Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-436/2025 20.05.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Yusifov Rəfail Mübariz oğlunun katibliyi, Bakı Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs ooğlunun iştirakı ilə, xx.xx.1991-ci ildə Qubadlı rayonunun Xocik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində üç azyaşlı uşağı olan, Qubadlı rayonu, Xocik ərazi dairəsi, Xocik kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində yaşayan, məhkumluğu olmayan, Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X5 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Şəxs Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissənin qəza xilasetmə taborunun qəza xilasetmə bölüyünün hündülükdən xilasetmə tağımının 2-ci manqasının sürücü vəzifəsində xidmət edərkən xx.xx.2024-cü il tarixdə saat 16:17 radələrində ona təhkim olunmuş “Kamaz 6520” markalı, 10PF621 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinə daxil olarkən əyləc sistemində yaranmış nasazlıq səbəbindən nəqliyyat vasitəsini saxlaya bilmədiyi üçün idarəetməni itirdiyindən yük avtomobili avtoparkın darvazasına dəymiş və darvaza aşaraq sağ tərəfi orada olan gün növbətçisi, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs dəymiş və nəticədə sonuncu dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid ,ldöş qəfəsinin ön səthinin sol yarısının qançırı, üst dodağın, sağ kürəyin yuxarı 1/3-nin, kürəkarası nahiyənin, saol saidin arxa-yuxarı 1/3-nin sıyrılmış yaraları, sol bazu oynağının çıxığı, sol diz onağının hərəkət məhduduluğu ilə müşaiət olunan şişkinliyi” xəsarətini almışdır. Bakı Hərbi Prokurorluğu tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı Hərbi prokurorunun böyük köməkçisi X3 məhkəməyə bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissənin qəza xilasetmə taborunun, qəza xilasetmə bölüyünün hündülükdən xilasetmə tağımının 2-ci manqasının sürücü vəzifəsində xidmət edərkən xx.xx.2024-cü il tarixdə saat 16:17 radələrində ona təhkim olunmuş Kamaz 6520 markalı 10PF621 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinə daxil olarkən əyləc sistemində yaranmış nasazlıq səbəbindən nəqliyyat vasitəsini saxlaya bilmədiyi üçün idarəetməni itirdiyindən yük avtomobili avtoparkın darvazasına dəymiş və darvaza aşaraq sağ tərəfi orada olan gün növbətçisi, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs dəymiş və nəticədə sonuncu dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid ,ldöş qəfəsinin ön səthinin sol yarısının qançırı, üst dodağın, sağ kürəyin yuxarı 1/3-nin, kürəkarası nahiyənin, saol saidin arxa-yuxarı 1/3-nin sıyrılmış yaraları, sol bazu oynağının çıxığı, sol diz onağının hərəkət məhduduluğu ilə müşaiət olunan şişkinliyi” xəsarətini almışdır. Bakı Hərbi prokurorunun böyük köməkçisi X3 yuxarıda qeyd olunanlara əsasən İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında qərarda göstərilən inzibati xətanı törətdiyini etiraf edərək bildirdi ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmədən bağışlanılmasını və onun barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs teleqramla məhkəməyə müraciət edərək maddi imkanının olmadığı səbəbindən gəlmədiyini, Şəxslə barışdığını və ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1618 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - “döş qəfəsinin ön səthinin sol yarısının qançırı, üst dodağın, sağ kürəyin yuxarı 1/3-nin, kürəkarası nahiyənin, saol saidin arxa-yuxarı 1/3- nin sıyrılmış yaraları, sol bazu oynağının çıxığı, sol diz onağının hərəkət məhduduluğu ilə müşayiət olunan şişkinliyi” bərk küt əşyanın təsirindən, həm də xəsarət nahiyəsinin bu kmi əşyaya zərblə dəyməsi nəticəsində törənmişlər, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 8/2655-8/2726 nömrəli məhkəmə avtotexniki ekspertizasının rəyində aşağıdakılar qeyd olunmuşdur: İ variant: “Kamaz markalı avtomobilin hadisədən xeyli müddət əvvəl energoakumlyatorlu tormoz kamerası halqasının kipləşdirici boltu hər-hansı bir səbəbdən qırılmış vəziyyətdə olarkən avtomobil istismar edilməsi şəraitində sürücü Şəxs Kamaz 6520 markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sistemi hadisədən əvvəl nasaz vəziyyətdə istismar etmiş və sürücünün həmin nasazlığı vaxtında aşkar etməyə imkanı olmuşdur.Tədqiq olunan şəraitdə Kamaz 6520 markalı **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və sürücünün hərəkətlərində Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İİ variant: “Kamaz” markalı avtomobilin energoakumlyatorlu tormoz kamerası halqasının hadisədən bilavasitə sonra həmin bolt süni şəkildə kənar xarici qüvvənin təsiri nəticəsində qırılması şəraitində təhqiqat tərəfindən göstərilən şəraitdə “Kamaz 6520” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, Kamaz 6Ö20 markalı 10PF621 dövlət qeydiyyat nömrə nişanlı texnika döyüş və xüsusi təyinatlı nəqliyyat vasitələrinə və hərbi texnikalara aid deyil, mülki özüboşaldan yük tipli nəqliyyat vasitələrinə aiddir. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri tərəfindən Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs avtoqəza törətməsi nəticəsində N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, iş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Fövqəladə Hallar Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs avtoqəza törətməsi nəticəsində N nömrəli hərbi hissənin hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xəsarət alması faktı üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 342.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcuddur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o həmin maddə ilə məsuliyyətə cəlb edilməli, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 342.8-ci maddəsinə əsasən bu Məcəllənin 342.1.1, 342.1.4 - 342.1.6, 342.1.8, 342.2.1 - 342.2.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh təyin edərkən törətmiş olduğu inzibati əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, himayəsində üç azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, törətdiyi əməldən peşman olmasını, məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 342.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş asağı cərimə növündə tənbeh tədbirinin təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İş üzrə məhkəmə məsrəfi olan - ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat pul Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə məhkəmə məsrəfi olan - ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat pul Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-436/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-436/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver