Məhkəmə qərarları › İş №3-1(093)-513/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-513/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-513/2025 03.06.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili X11, Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı X4 iştirakı ilə, xx xxxx 2006-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3cü taborunun minaatan batareyasının 2-ci taqımının 1-ci manqasının baş tuşlayıcısı vəzifəsində xidmət edən, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı X9 tərəfindən 03 iyun 2025ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Həsənov X13 Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun minaatan batareyasının 2-ci taqımının 1-ci manqasının baş tuşlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən digər xidmət yoldaşlarının arasında özünüzü «starşi», yəni daha yüksək statusa və imtiyazlara malik olan əsgər kimi göstərmiş, bu barədə əsgər yoldaşlarının arasında təbliğat aparmış, batareyanın əsgərlərini müəyyən qaydalara tabe etməyə çalışmış, həmin qaydalara, o cümlədən onun göstərişlərinə əməl etməyən əsgərlərin xidmətində problemlər yaradacağınızı, həmin əsgərlərin «xəbərçi», «starşi» sözündən çıxan əsgər kimi tanıdacağını bildirmişdir. Bundan başqa, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2024-cü ilin aprel ayının əvvəllərində əsgər yataqxanasında tabelik münasibətlərində olmadığı 3-cü taborun minaatan batareyasının 1-ci taqımının 1-ci minaatanının baş tuşlayıcısı, əsgər X8 yaxınlaşaraq 10 manat məbləğində pul verməli olduğunu bildirmiş, Yəhay Firidunlu üzərində 10 manat pulunun olmadığını söylədikdə o, Yəhya Firidunludan maaş kartını ona verməsini tələb etmiş, Yəhya Firidunlu gənc əsgər kimi digər əsgərlərin arasında «xəbərçi», «starşinin» sözündən çıxan əsgər kimi tanınmaqdan, habelə Şəxs tərəfindən zorakı hərəkətlərə məruz qalacağından qorxaraq maaş kartını sonuncuya vermiş, Şəxs isə həmin gün hərbi hissədə yerləşən «Oba» marketdə 10 manatlıq alış-veriş edib maaş kartını Yəhya Firidunluya qaytarmış, bununla da Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Yəhya Firidunluya hədə-qorxu tətbiq etməklə az miqdarda əmlakını, yəni 10 (on) manat məbləğində pulunu tələb etmiş və almışdır. Bundan əlavə, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2024-cü ilin aprel ayının ortalarında əsgər yataqxanasında Yəhya Firidunluya yaxınlaşıb tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Yəhya Firidunluya hədə-qorxu tətbiq etməklə az miqdarda əmlakını, yəni 25 (iyirmi beş) manat məbləğində pulunu tələb etmiş, lakin Yəhya Firidunlu cavab olaraq «mənim atam pul kəsmir, komandirə məruzə edəcəm, mənə suka kimi baxan əsgərin var yoxunu s...əm» deyə bildirməklə tələb olunan pulu Şəxs verməkdən imtina etmişdir. Bundan başqa, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 22 mart 2025ci il tarixdə saat 11 radələrində əsgər yataqxanasında tabelik münasibətlərində olmadığı 3cü taborunun minaatan batareyasının atəş dəstək qrupunun hesablayıcısı, əsgər X5 yaxınlaşıb əlini sonuncunun çiyninə qoyaraq «Şəmilzadə get mənə bir bizon, bir boz kompakt vinston al» deyə bildirmiş, Mövlan Şəmilzadə narazı şəkildə ona baxdıqda isə o, yenidən «almalısan, bizdə qayda belədi, mən bilmirsən kiməm» və bu kimi sözlər deyərək Mövlan Şəmilzadəyə hədə-qorxu gəlməyə başlamış, Mövlan Şəmilzadə ondan daha gənc əsgər kimi qorxmuş, həmçinin digər əsgərlərin Şəxsla bir qədər ehtiyatla davrandıqlarını hiss etdiyindən məcbur olub sonuncu ilə razılaşmış və hərbi hissənin ərazisində yerləşən «Oba» marketə gedərək orada Şəxs üçün 1 ədəd «Bizon» energetik içkisi və 1 paçka «boz kompakt vinston» siqareti alaraq əsgər yataxqxanasında Şəxs vermiş, bununla da Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Mövlan Şəmilzadəyə hədə-qorxu tətbiq etməklə az miqdarda əmlakını tələb etmiş və almışdır. Bundan əlavə, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin aprel ayının əvvəllərində Mövlan Şəmilzadədən 3 dəfə 5 manat, iki dəfə isə 10 manat olmaqla ümumilikdə 35 manat məbləğində pul tələb etmiş, Mövlan Şəmilzadə hər hansı formada cəzalanacığından və digər əsgərlərin qarşısında «sındırılacağından» qorxaraq qeyd olunan məbləğdə pulu hərbi hissə tərəfindən verilmiş öz maaş kartına göndərtmiş, daha sonra isə bank kartını Şəxs təqdim etmiş, Şəxs isə «Oba» marketə gedərək özünə ərzaq məmulatları almış, bununla da Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Mövlan Şəmilzadəyə hədə-qorxu tətbiq etməklə az miqdarda əmlakını, yəni 35 (otuz beş) manat məbləğində pulunu tələb etmiş və almışdır. Bundan başqa, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin aprel ayının ortalarında yenidən Mövlan Şəmilzadəyə yaxınlaşaraq 10 manat məbləğində pul istədikdə Mövlan Şəmilzadə pul verməyəcəyini, bu barədə gedib rəis və komandirlərinə məlumat verəcəyini söyləmiş, bu zaman Şəxs Mövlan Şəmilzadənin sol qolunun yuxarı hissəsindən bir qüvvətli yumruq zərbəsi vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Mövlan Şəmilzadəyə zor tətbiq etməklə az miqdarda əmlakını tələb etmiş, lakin X17 Həsənovdan uzaqlaşıb hadisə barədə məruzə etmək üçün zabitlərdən birinin otağına yaxınlaşmaq istədikdə Şəxs Mövlan Şəmilzadənin arxası ilə qaçmış və yarı yolda saxlayaraq «məruzə etmə, bir səndən heçnə istəməyəcəm, istəyənin var yoxunu s...m» demişdir. Bundan əlavə, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin mart ayının sonlarında «Novruz» bayramı ərəfələrində hərbi hissənin ərazisində yerləşən «Oba» marketdə tabelik münasibətlərində olmadığı 3-cü taborunun minaatan batareyasının 1-ci taqımının 2-ci minaatanının komandiri, əsgər X6 yaxınlaşmış və «bir paçka vinston al» sözlərini demiş, Muradxan Məmmədov gənc əsgər olduğundan Şəxs onu digər əsgərlərin arasında «xəbərçi», «starşinin» sözündən çıxan əsgər kimi tanıdacağından, habelə ona qarşı zor tətbiq edəcəyindən qorxaraq Şəxsla razılaşmış və şəxsi maaş kartından sonuncuya bir paçka «vinston» siqareti almış, bununla da Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Muradxan Məmmədova hədə-qorxu tətbiq etməklə az miqdarda əmlakını tələb etmiş və almışdır. Bundan başqa, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin mart ayının sonlarında axşam saat 19 radələrində komandir heyəti getdikdən sonra tabelik münasibətlərində olmadığı 3-cü taborunun minaatan batareyasının 1-ci taqımının 3-cü minaatanının heyət nəfəri, əsgər X2 qurutma otağına çağırmış, Tərlan İsgəndərov içəri daxil olduqda Şəxs Tərlan İsgərndərova yaxınlaşaraq tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Tərlan İsgəndərova hədə-qorxu tətbiq etməklə sonuncuya 20 manat məbləğində pul verməli olduğunu bildirib və «günün axırına kimi çatdır» sözlərini deyib az miqdarda əmlakını tələb etmiş, lakin Tərlan İsgəndərov onun sözlərinizdən əsəbiləşib uca səslə «nə danışırsan, nə pul, niyə verməliyəm sənə? Məni poxa salma» deyə cavab vermiş və pulu verməkdən imtina etmişdir. Bundan əlavə, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin aprel ayının əvvəllərində günorta yeməyindən sonra saat 14:30 radələrində əsgər yataqxanasında tabelik münasibətlərində olmadığı 3-cü taborunun minaatan batareyasının 1-ci taqımının 1-ci minaatanının komandiri, əsgər əsgər X12 yaxınlaşaraq «kartına 15-20 manat pul atdır» demiş, Turan Əzimzadə isə «atdırmıram» deyə cavab vermiş, bu zaman Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Turan Əzimzadənin sinəsinə iki qüvvətli yumruq zərbəsi vurub zor tətbiq etməklə az miqdarda əmlakını tələb etmiş və «batareyada mneniya var, qayda-qanun var, razılaşırsan ya yox» sözlərini demiş, Turan Əzimzadə isə cavabında «yox, razılaşmıram» söyləyərək pul verməkdən imtina etmişdir. Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı X10 məhkəmədə bildirdi ki, Həsənov X13 Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun minaatan batareyasının 2-ci taqımının 1-ci manqasının baş tuşlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən digər xidmət yoldaşlarının arasında özünüzü «starşi», yəni daha yüksək statusa və imtiyazlara malik olan əsgər kimi göstərmiş, bu barədə əsgər yoldaşlarının arasında təbliğat aparmış, batareyanın əsgərlərini müəyyən qaydalara tabe etməyə çalışmış, həmin qaydalara, o cümlədən onun göstərişlərinə əməl etməyən əsgərlərin xidmətində problemlər yaradacağınızı, həmin əsgərlərin «xəbərçi», «starşi» sözündən çıxan əsgər kimi tanıdacağını bildirmişdir. Bundan başqa, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2024-cü ilin aprel ayının əvvəllərində əsgər yataqxanasında tabelik münasibətlərində olmadığı 3-cü taborun minaatan batareyasının 1-ci taqımının 1-ci minaatanının baş tuşlayıcısı, əsgər X8 yaxınlaşaraq 10 manat məbləğində pul verməli olduğunu bildirmiş, Yəhay Firidunlu üzərində 10 manat pulunun olmadığını söylədikdə o, Yəhya Firidunludan maaş kartını ona verməsini tələb etmiş, Yəhya Firidunlu gənc əsgər kimi digər əsgərlərin arasında «xəbərçi», «starşinin» sözündən çıxan əsgər kimi tanınmaqdan, habelə Şəxs tərəfindən zorakı hərəkətlərə məruz qalacağından qorxaraq maaş kartını sonuncuya vermiş, Şəxs isə həmin gün hərbi hissədə yerləşən «Oba» marketdə 10 manatlıq alış-veriş edib maaş kartını Yəhya Firidunluya qaytarmış, bununla da Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Yəhya Firidunluya hədə-qorxu tətbiq etməklə az miqdarda əmlakını, yəni 10 (on) manat məbləğində pulunu tələb etmiş və almışdır. Bundan əlavə, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2024-cü ilin aprel ayının ortalarında əsgər yataqxanasında Yəhya Firidunluya yaxınlaşıb tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Yəhya Firidunluya hədə-qorxu tətbiq etməklə az miqdarda əmlakını, yəni 25 (iyirmi beş) manat məbləğində pulunu tələb etmiş, lakin Yəhya Firidunlu cavab olaraq «mənim atam pul kəsmir, komandirə məruzə edəcəm, mənə suka kimi baxan əsgərin var yoxunu s...əm» deyə bildirməklə tələb olunan pulu Şəxs verməkdən imtina etmişdir. Bundan başqa, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 22 mart 2025ci il tarixdə saat 11 radələrində əsgər yataqxanasında tabelik münasibətlərində olmadığı 3cü taborunun minaatan batareyasının atəş dəstək qrupunun hesablayıcısı, əsgər X5 yaxınlaşıb əlini sonuncunun çiyninə qoyaraq «Şəmilzadə get mənə bir bizon, bir boz kompakt vinston al» deyə bildirmiş, Mövlan Şəmilzadə narazı şəkildə ona baxdıqda isə o, yenidən «almalısan, bizdə qayda belədi, mən bilmirsən kiməm» və bu kimi sözlər deyərək Mövlan Şəmilzadəyə hədə-qorxu gəlməyə başlamış, Mövlan Şəmilzadə ondan daha gənc əsgər kimi qorxmuş, həmçinin digər əsgərlərin Şəxsla bir qədər ehtiyatla davrandıqlarını hiss etdiyindən məcbur olub sonuncu ilə razılaşmış və hərbi hissənin ərazisində yerləşən «Oba» marketə gedərək orada Şəxs üçün 1 ədəd «Bizon» energetik içkisi və 1 paçka «boz kompakt vinston» siqareti alaraq əsgər yataxqxanasında Şəxs vermiş, bununla da Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Mövlan Şəmilzadəyə hədə-qorxu tətbiq etməklə az miqdarda əmlakını tələb etmiş və almışdır. Bundan əlavə, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin aprel ayının əvvəllərində Mövlan Şəmilzadədən 3 dəfə 5 manat, iki dəfə isə 10 manat olmaqla ümumilikdə 35 manat məbləğində pul tələb etmiş, Mövlan Şəmilzadə hər hansı formada cəzalanacığından və digər əsgərlərin qarşısında «sındırılacağından» qorxaraq qeyd olunan məbləğdə pulu hərbi hissə tərəfindən verilmiş öz maaş kartına göndərtmiş, daha sonra isə bank kartını Şəxs təqdim etmiş, Şəxs isə «Oba» marketə gedərək özünə ərzaq məmulatları almış, bununla da Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Mövlan Şəmilzadəyə hədə-qorxu tətbiq etməklə az miqdarda əmlakını, yəni 35 (otuz beş) manat məbləğində pulunu tələb etmiş və almışdır. Bundan başqa, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin aprel ayının ortalarında yenidən Mövlan Şəmilzadəyə yaxınlaşaraq 10 manat məbləğində pul istədikdə Mövlan Şəmilzadə pul verməyəcəyini, bu barədə gedib rəis və komandirlərinə məlumat verəcəyini söyləmiş, bu zaman Şəxs Mövlan Şəmilzadənin sol qolunun yuxarı hissəsindən bir qüvvətli yumruq zərbəsi vurmaqla tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Mövlan Şəmilzadəyə zor tətbiq etməklə az miqdarda əmlakını tələb etmiş, lakin X17 Həsənovdan uzaqlaşıb hadisə barədə məruzə etmək üçün zabitlərdən birinin otağına yaxınlaşmaq istədikdə Şəxs Mövlan Şəmilzadənin arxası ilə qaçmış və yarı yolda saxlayaraq «məruzə etmə, bir səndən heçnə istəməyəcəm, istəyənin var yoxunu s...m» demişdir. Bundan əlavə, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin mart ayının sonlarında «Novruz» bayramı ərəfələrində hərbi hissənin ərazisində yerləşən «Oba» marketdə tabelik münasibətlərində olmadığı 3-cü taborunun minaatan batareyasının 1-ci taqımının 2-ci minaatanının komandiri, əsgər X6 yaxınlaşmış və «bir paçka vinston al» sözlərini demiş, Muradxan Məmmədov gənc əsgər olduğundan Şəxs onu digər əsgərlərin arasında «xəbərçi», «starşinin» sözündən çıxan əsgər kimi tanıdacağından, habelə ona qarşı zor tətbiq edəcəyindən qorxaraq Şəxsla razılaşmış və şəxsi maaş kartından sonuncuya bir paçka «vinston» siqareti almış, bununla da Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Muradxan Məmmədova hədə-qorxu tətbiq etməklə az miqdarda əmlakını tələb etmiş və almışdır. Bundan başqa, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin mart ayının sonlarında axşam saat 19 radələrində komandir heyəti getdikdən sonra tabelik münasibətlərində olmadığı 3-cü taborunun minaatan batareyasının 1-ci taqımının 3-cü minaatanının heyət nəfəri, əsgər X2 qurutma otağına çağırmış, Tərlan İsgəndərov içəri daxil olduqda Şəxs Tərlan İsgərndərova yaxınlaşaraq tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Tərlan İsgəndərova hədə-qorxu tətbiq etməklə sonuncuya 20 manat məbləğində pul verməli olduğunu bildirib və «günün axırına kimi çatdır» sözlərini deyib az miqdarda əmlakını tələb etmiş, lakin Tərlan İsgəndərov onun sözlərinizdən əsəbiləşib uca səslə «nə danışırsan, nə pul, niyə verməliyəm sənə? Məni poxa salma» deyə cavab vermiş və pulu verməkdən imtina etmişdir. Bundan əlavə, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 2025-ci ilin aprel ayının əvvəllərində günorta yeməyindən sonra saat 14:30 radələrində əsgər yataqxanasında tabelik münasibətlərində olmadığı 3-cü taborunun minaatan batareyasının 1-ci taqımının 1-ci minaatanının komandiri, əsgər əsgər X12 yaxınlaşaraq «kartına 15-20 manat pul atdır» demiş, Turan Əzimzadə isə «atdırmıram» deyə cavab vermiş, bu zaman Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq Turan Əzimzadənin sinəsinə iki qüvvətli yumruq zərbəsi vurub zor tətbiq etməklə az miqdarda əmlakını tələb etmiş və «batareyada mneniya var, qayda-qanun var, razılaşırsan ya yox» sözlərini demiş, Turan Əzimzadə isə cavabında «yox, razılaşmıram» söyləyərək pul verməkdən imtina etmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı X10 qərarda göstərilənləri təsdiq etdi. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, qərarda göstərilən inzibati xətanı törətməmişdir. Qeyd olunan maddə üzrə özünü təqsirli bilmir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi bildirdi ki, müdafiə etdiyi şəxs qərarda göstərilən əməlləri törətməmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Həsənov X13 Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 3-cü taborunun minaatan batareyasının 2-ci taqımının 1-ci manqasının baş tuşlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda göstərilən hərəkətləri törətmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəxs xidmət yoldaşlarının arasında özünüzü «starşi», yəni daha yüksək statusa və imtiyazlara malik olan əsgər kimi göstərməsi, 2024-cü ilin aprel ayının əvvəllərində əsgər X7 10 (on) manat məbləğində pulunu tələb etməsi və alması, 2024cü ilin aprel ayının ortalarında əsgər yataqxanasında Yəhya Firidununun 25 manat məbləğində pulunu tələb etməsi, 22 mart 2025-ci il tarixdə əsgər X3 1 ədəd «Bizon» energetik içkisi və 1 paçka «boz kompakt vinston» siqareti aldırması, 2025-ci ilin aprel ayının əvvəllərində Mövlan Şəmilzadədən ümumilikdə 35 manat məbləğində pul tələb etməsi və alması, 2025-ci ilin aprel ayının ortalarında Mövlan Şəmilzadəyə zor tətbiq etməklə 10 manat məbləğində pul tələb etməsi, 2025-ci ilin mart ayının sonlarında əsgər X6 bir paçka «vinston» siqareti aldırması, 2025-ci ilin mart ayının sonlarında əsgər X1 20 manat məbləğində pul tələb etməsi, 2025-ci ilin aprel ayının əvvəllərində əsgər X12 zor tətbiq etməklə 15-20 manat məbləğində pul tələb etməsindən ibarət olan əməllərində Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin və ya hər hansı digər maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Şəxs yuxarıda göstərilən əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 612.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o həmin maddə ilə məsuliyyətə cəlb edilməli, tənbeh edilməlidir. Şəxs 2024-cü ilin aprel ayının əvvəllərində və 2024-cü ilin aprel ayının ortalarında əsgər X8 qarşı törədilən inzibati xətaya görə məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Həmin epizodlarla bağlı ona tənbeh tətbiq edilə bilməz. Digər epizodlar üzrə isə ona tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 612.2-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə — bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 612.2-ci maddəsində “az miqdar” dedikdə, yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən edilməmiş, əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 612.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. “Universal” Vəkil Bürosu həmin qərardadı icra edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X15 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) ay müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 03 iyun 2025-ci il tarixdən, saat 17:50-dən hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X19 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə, prokurora və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar