Məhkəmə qərarları › İş №3-1(093)-48/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-48/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-48/2025 22.01.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 612.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 612.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, 18 noyabr 2023-cü il tarixdə N nömrəli hərbi hissədə səhər qalx komandasından sonra əsgər Şəxs “Söyüş söymə onsuzda yaxşı oğlan kimi tərxis olursan” sözlərini demişdir. Bu zaman orada olan əsgər X4 onların söhbətinə müdaxilə edərək əsgər Şəxs ünvanına “onsuz da bu əsgərin ünvanına ezamiyyətdə olarkən nalayiq ifadə deyilib” sözlərini demişdir. Həmin vaxt əsgər Şəxs əsgər Nurlan Səmədovun ünvanına nalayiq ifadə işlətmişdir. Əsgər Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etdiyi müddətdə müxtəlif vaxtlarda hərbi hissəyə yeni gəlmiş gənc əsgərlərə qarşı nalayiq ifadələr işlətmiş və onlara qarşı intizamsızlıqlar etmişdir. 20 noyabr 2023-cü il tarixdə səhər qalx komandasından sonra əsgər X2 geyim formasının cibindən 5 manat məbləğində pulun oğurlandığını görmüş və bunu gördükdən sonra bu barədə batareya üzrə məsul şəxs kiçik çavuş Siyavuş Appayevə məruzə etmişdir. Bundan sonra kiçik çavuş Siyavuş Appayev səhər idmanından öncə şəxsi heyəti sıra meydanında düzmüş və ciblər baxışa komandası vermişdir. Verilmiş komandaya əsasən şəxsi heyət baş geyimlərini çıxararaq əllərində saxlamış ciblərində olan pul və cib ləvazimatlarını əllərində saxladıqları baş geymlərinin içinə qoymuşlar. Bundan sonra əsgər Sənan Səfərov baş geyimlərinə baxış keçirmiş və əvvəlcədən işarələdiyi 5 manat məbləğində pulu əsgər Şəxs əlində saxladığı baş geyiminin içində görmüş və dərhal bu barədə kiçik çavuş S.Appayevi məlumatlandırmış və Şəxs Sənan Səfərovun 5 manat pulunu oğurladığı müəyyən edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 06 avqust 2024-cü il tarixli qərara əsasən əsgər Şəxs əsgər X3 ünvanına nalayiq ifadələr işlətməsi əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, əsgər Şəxs xx.xx.2023-cü il tarixdə divara yumruq zərbəsi vurmaqla özünə “Sağ əlin 4-cü və 5-ci barmaqlarının əsas oynağının arxa səthinin sıyrılmış yaraları” diaqnozu ilə xəsarətlər yetirməsi, əsgər X1 məxsus 5 manat məbləğində pulu oğurlaması və müxtəlif vaxtlarda gənc əsgərlərə qarşı nalayiq ifadələr işlədərək onlara qarşı intizamsızlıq etməsi əməllərində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Əsgər Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 612.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 612.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 612.1-ci maddələrində ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar