Məhkəmə qərarları › İş №3-1(093)-543/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-543/2025

05.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-543/2025 05.06.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Yusifov Rəfail Mübariz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə Bakı Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mərkəzi komanda məntəqəsinin əməliyyat növbətçisinin rabitə üzrə baş köməkçisi vəzifəsində, mayor hərbi rütbəsində xidmət edən Şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu Novxanı kəndi ərazisində yerləşən "Araz” marketin yaxınlığında “Palmall” adlı siqaret qutusunun içərisindən narkotik vasitə hesab edilən marixuananı tapmış, həmin narkotik vasitəni sonradan istifadə etmək üçün özünə məxsus “Maqna” siqaret qutusunun qızılı kağızına bükməklə siqaret qutusunun içərisinə yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə həmin narkotik vasitənin az bir hissəsini yaşadığı Abşeron rayonu Novxanı kəndində yerləşən evində tək olarkən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 07:30 radələrində həmin gün Müdafiə Nazirliyinin Mərkəzi Aparatının Hərbi Hava X1 Məntəqəsində əməliyyat növbətçisinin rabitə üzrə baş köməkçisi naryadına təyin olunduğu üçün Müdafiə Nazirliyinin Mərkəzi Aparatının arxa qapısından nəzarət buraxılış məntəqəsinə gedərkən növbəyə girdikdən sonra götürüb istifadə etmək üçün içərisində bir bükümə yığılmış çəkisi 0,24 qram olan qurudulmuş marixuana, tütün çəkilməsində istifadə olunan kağız və 9 ədəd maqna siqaret dənəsi olan “Magna” markalı siqaret qutusunu cibindən çıxarıb Müdafiə Nazirliyinin həyətində olan ağacın dibinə atmış, bunu görən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X2 görüb yuxarı komandanlığa məruzə etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 14 fevral 2025-ci il tarixli qərara əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor Şəxs narkotik vasitə olan marixuanadan istifadə etməsi, satış məqsədi olmadan çəkisi 0,24 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuananı saxlaması və daşıması faktı üzrə Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə ilə Şəxs barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Mayor Şəxs narkotik vasitə olan marixuanadan istifadə etməsi, satış məqsədi olmadan çəkisi 0,24 qram olan narkotik vasitə hesab olunan qurudulmuş marixuananı saxlaması və daşıması faktı üzrə araşdırma aparılmış, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar