 mart 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 2023-cü ilin noyabr ayında X4 1000 manat məbləğin üzərinə faizlər hesablamaqla 6 ay müddətində hər ay 200 manat olmaqla ümumilikdə 1200 manat məbləğində pulu X1 alaraq sonuncuya 200 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilənlərlə razıdır, zərərçəkmiş şəxs X3 dəymiş zərəri tam şəkildə ödəmiş və barışmışdır, məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onunla barışdığınıı və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs yuxarıda qeyd olunan əməllərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradığını, onun inzibati xəta tprətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Həmin maddənin qeyd hissənin 2-ci bəndinə əsasən bu Məcəllənin 398-ci maddəsində nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.10-cu maddələrinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməli ilk dəfə törətdiyindən, inzibati xəta nəticəsində vurulmuş ziyanı zərəçəkmiş şəxslərə tamamilə ödədiyindən qanunvericiliyin tələbinə əsasən barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməli və o, o, inzibati məsuliyyətdən azad olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3-1(093)-289/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-289/2025
11.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver