Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-754/2025 13.08.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X16 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil, Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi X3 iştirakları ilə, xx.xx.2003-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağsu rayonunun Cəlayir kəndində qeydiyyatda olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, ev 14-də yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Hərbi prokuroru vəzifəsini icra edən, ədliyyə müşaviri, X10 tərəfindən 17 iyul 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Qasımov X9 Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun N mm minaatan batareyasının 2-ci taqımının 1-ci minaatan manqasının komandiri vəzifəsində, əsgər hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən 08 aprel 2025-ci il tarixdə saat 13 radələrində tədris məşğələsi bitdikdən sonra hərbi hissənin 2-ci taborunun N mm minaatan batareyasının şəxsi həyəti ilə birlikdə N mm “20N5” tipli minaatanların hərbi hissəsinin 2-ci taboru üçün nəzərdə tutulmuş avtomobil parkında yerləşən boksunda olan “Kamaz - 43114” markalı “K-526-QQ” qeydiyyat nişanlı avtomobil texnikasının arxasına yığmaq üçün gəlmişlər. Avtomobil parkında olan zaman Şəxs 2-ci taborun N mm minaatan batareyasının şəxsi həyətinə kimlərin N mm 20N5 tipli minaatanları ərazidən gətirməkdə iştirak etmədiklərini soruşmuş, həmin vaxt 2- ci taborun N mm minaatan batareyasının 1-ci taqımının atəşi idarəetmə manqasının hesablayıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X13 “mən dünən gətirmişəm” demiş, Şəxs isə ona “çox artıq əskik hərəkət edirsən, aydındır?” deyə cavab vermiş, həmin vaxt Vahid Qasımov kinayəli şəkildə yüksək səslə “bəli” deyə cavab verdikdə, Şəxs tabelik münasibətlərində olmadığı hərbi qulluqçularla qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci, habelə İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin «hərbi qulluqçular bir-birilərinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini kobud surətdə pozaraq, əsəbi halda əlində olan idarəetmə bayrağı ilə Vahid Qasımovun baş nahiyəsinə bir neçə dəfə zərbə vuraraq sonuncuya sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməyən “alının sağ yarısının yarası” xəsarətini yetirməklə zor tətbiq etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi X5 inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarında göstərilənləri təkrarlayaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi sübuta yetirildiyi üçün onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, baş vermiş hadisədə təqsirlidir, 08 aprel 2025-ci il tarixdə əsgər X7 yaranmış anlaşılmamazlıq nəticəsində vurmuşdur. Hazırda barışmışlar, ona qarşı zərərkəmiş şəxsin şikayəti yoxdur, eyni zamanda antiterror əməliyyatının iştirakçısıdır, əməlindən peşmandır, məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil qeyd etdi ki, qaşılıqlı mübahisə nəticəsində hər iki əsgərin inzibati məsuliyyəti vardır, Şəxs hal-hazırda zərərçəkmiş şəxslə barışması, əməlindən peşman olması, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və anti-terror əməliyyatında iştirak etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan 02 iyul 2025-ci il tarixli qərarından görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs əsgər X8 xx.xx.2025-ci il tarixdə zor tətbiq etməsi əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 806 nömrəli 05 iyun 2025-ci il tarixli ekspert rəyindən görünür ki, X6 almış olduğu xəsarət alının sağ yarısının yarası bərk küt əşyanın zərbəvi təsirindən törənmişlər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqlarından dərəcəsi təyin edilmir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxs X2 Murad Xəyyam oğlu ilə barışdığını ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, əsgər Şəxs hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını tənzimləyən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərini kobud surətdə pozmuşdur. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi —on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 16.3-cü maddəsinə əsasən İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. 114.2 və 114.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olması, zərərəçəkmiş şəxslərlə barışmasını, anti-terror əməliyyatında iştirakını məsuliyyəti yüngülləşdirən hallar kimi hesab edir. Məhkəmədə Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs əməlindən peşman olması, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmaması, əvvəllər məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb olunmamasını və şəxsiyyətini səciyyələndirilən halları nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tətbiq edilmədən, həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək o, inzibati məsuliyyətdən azad edilməli, eyni zamanda Şəxs intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə materiallar sonuncunun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə göndərilməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 diqqət yetirərək qeyd edir ki, Nizamnamənin 48-ci bəndində əsgərlərə və matroslara verilən intizam cəzaları: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə; ğ) növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş növbətçiliyinə göndərmək istisna edilməklə) — 5 xidmət naryadına qədər; d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; s) əlaçı döş nişanından məhrumetmə; ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər. Göründüyü kimi kifayət qədər və sərt intizam cəzaları mövcüddur, əsgər Şəxs intizam məsuliyyətinə cəlb edərək ona yuxarıda sadalanlara cəzalardan hansı birinin tədbiq edilməsi onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığının diskresion səlahiyyətindədir. Məhkəmənin qərarı əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsini dövlət büdcəsi hesabına təyin olunmuş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil həyata keçirmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə Şəxs hüquqlarının müdafiəsi üçün göstərdiyi 3 (üç) saat hüquqi yardıma görə, hər iş saatı 11 (on bir) manat olmaqla 33 (otuz üç) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsiin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəflərə təqdim edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-754/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-754/2025
13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver