Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3-1(093)-435/2024 23.10.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 610-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: xx.xx.2024-cü il tarixdə Bakı Hərbi Məhkəməsinə daxil olmuş inzibati xətaya dair materialdan görünür ki, Sumqayıt Hərbi prokuroru ədliyyə polkovnik-leytenantı Raul Şahverdiyev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 610-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında xx.xx.2024-cü il tarixli 000175 nömrəli qərar qəbul edilmiş və barəsində inzibati tənbeh tədbiri görülməsi üçün material baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Həmin material Bakı Hərbi Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olsa da xx.xx.2024-cü ildə icraata verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən etdi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 610-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında xx.xx.2024-cü il tarixli 000175 nömrəli qərar və əlavə edilmiş materiallar başqa nömrələrlə qeydiyyata alınaraq hakimlərin icraatına verilmiş, qarardadlarla geri qaytarılmışdır. Sonuncu dəfə eyni material natamam olduğu üçün Bakı Hərbi Məhkəməsinin 3-1(093)-810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Hazırda icraata verilən qərar və digər sənədlər həmin işdəki qərar və sənədlərin kserosurətləridir. Ona görə də, bu materiallar da Bakı Hərbi Məhkəməsinin 3-1(093)-810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış həmin materiallara əlavə edilməsi və icraatın davam etdirilməsi üçün geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə görə inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmə inzibati xətalar qanunvericiliyinin prinsiplərinin, xüsusilə də qanunçuluq prinsipinin qorunmasının təmin edilməsi, habelə Məcəllənin tələblərinə uyğun olan ədalətli qərarın qəbul edilməsi məqsədi ilə prosesin zəruri etdiyi hallardan çıxış edərək qərardadlar qəbul edir. Bu qərardadlarla məhkəmə etirazların və vəsatətlərin təmin edilib-edilməməsi, ekspertizanın təyin edilməsi, işlərin qapalı baxılması, əlavə materialların tələb edilməsi, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması və s. məsələləri həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar saləhiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün deyildir. Həmçinin Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə də əməl edilməlidir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 610-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında xx.xx.2024cü il tarixli 000175 nömrəli qərar və əlavə edilmiş materiallar Bakı Hərbi Məhkəməsinin 3- 1(093)-810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış materiallara əlavə edilib baxılması üçün Sumqayıt Hərbi Prokurorluğuna geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 610-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında xx.xx.2024-cü il tarixli 000175 nömrəli qərar və əlavə edilmiş materiallar Bakı Hərbi Məhkəməsinin 3-1(093)-810/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmış materiallara əlavə edilməsi üçün Sumqayıt Hərbi Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-435/2024
Bakı Hərbi Məhkəməsi Qərardad — İş №3-1(093)-435/2024
23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver