Məhkəmə qərarları › İş №3-1(093)-336/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-336/2025

10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-336/2025 10.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1, Bakı Hərbi Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X2 iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, subay, əvvəllər nməhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, N №-li hərbi hissənin Qala-1 hərbi şəhərciyi ünvanında daimi qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin dispetçer xidmətinin rəisi vəzifəsində xidmət edən, gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X7 tərəfindən 08 aprel 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Tağıyev X4 Nazirliyinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin dispetçer xidmətinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, 11 oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 15 oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Bakı Hərbi Prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X5 məhkəmədə bildirdi ki, Tağıyev X4 Nazirliyinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin dispetçer xidmətinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, 11 oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 15 oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini, Şəxs 20 gün müddətində inzibati həbs edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, törətdiyi əməldən peşmandır. Bu əməli ailə vəziyyəti ilə əlaqədar törətmişdir. Bunun nəzərə alınmasını, həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Tağıyev X4 Nazirliyinin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin dispetçer xidmətinin rəisi vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən, 11 oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməmiş, yalnız 15 oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayan müddətə xidmət yerinə vaxtında qayıtmamışdır. Beləliklə, Şəxs 11 oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəlməli olduğu halda gəlməməsi, yalnız 15 oktyabr 2024-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə qayıtması ilə əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o həmin maddə ilə məsuliyyətə cəlb edilməli, tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 613.2-ci maddəsinə əsasən Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən edilməmiş, əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri 19 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 10 aprel 2025-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə, prokurora və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar