Məhkəmə qərarları › İş №3-1(093)-746/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-746/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-746/2025 11.08.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X13 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil, Zərərçəkmiş şəxs X3, Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi X2 iştirakları ilə, xx.xx.2006-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü radiokəşfiyyat və radiomaneə taborunun 1-ci radiokəşfiyyat və radiomaneə bölüyünün mühafizə və təminat taqımının 1-ci mühafizə manqasının atıcısı vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Hərbi prokuroru, ədliyyə müşaviri, X9 tərəfindən 08 avqust 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü radiokəşfiyyat və radiomaneə taborunun 1-ci radiokəşfiyyat və radiomaneə bölüyünün mühafizə və təminat taqımının 1ci mühafizə manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən 16 fevral 2025-ci il tarixdə saat 15:10 radələrində əsgər yataqxanasında əsgər yoldaşı, mühafizə komendant bölüyünün atıcısı vəzifəsində xidmət edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X7 ilə aralarında mübahisə yaranmış və mübahisə zəminində əsgər Pəhlivan Bədirov onu sinə nahiyəsindən itələmiş, əsgər Cəbrayıl İsmayılov isə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq onun üz nahiyəsinə bir dəfə baş, sinə və qol nahiyələrinə isə yumruq zərbələri endirmiş və nəticədə əsgər Pəhlivan Bədirova sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməyən “Sağ gicgah nahiyəsinin sıyrılmış yarası, sağ gözaltı nahiyənin və sol bazu oynağının ön proyeksiyasının qançırı” xəsarətlərini yetirmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi X5 inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarında göstərilənləri təkrarlayaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirildiyi üçün onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, 16 fevral 2025-ci il tarixdə saat 15:10 radələrində xidmətdə olarkən əsgər yataqxanasında əsgər yoldaşı X7 ilə aralarında mübahisə yaranmış və mübahisə zəminində əsgər Pəhlivan Bədirov onu sinə nahiyəsindən itələmiş, qarşılığında o Pəhlibanın üz nahiyəsinə bir dəfə baş, sinə və qol nahiyələrinə isə yumruq zərbələri endirmişdir.Əsgər yoldaşı ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Əməlindən peşmandır və məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, qaşılıqlı mübahisə nəticəsində hər iki əsgərin inzibati məsuliyyəti vardır, Şəxs hal-hazırda zərərçəkmiş şəxslə barışması, əməlindən peşman olması və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 bildirdi ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən əsgər yoldaşı Şəxs ilə aralarında mübahisə yaranmış və nəticədə İsmayıl onu yumruq zərbəsi ilə vurmuşdur. Hazırda barışmışlar heç bir şikayət tələbi yoxdur, məhkəmədən Şəxs cəzalandırılmamasını xahiş edir. İş materiallarında olan 10 iyul 2025-ci il tarixli qərarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs əsgər X6 xx.xx.2025-ci il tarixdə xəsarət yetirilməsi əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 668-Ə nömrəli 12 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, X3 almış olduğu xəsarətlər - Sağ gicgah nahiyəsinin sıyrılmış yarası, sağ gözaltı nahiyənin və sol bazu oynağının ön proyeksiyasının qançırı – bərk küt əşyanın zərbəvi təsirindən törənmişlər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. Məhkəmə qeyd edir ki, əsgər Şəxs hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərini kobud surətdə pozmuşdur. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi —on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 114.2 və 114.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olması, zərərəçəkmiş şəxslərlə barışmasını məsuliyyəti yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmədə Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs əməlindən peşman olması, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmaması, əvvəllər məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq edilmədən, həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək o, inzibati məsuliyyətdən azad edilməli, eyni zamanda Şəxs intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə materiallar sonuncunun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə göndərilməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 diqqət yetirərək qeyd edir ki, Nizamnamənin 48-ci bəndində əsgərlərə və matroslara verilən intizam cəzaları: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə; ğ) növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş növbətçiliyinə göndərmək istisna edilməklə) — 5 xidmət naryadına qədər; d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; s) əlaçı döş nişanından məhrumetmə; ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər. Göründüyü kimi kifayət qədər və sərt intizam cəzaları mövcüddur, əsgər Şəxs intizam məsuliyyətinə cəlb edərək ona yuxarıda sadalanlara cəzalardan hansı birinin tədbiq edilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığının diskresion səlahiyyətindədir. Məhkəmənin qərarı əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Vəkil həyata keçirmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə Şəxs hüquqlarının müdafiəsi üçün göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə, hər iş saatı 11 (on bir) manat olmaqla 44 (qırx dörd) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsiin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar