Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-465/2024 19.07.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Bakı Hərbi Prokurorluğun nümayəndəsi - Bakı Hərbi prokurorunun böyük köməkçisi,ədliyyə baş leytenantı X8, Zərərçəkmiş şəxslər-X4, X2, Zərərçəkmiş şəxs2, X1 və Zərərçəkmiş şəxs10 Ramin oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla, faktiki olaraq Abşeron rayonu, Müşfiq qəsəbəsində yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun Qəragah bölüyünün Kəşfiyyat taqımının 1-ci manasının sürüçüsü vəzisfəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik çavuş hərbi rütbəsində xidmət edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Hərbi prokurorluğundan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati material daxil olmuşdur. Materiala əsasən, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun şəxsi heyəti xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində “Qasımalı” Ümumqoşun atış sahəsində atış təlimini yekunlaşdırıb X3yıdarkən saat 13:15-də Azərbaycan Ordusunun Təlim və X10 Təlim yeri yaxınlığında beton yolunun sol tərəfində N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Şəxs idarə etdiyi “Maz 631705” markalı “K 749 QQ” dövlət nəqliyyat nişanlı avtomobil havanın yağışlı, yolun palçıqlı və sürüşkən olması səbəbindən qəzaya düşərək çevrilmişdir. Hadisə nəticəsində N nömrəli hərbi hissənin hərbi qulluqçuları- Zərərçəkmiş şəxs7 Sergey oğlu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, X5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3 Əsədulla oğlu, Zərərçəkmiş şəxs2, X1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10 Ramin oğlu, Zərərçəkmiş şəxs5 Ehtibar oğlu və Zərərçəkmiş şəxs4 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan müxtəlif xəsarətlər almışlar. Məhkəmə iclasında Şəxs göstərdi ki, N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur, sürücüdür, kiçik çavuşdur. xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun şəxsi heyəti “Qasımalı” Ümumqoşun atış sahəsində atış təlimini yekunlaşdırıb X3yıdarkən saat 13:15-də Azərbaycan Ordusunun Təlim və X10 Təlim yeri yaxınlığında beton yolunun sol tərəfində idarə etdiyi “Maz 631705” markalı “K 749 QQ” dövlət nəqliyyat nişanlı avtomobilin idarəetməsini havanın yağışlı, yolun palçıqlı və sürüşkən olması səbəbindən itirmiş, avtimibil qəzaya düşərək çevrilmişdir. Hadisə nəticəsində N nömrəli hərbi hissənin hərbi qulluqçuları- Zərərçəkmiş şəxs7 Sergey oğlu, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, X5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs3 Əsədulla oğlu, Zərərçəkmiş şəxs2, X1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10 Ramin oğlu, Zərərçəkmiş şəxs5 Ehtibar oğlu və Zərərçəkmiş şəxs4 sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan müxtəlif xəsarətlər almışlar. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs10 Ramin oğlu və Zərərçəkmiş şəxs5 Ehtibar oğlu barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ilə eyni məzmunlu izahat verdilər və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs qarşı şikayətləri olmadığını, onunla barışdıqlarını bildirdilər. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Çünki onun təqsiri özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyləri, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalıdırlar. Lakin Şəxs Qanunun qeyd olunan tələblərini pozmuş və nəticədə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qullquçuları müxtəlif xəsarətlər almışlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşman olmasını və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir, onun məsuliyyətini aşırlaşdıran hal yoxdur. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilmə şəraitini, şəxsiyyətini, ona qarşı şikayət və tələbin olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Həbi Məhkəməsi vsaitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-465/2024
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-465/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver