Məhkəmə qərarları › İş №3-1(093)-483/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-483/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-483/2025 19.05.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Yusifov Rəfail Mübariz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 612.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 612.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün 2-ci taqımının 3-cü manqasının qumbaraatanı vəzifəsində , əsgər hərbi rütbəsində xidmətdə olarkən 10 sentyabr 2024-cü il tarixdə saat 06:00-da N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün əsgər yataqxanasında həmin hərbi hissəyə ezamiyyətə gəlmiş N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X5 mülkiyyətində olmaqla dəyəri 120 (yüz iyirmi) manat olan “Redmi Note 10” markalı smartfon tipli mobil telefonu oğurlama yolu ilə talamışdır. Bundan başqa, Şəxs həmin vəzifədə və xidmətdə olarkən 15 noyabr 2024-cü il tarizdə saat 08:20 radələrində N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün əsgər yataqxanasında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xİdmət Nizamnaməsinin 38 və 42-ci maddələrində nəzərdə tutulmuş “hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər” kimi tələblərini kobud şəkildə pozaraq həmin hərbi hissənin hərbi qulluqçuları, əsgər X1 nahiyəsinə bir yumruq, əsgər X2 nahiyəsinə bir təpik zərbəsi vurmaqla zor tətbiq etmişdir. Sübutların qiymətləndirilməsi haqqında 05 fevral 2025-ci il tarixli qərara əsasən Şəxs 10 sentyabr 2024-cü il tarixdə saat 06:00-da Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü taborunun 8-ci bölüyünün əsgər yataqxanasında həmin hərbi hissəyə ezamiyyətə gəlmiş N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət həqiqi hərbi xidmət qulluqçusu, əsgər X5 mülkiyyətində olan “Redmi Note 10” markalı smartfon tipli mobil telefonu gizli olaraq talaması əməlində Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından barəsində həmin hissədə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş, Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq X4 və X7 zor tətbiq etməsi əməlində Azərbaycan Respublikasının CM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından barəsində həmin hissələrdə aparılan cinayət təqibinə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 612.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 612.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 612.1ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar