Məhkəmə qərarları › İş №3-1(093)-292/2023

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-292/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-292/2023 20.11.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Ramazanov Camal Cumar oğlunun sədrliyi ilə, Rüstəmov Elmar Nəriman oğlunun katibliyi, prokuror – Bakı hərbi prokurorunun köməkçisi ədliyyə leytenantı Qərib Qəriblinn, müdafiəçi - Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili Vəkil və Şəxs iştirakları ilə, 26 iyul 2004-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonuda anadan olmuş, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 613.1-ci maddəsi ilə inzibati xəta haqqında işə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında ambulator müayinələrdə olan N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər hərbi rütbəsində Şəxs xx.xx.2023-cü il tarixdə saat 17:30-dan xx.xx.2023-cü il tarixdə 15:00-dək hospitalın ərazisini özbaşına tərk etmişdir. Şəxs hərbi hissəni özbaşına tərk etməsi istər ibtidai, istərsə də məhkəmə araşdırması zamanı onun etirafedici izahatları ilə yanaşı, şahidlərin izahatları, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh təyin edərkən törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə, Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in müddəalarına görə intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəsildə nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz (maddə 16.3). Məhkəmə, tərəflərin fikrini dinləyərək törətdiyi əməldən peşman olmasını, mənfi xarektirizə olmasını nəzərə alıb Şəxs İXM-in 613.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs tənbeh tətbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2021-ci il tarixli qərarından görünür ki, hərbi qulluqçu tərəfindən hərbi xidmət əleyhinə olan inzibati xətaların törədilməsinə görə müvafiq maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs əvəzinə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 34-1-ci maddəsi tətbiq edilərək inzibati cərimə təyin oluna bilməz. Yəni hərbi qulluqçu tərəfindən hərbi xidmət əleyhinə olan inzibati xətaların törədilməsinə görə qanunverici birbaşa inzibati həbs tənbeh növünü nəzərdə tutduğu halda həmin xətalara görə inzibati həbs növündə tənbehin cərimə ilə əvəz edilməsi mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İXM-in 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-in 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 30, 40.0.1, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-in 613.1-ci maddəsi ilə 5 (beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməsi və hazırda istintaq təcridxanasında saxlanması nəzərə alınsın. Cinayət işi üzrə təqsirləndirilən şəxs Şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri bitdikdən sonra 3-1(093)-292/2023 nömrəli inzibati iş üzrə təyin edilmiş inzibati həbs barədə qərarın icrası 2 saylı İstintaq təcridxanasına həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili Vəkil tərəfindən göstərilmiş 10 (on) saat hüquqi yardıma görə cəmi 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri Mərkəz vəkil bürosunun hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Camal Ramazanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar