Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-546/2025 11.06.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, ədliyyə mayoru X1, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, orta təhsilli, subay, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, 15 nömrəli evdə daimi qeydiyyatda olan, Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, ədliyyə polkovniki Natiq Həsənov tərəfindən 11 iyun 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Heydər Əliyev adına Hərbi İnstitutun hazırlıq taborunun 1-ci kursant hazırlıq bölüyünün kursantı Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində 2 nömrəli tədris korpusunun sinif otağında ingilis dili dərsi keçirilərkən kursant yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisə yaranmış, dərsdən sonra mübahisəni davam etdirərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin “Hərbi qulluqçular biri-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmaları”na dair tələblərini kobud surətdə pozub kursant Zərərçəkmiş şəxs nalayiq söz deyib sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq zərərçəkmiş şəxsə zor tətbiq etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru, ədliyyə mayoru X3 bildirdi ki, Heydər Əliyev adına Hərbi İnstitutun hazırlıq taborunun 1-ci kursant hazırlıq bölüyünün kursantı Şəxs xx.xx.2024-cü il tarixdə saat 12 radələrində 2 nömrəli tədris korpusunun sinif otağında ingilis dili dərsi keçirilərkən kursant yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisə yaranmış, dərsdən sonra mübahisəni davam etdirərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin “Hərbi qulluqçular biri-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmaları”na dair tələblərini kobud surətdə pozub kursant Zərərçəkmiş şəxs nalayiq söz deyib sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq zərərçəkmiş şəxsə zor tətbiq etmişdir. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini, Şəxs 20 gün müddətində inzibati həbs edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. O və zərərçəkmiş şəxs bir yerdə xidmət edirlər. Barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində 2 №-li tədris korpusunun binasında yerləşən sinif otağında ingilis dili dərsi zamanı o dərs danışan zaman onun kursant yoldaşı Şəxs müdaxilə etmişdir. O, əsəbi halda Şəxs “sakit dur” demişdir. Kursant Şəxs ona qarşı nalayiq ifadə işlətmişdir. Dərs bitdikdən sonra onların hər ikisi bu söhbətə aydınlıq gətirmək üçün tədris binasının arxasına getmişlər və orada dərs vaxtı baş vermiş hadisəni müzakirə etmişlər. Həmin vaxt kursant Şəxs onun ünvanına nalayiq ifadə işlətmişdir və onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, kursant Şəxs sifət nahiyəsinə, Şəxs onun alın nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O, hazırda Şəxs ilə barışmışdır. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində 2 nömrəli tədris korpusunun sinif otağında ingilis dili dərsi keçirilərkən kursant yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisə yaranmış, dərsdən sonra mübahisəni davam etdirərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42 və 138-ci maddələrinin “Hərbi qulluqçular biri-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmaları”na dair tələblərini kobud surətdə pozub kursant Zərərçəkmiş şəxs nalayiq söz deyib sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq zərərçəkmiş şəxsə zor tətbiq etmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Heydər Əliyev adına Hərbi İnstitutun kursantı Şəxs qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq kursant Zərərçəkmiş şəxs Laçın oğlunun ünvanına nalayiq söz işlədərək onun alın nahiyəsinə 1 (bir) dəfə yumruq zərbəsi vurması əməlində hər hansı bir cinayət tərkibinin əlamətləri olmadığından Şəxs barəsində Azərbacan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Şəxs oğlu yuxarıda qeyd olunan əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi inzibati xətasını törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o həmin maddə ilə məsuliyyətə cəlb edilməli, tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi — on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən edilməmiş, əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri “Universal” Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X4 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 11 iyun 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə, prokurora və Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstituta təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-546/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-546/2025
11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver