Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-59/2025 24.01.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Bakı Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Şəxs Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun qərargah rəisi – divizion komandirinin müavini vəzifəsində, mayor hərbi rütbəsində xidmətdə olarkən 2023-cü ilin dekabr ayının ortalarında saat 21 radələrində əsgər yataqxanasında artilleriya divizionunun şəxsi heyətinə düzülüş vermiş, bu zaman sıra tam şəkildə düzülməmiş sırada olan hərbi qulluqçuların geyim qaydasına baxış keçirməyə başladıqda sırada dayanan N nömrəli hərbi hissənin artilleriya divizionunun 2-ci batareyasının 1-ci taqımının 2-ci topun heyət nəfəri, əsgər X1 ba geyiminin ön hissəsinin əyilmiş olduğunu görüb sonuncuya geyim qaydasını pozmamaqla bağlı dəfələrlə irad tutduğunu xatırladıb baş geyimini başından çıxararaq düzgün vəziyyətə gətirib yenidən özünə qaytarmış, bu zaman X5 İsmayılova digər əsgərlərin də baş geyiminin ön hissəsinin əyilmiş olduğunu deyib etirazını bildirdikdə Şəxs İsmayıl Rəhimovun bu cür danışığından əsəbiləşərək üzərinə gedib baş geyimini çıxararaq cırmış və sağ əlində tutduğu baş geyimi ilə onun çənəsinin ön tərəfinin alt hissəsinə zərbə vurmuşdur. X3 dodağı partlamış və dodağından qan gəlməyə başlamışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqında 20 iyun 2024-cü il tarixli qərara əsasən Şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan X2 zor tətbiq etməsi əməlinə görə barəsində Azərbaycan Respublikası CM-nin 329.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.2 və 39.1.11ci maddələrinə əsasən rədd edilmiş, Şəxs 1 ədəd komuflyaj rəngli qış səhra furajkasını cıraraq məhv etməsi əməlində Azərbaycan Respublikası CM-nin 349.1-1-ci maddəsinin və ya digər hər hansı maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Əsgər Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-59/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-59/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver