Məhkəmə qərarları › İş №3-1(093)-650/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-650/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-650/2025 25.07.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Sumqayıt hərbi prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, 30 dekabr 1997-ci il tarixdə Quba rayonunda anadan olmuş, Quba rayonu, Zərdabi qəsəbəsində daimi qeydiyyatda olmaqla, faktiki olaraq həmin ünvanda yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Bakı Hərbi Məhkəməsinin xx.xx.N5-ci il tarixli hökmü ilə 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyinin PX-nin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Hərbi prokuroru vəzifəsini ica edən, ədliyyə polkovnik-leytenantı X3 tərəfindən 14 iyul N5-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Şəxs Müdafiə Nazirliyinin Qusar şəhərinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 04 aprel N5-ci il tarixdə axşam saatlarında səhhətində yaranmış problemlərlə əlaqədar olaraq “Quba Rayon Mərkəzi Xəstəxanası” X7 müraciət etmiş və ambulator müalicə almışdır. Növbəi gün, yəni 05 aprel N5-ci il tarixdə saat 08:30-da xidməti yerinə gəlməli olduğu halda, hərbi hissəyə gəlməmiş, N aprel N5-ci il tarixdə və 10 aprel N5-ci il tarixdə qeyd edilən xəstəxanada ambulator müalicələr almışdır. 14 aprel N5-ci il tarixdə təqsirləndirilən şəxs qismində Bakı şəhərinin ərazisində yerləşən Bakı Hərbi Məhkəməsində məhkəmə iclasında iştirak etdikdən sonra 17 aprel N5-ci il tarixdə saat N radələrində hərbi hissəyə qayıtmışdır. Sumqayıt hərbi prokurorunun böyük köməkçisi, ədliyyə baş leytenantı X2 məhkəmədə bildirdi ki, Şəxs Müdafiə Nazirliyinin Qusar şəhərinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 04 aprel N5-ci il tarixdə axşam saatlarında səhhətində yaranmış problemlərlə əlaqədar olaraq “Quba Rayon Mərkəzi Xəstəxanası” X7 müraciət etmiş və ambulator müalicə almışdır. Növbəi gün, yəni 05 aprel N5-ci il tarixdə saat 08:30da xidməti yerinə gəlməli olduğu halda, hərbi hissəyə gəlməmiş, N aprel N5-ci il tarixdə və 10 aprel N5-ci il tarixdə qeyd edilən xəstəxanada ambulator müalicələr almışdır. 14 aprel N5-ci il tarixdə təqsirləndirilən şəxs qismində Bakı şəhərinin ərazisində yerləşən Bakı Hərbi Məhkəməsində məhkəmə iclasında iştirak etdikdən sonra 17 aprel N5-ci il tarixdə saat N radələrində hərbi hissəyə qayıtmışdır. Beləliklə, Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini, Şəxs 10 gün müddətində inzibati həbs edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, törətdiyi əməldən peşmandır. Evlidir, azyaşlı uşaqları var, 19-N sentyabr N3-cü ildə keçirilən antiterror əməliyyatlarında iştirak etmişdir. Bunların nəzərə alınmasını, həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Müdafiə Nazirliyinin Qusar şəhərinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühəndisistehkam bölüyünün 2-ci taqımının 2-ci manqasının komandiri vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 04 aprel N5ci il tarixdə axşam saatlarında səhhətində yaranmış problemlərlə əlaqədar olaraq “Quba Rayon Mərkəzi Xəstəxanası” X7 müraciət etmiş və ambulator müalicə almışdır. Növbəi gün, yəni 05 aprel N5-ci il tarixdə saat 08:30-da xidməti yerinə gəlməli olduğu halda, hərbi hissəyə gəlməmiş, N aprel N5-ci il tarixdə və 10 aprel N5-ci il tarixdə qeyd edilən xəstəxanada ambulator müalicələr almışdır. 14 aprel N5-ci il tarixdə təqsirləndirilən şəxs qismində Bakı şəhərinin ərazisində yerləşən Bakı Hərbi Məhkəməsində məhkəmə iclasında iştirak etdikdən sonra 17 aprel N5-ci il tarixdə saat N radələrində hərbi hissəyə qayıtmışdır. İş materiallarında olan məlumatlardan görünür ki, Şəxs Bakı Hərbi Məhkəməsinin 1-1(093)-96/N5 saylı, xx.xx.N5-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə təqsirli bilinib, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-32/N5 nömrəli, xx.xx.N5-ci il tarixli Qərarı ilə Bakı Hərbi Məhkəməsinin Şəxs məhkum olunmasına dair 21 aprel N5-ci il tarixli, 1-1(093)-96/N5 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, Şəxs 04 aprel N5-ci il tarixdə axşam saatlarında səhhətində yaranmış problemlərlə əlaqədar olaraq “Quba Rayon Mərkəzi Xəstəxanası” X7 müraciət etməsi və ambulator müalicə alması, növbəi gün, yəni 05 aprel N5-ci il tarixdə saat 08:30-da xidməti yerinə gəlməli olduğu halda, hərbi hissəyə gəlməməsi, N aprel N5-ci il tarixdə və 10 aprel N5-ci il tarixdə qeyd edilən xəstəxanada ambulator müalicələr alması, 14 aprel N5-ci il tarixdə təqsirləndirilən şəxs qismində Bakı şəhərinin ərazisində yerləşən Bakı Hərbi Məhkəməsində məhkəmə iclasında iştirak etdikdən sonra 17 aprel N5-ci il tarixdə saat N radələrində hərbi hissəyə qayıtması əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir və o həmin maddə ilə məsuliyyətə cəlb edilməli, tənbeh edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 613.2-ci maddəsinə əsasən Zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən edilməmiş, əməlindən peşman olması, azyaşlı uşaqlarının olması, 19-N sentyabr N3-cü ildə keçirilən antiterror əməliyyatlarında iştirak etməsi məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs olunsun. Şəxs Bakı Hərbi Məhkəməsinin 1-1(093)-96/N5 saylı, xx.xx.N5-ci il tarixli hökmü ilə 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və hazırda Ədliyyə Nazirliyinin PX-nin 16 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın və qərar icra üçün göndərilməsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, prokurora və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar