Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3-1(093)-313/2025 07.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Əmək və Əhaliinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib olunmuş İnzibati xəta haqqında protokola və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhaliinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə MN ******* nömrəli, 04 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanılmış materiallar Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsin 3(012)-693/2025 nömrəli, 01 aprel 2025-ci il tarixli qərardadı ilə inzibati xəta haqqında iş aiddiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, inzibati xəta Şəxs tərfindən törədildiyindən işə Bakı Hərbi Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 18.6-cı maddəsində nəzərdə tutulan hallarda inzibati xətalar haqqında işlərə məhkəmələr baxır. Həmin Məcəllənin 43.4-cüi maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə görə hərbi məhkəmələr hüquqi şəxslərin barəsində olan inzibati xətalara baxmırlar. Hüquqi şəxsin hərbi hissə olması işə ümumi məhkəmədə baxılmasını istisna edə bilməz. Ona görə də, bu işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, İnzibati Xətalar Məcəlləsində Məhkəmələr arasında inzibati xətlara dair işlərin məhkəmə aidiyyəti ilə əlaqədar fikir ayrılığının həlli ilə bağlı müddəa yoxdur. Ancaq məhkəmə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilən hüquqi mövqeyə istinad edərək hesab edir ki, qanunun analogiyası tətbiq edilməli və bu məsələ Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə isə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrəinzibati xəta haqqında işüzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110, 118-ci maddələrini, Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsini rəhbər tutaraq məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhaliinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-nin Bakı Şəhər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 04 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokolla bağlı 3-1(093)-313/2025 saylı iş aiddiyyətlə bağlı məhkəmələr arasında fikir ayrılığının həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №3-1(093)-313/2025
Bakı Hərbi Məhkəməsi Qərardad — İş №3-1(093)-313/2025
07.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver