Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-29/2024 17.01.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Bakı Hərbi prokuroruluğunun müstəntiqi, ədliyyə leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.2004-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Beyləqan rayonu Orta Əlinəzərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X6 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün mexaniki mina təmizləmə taqımının 4-cü mexaniki mina təmizləmə manqasının operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 06 dekabr 2023-cü il tarixdə saat 05:30 radələrində xidmət yerini özbaşına tərk etmiş, yalnız 08 dekabr 2023-cü il tarixdə saat 20:20-də Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən xidmət yerinə gətirilmişdir. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsində nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi inzibati xətasını törətmişdir. Bakı Hərbi prokuroruluğunun müstəntiqi, ədliyyə leytenantı X2 məhkəməyə bildirdi ki, Şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün mexaniki mina təmizləmə taqımının 4-cü mexaniki mina təmizləmə manqasının operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 06 dekabr 2023-cü il tarixdə saat 05:30 radələrində xidmət yerini özbaşına tərk etmiş, yalnız 08 dekabr 2023-cü il tarixdə saat 20:20-də Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən xidmət yerinə gətirilmişdir. 28 dekabr 2023-cü il tarixdə Bakı Hərbi Prokurorluğunun müstəntiqi, ədliyyə baş leytenantı Ehtiram Sadıqov istintaq materialları üzrə sübutları qiymətləndirərkən əməlində cinayət tərkibi olmaması qənaətinə gələrək Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi haqqında qərar qəbul etmişdir. Beləliklə əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsində nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi inzibati xətasını törətmişdir. Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X6 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, ailəsində problem yarandığından xidmət yerini tərk etmişdir. Məhkəmədən bağışlanılmasını və onun barəsində inzibati tənbeh tətbiq edilməməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin evli olmasını, əməlindən səmimi peşman olmasını nəzərə alın barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan 22 noyabr 2023-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin təhqiqatçısı, ədliyyə baş leytenantı X7 tərəfindən həmin hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs barəsində Azərbaycan Respublikası CM-in 333.1 və 333.4-cü maddələri ilə başlanaraq aidiyyəti üzrə Bakı Hərbi Prokurorluğuna göndərilmiş, 22 noyabr 2023-cü il tarixdə cinayət işi prokurorluğa daxil olmuş və istintaqın aparılması Bakı Hərbi prokuroru vəzifəsini icra edən-Bakı Hərbi prokurorunun müavini, ədliyyə müşaviri Samir Əzimzadə tərəfindən prokurorluğunun müstəntiqi, ədliyyə baş leytenantı Ehtiram Sadıqova həvalə edildiyindən həmin tarixdə icraatına qəbul edilmişdir. İstintaq zamanı müəyyən edilmişdir ki,Şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün mexaniki mina təmizləmə taqımının 4-cü mexaniki mina təmizləmə manqasının operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 11 sentyabr 2023-cü il tarixdə saat 07:30-dan 16 sentyabr 2023-cü il tarixdə saat 06:00-dək və 28 sentyabr 2023cü il tarixdə saat 06:05-dən 5 oktyabr 2023-cü il tarixdə saat 08:00-dək xidmət yerini özbaşına tərk etmişdir. Bundan başqa, Şəxs N nömrəli hərbi hissədə qeyd olunan vəzifədə və rütbədə xidmət edən zaman 20 oktyabr 2023-cü il tarixdə saat 11:05 radələrində Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən xidmət yerini özbaşına tərk etmiş, yalnız 6 dekabr 2023-cü il tarixdə saat 01:30 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən xidmət yerinə gətirilmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Şəxs Müdafiə Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün mexaniki mina təmizləmə taqımının 4-cü mexaniki mina təmizləmə manqasının operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən 06 dekabr 2023-cü il tarixdə saat 05:30 radələrində xidmət yerini özbaşına tərk etmiş, yalnız 08 dekabr 2023-cü il tarixdə saat 20:20-də Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçuları tərəfindən xidmət yerinə gətirilmişdir. 28 dekabr 2023-cü il tarixdə Bakı Hərbi Prokurorluğunun müstəntiqi, ədliyyə baş leytenantı Ehtiram Sadıqov istintaq materialları üzrə sübutları qiymətləndirərkən əməlində cinayət tərkibi olmaması qənaətinə gələrək Şəxs barəsində Azərbaycan Respublikası CMnin 333.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi haqqında qərar qəbul etmişdir. Beləliklə əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsində nəzərdə tutulmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi inzibati xətasını törətmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 613.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 613.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi bir gündən artıq, lakin üç gündən çox olmayaraq törədildikdə on günədək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xəta əməlinə görə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halı, törətdiyi əməlin ictimai təhlükəliliyini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin təyin edilməsi məqsədəmüvafiqdir. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Məhkəmədə Şəxs müdafiəsi ilə bağlı müdafiəçisi tərəfindən 3 (üç) saat vaxt sərf edilmişdir. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın əvəzi dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 17 yanvar 2024-cü il tarixdən, saat 11:00-dan hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinə və onun Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, müdafiəçiyə, prokurora və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-29/2024
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-29/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver