Məhkəmə qərarları › İş №3-1(093)-726/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-726/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-726/2025 07.08.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X17 Arif oğlunun sədrliyi, Nağızadə Nanə Vüsal qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxs X1, Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi X2 iştirakı ilə, xx xxxx 1995-cü il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, deməsinə görə əvvəllər məhkum olunmayıb, Xaçmaz rayonu, Arzu qəsəbəsində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin gərargah təchizat bölüyünün, mühafizə və komendant taqım komandirinin müavini vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı X6 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Bağırov X9 Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyünün mühafizə və komendant taqım komandirinin müavini vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş hərbi rütbəsində xidmətdə olarkən 21 fevral 2025-ci il tarixdə saat N radələrində hərbi hissənin qərargahına gəlib 1-ci mərtəbədə yerləşən 22 nömrəli məxfi rejimli otağa daxil olmuş və hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəisinin köməkçisi vəzifəsində xidmət edən gizir X3 hərbi geyim forması olan qış gödəkçəsinin (buşlatının) qollarında atributlar olan hissəsini, şalvarını, kitelini (atributlar olan hissəsi, isimlik olan hissə, arxa hissə) və boğazlı köynəyini yandıraraq, bunlardan başqa gödəkçəsinin şevron və rütbələrini cırıb götürərək, dəbilqəsində isə soyadının və adının baş hərfləri yazılan yerdə düzəlişlər edib əvvəllər xidmət etmiş digər hərbi qulluqçunun ad və soyadının baş hərfləri yazaraq hərbi geyim formasına qəsdən zərər vurmuş və bununla da dövlətə 299 (iki yüz doxsan doqquz) manat 20(iyirmi) qəpik məbləğində maddi ziyan dəymişdir. Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi Orxan Süleymanzadə inzibati icraatın başlanması haqqında qərarda qeyd edilənləri təkrarlayaraq məhkəməyə bildirdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyünün mühafizə və komendant taqım komandirinin müavini vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini, Şəxs inzibati həbs edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, X4 tanıyır, əvvəllər yeni xidmətə başlayan vaxt aralarında xırda anlaşılmamazlıq olmuş, lakin hal-hazırda hər hansı problemi onunla yoxdur. 21 fevral 2025-ci il tarixdə axşam saatlarında təxminən 22:00 radələrində N nömrəli hərbi hissənin qərargahına gəlib şəxsi heyətin uçotu bölməsinin 22 nömrəli otağına daxil oldum. Xidmətə gələndə həmin bölmədə xidmət etdiyinə görə otağın açarının bir nüsxəsi daim onda olmuşdur. Əvvəllər onların hərbi hissəsində xidmət etmiş çavuş X7 dəbilqəsini və hərbi köynəyini otaqdan götürmək istəmiş, lakin tapa bilməmişdir. Lakin orada hər hansı əşyaya zərər vurmamışdır və kim tərəfindən edilməsi barədə məlumatı yoxdur. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş X4 izahatında göstərdi ki, N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu bölmə rəisinin köməkçisi vəzifəsində xidmət edir. 21 fevral 2025-ci il tarixdə xidməti etdiyi hərbi hissənin qərargahının 1-ci mərtəbədə yerləşən 22 nömrəli məxfi rejimli otağı 19:30 radələrində tərk etmiş, növbəti gün xidməti otağında hərbi forması geyinmiş, güzgü olmadığı üçün geyimin zədələnməsini hiss etməmiş, saat təxminən 11-12 radələrində qış gödəkçəsinin (buşlatının) qollarında atributlar olan hissəsini, şalvarını, kitelini (atributlar olan hissəsi, isimlik olan hissə, arxa hissə) və boğazlı köynəyini yandığını, bundan başqa gödəkçəsinin şevron və rütbələrini cırıldığını, dəbilqəsində isə soyadının və adının baş hərfləri yazılan yerdə düzəliş edilib əvvəllər xidmət etmiş digər hərbi qulluqçunun ad və soyadının baş hərfləri yazıldığını aşkar etmişdir. Soraqlaşdıqda cavabdeh zabit HHM rəisi kapitan Murad Əsgərov ona bildirmişdir ki, gecə saatlarında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyünün mühafizə və komendant taqım komandirinin müavini vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şəxs məxfi otağa daxil olmuşdur. Əvvəllər işlə bağlı Şəxsla mübahisəsi olmuşdur. Məhkəmədən qanunauyğun qaydada cəza verilməsini xahiş edir. Çavuş Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları təsdiq olunur. Məhkəmə Şəxs izahatını özünümüdafiə xarkter daşıması kimi qiymətləndirir və hesab edir ki, onun qeyd etdiyi xüsusatlar prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təkzib olunur. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin qərargah və təchizat bölüyünün mühafizə və komendant taqım komandirinin müavini vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şəxs həqiqi hərbi xidmət müddəti 20 mart 2028-ci il tarixədək uzadılmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 614.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs anasının xəstə olması, digər ailə üzvlərinin ona baxmaq iqtidarında olmaması və başqa hallar barədə hər hansı sənəd və ya sübut təqdim etməmişdir. Şəxs izahatında qeyd etdikləri özünümüdafiə xarakter kimi məhkəmə tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 614.2-ci maddəsinə əssən silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular və ya hərbi texnika istisna olmaqla sair hərbi əmlakı qəsdən az miqdarda məhv etmə və ya zədələmə görə on beş gündən iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran və məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 614.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri 32 saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkili X8 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.2-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 07 avqust 2025-cü il tarixdən hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X13 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, zərəçəkmiş şəxsə, müdafiəçiyə, prokurora və N nömrəli hərbi hissəyə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar