Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-639/2025 09.07.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X14 Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı Hərbi prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı X5 iştirakı ilə, xx.xx.1996-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Gəncə şəhəri, Dostluq küçəsi, ev 17də qeydiyyatda olmaqla yaşayan, Dövlət Xüsusi Hava Əməliyyatları Qüvvələrinin 2-ci Yevlax Aviasiya komendantlığının manqa komandiri vəzifəsində xidmət edən, gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə inzibati xəta haqqında materiala Bakı Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bakı Hərbi prokuroru, ədliyyə polkovniki X10 tərəfindən xx.xx.2025-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin XHƏQK-nin ƏAİÜ müavini, polkovnikleytenant X2 gizir Şəxs narkotik vasitə istifadə etməsi barədə təqriri əsasında xx.xx.2025ci il tarixdə araşdırma təyin edilmiş və aparılması Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları X1 heyət üzrə şöbəsinin baş zabiti, polkovnik-leytenant X6 həvalə edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Xüsusi Hava Əməliyyatları Qüvvələrinin 2-ci Yevlax Aviasiya komendantlığının manqa komandiri, gizir Şəxs xx.xx.2025-ci il tarixdə qeyri-iş günü öz daimi qeydiyyatda olduğu Gəncə şəhərinə valideynlərinə baş çəkmək üçün getmiş, həmin gün dostları ilə restoranların birində içki məclisində iştirak etmiş və gecə saatlarında dostlarından ayrıldıqdan sonra tanımadığı naməlum şəxsdən 10 (on) manat pul müqabilində birdəfəlik istifadə üçün marixuana adlanan narkotik vasitəni əldə edərək, “LD” markalı siqaretə dolduraraq qəbul etmişdir. Daha sonra o, yaşadığı mənzilə yollanmışdır. xx.xx.2025-ci il tarixdə XHƏQK-nın ƏAİÜ müavini polkovnik-leytenant X7 2-ci Yevlax Aviasiya komendantlığına öncədən əldə olunmuş əməliyyat məlumatı əsasında xidməti ezamiyyətə yollanmış və gizir Şəxsla söhbətləşmə apararaq onu DSX-nin hərbi hospitalına müvafiq müayinəyə aparmış, analiz nümunələrinə əsasən onun marixuana istifadə etməsi təsdiq olunmuşdur. Bakı Hərbi prokurorunun böyük köməkçisi X8 məhkəməyə bildirdi ki, Xüsusi Hava Əməliyyatları Qüvvələrinin 2-ci Yevlax Aviasiya komendantlığının manqa komandiri, gizir Şəxs narkotik vasitə sayılan marixuannadan istifadə etməsi faktı təsdiq edildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, inzibati xətanın törədilməsində təqsirlidir, hazırda boşanma ərəfəsindədir və ailədə yaşanan çətinliklərə görə ilk dəfə olaraq marixuana qəbul etmiş, əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli, 0206 saylı əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Şəxs Xüsusi Hava Əməliyyatları Qüvvələrinin 2-ci Yevlax Aviasiya komendantlığının manqa komandiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan DSX-nin hərbi hospitalının Labaratoriya şöbəsinin xx.xx.2025-ci il tarixli, 34/1133m nömrəli məktubundan görünür ki, gizir Şəxs götürülmüş sidik nümünəsində Marixuana (THC) Pozitiv çıxmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya birliyinin xx.xx.2025-ci il tarixli, 1930/K nömrəli məhkəmə-kimyəvi ekspert aktından görünür ki, gizir Şəxs götürülmüş qan analizinin tərkibində THC- COON CLİNİCAL TOXİCOLOGY DMRM.m aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3541 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal- hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji tibb müəssiəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri komandanı, general- mayor X4 tərəfindən Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Şəxs narkotik vasitə istifadə etməsi faktı üzrə əməldə cinayət tərkibi olmadığından xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Hazırda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxıldığından həmin maddə bu Məcəllənin 22-ci fəsilində yer aldığından və Şəxs hərbi qulluqçu olduğundan onun barəsində törətdiyi inzibati xətaya görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,115,129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Gəncə şəhər İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3-1(093)-639/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-639/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver