Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-416/2025 28.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Yusifov Rəfail Mübariz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mexanikləşdirilmiş bölüyünün 2-ci taqımının 3-cü döyüş maşın komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 24 avqust 2024- cü il tarixdə saat 21:45 radələrində içkili vəziyyətdə hərbi hissənin 1-ci nəzarət buraxılış məntəqəsindən hərbi hissəyə daxil olmaq istəyərkən, nəzarət buraxılış məntəqəsinin növbətçisi, gizir X2 onu içkili olduğuna görə hərbi hissənin ərazisinə buraxmamışdır. Bunu görən gizir Şəxs çöldən nəzarət buraxılış məntəqəsinin qapısını açmış və növbətçinin xidməti otağına daxil olaraq tabelik münasibətlərində olmadığı X5la qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq mübahisə etmiş və onun ünvanına nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxt sonuncu da qarşılıq olaraq tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, gizir Şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra, onlar əlbəyaxa olmuş, sonra isə gizir Şəxs əlindəki “Bizon” içkisinin qabını X5un başına vurmuş, onu itələyərək otaqda olan çarpayının üzərinə yıxmış və ona yumruq zərbələri vurmağa başlamışdır. X5 da qarşılıq olaraq ona yumruq zərbələri vurmuşdur. Bunu görən nəzarət buraxılış məntəqəsinin gün növbətçiləri, əsgərlər: X6 və X3 onları ayırmış və gizir Şəxs hadisə yerindən kənara aparmışdırlar. Lakin buna baxmayaraq, o, sakitləşməmiş və yenidən nəzarət buraxılış məntəqəsinə qayıdaraq X5la mübahisə etməyə başlamış, bu zaman bir birlərinin ünvanına nalayiq ifadələr işlətmiş, sonra isə yenidən bir birlərinə qarşı fiziki zor tətbiq etməyə başlamışdırlar. Baş vermiş hadisə nəticəsində gizir Şəxs X5a “Sağ çiyin qurşağının çoxsaylı sıyrılmış yaraları və küt travması. Başın təpə nahiyəsinin küt travması” diaqnozu ilə xəsarət yetirmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 25 yanvar 2025-ci il tarixli qərara əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçusu gizir Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:45 radələrində sərxoş vəziyyətdə gizir A.S.Məlikovun ünvanına nalayiq ifadələr işlətməsi və fiziki zor tətbiq etməklə ona “Sağ çiyin qurşağının çoxsaylı sıyrılmış yaraları və küt travması. Başın təpə nahiyəsinin küt travması” diaqnozu ilə xəsarətlər yetirməsi əməllərində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-416/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-416/2025
28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver