Məhkəmə qərarları › İş №3-1(093)-755/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-755/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-755/2025 13.08.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X4 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi X1 iştirakı ilə, 16 sentyabr 2003-cü il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Buləsuvar rayonu, Bağbanlar kəndində qeydiyyatda olan, Müdafiə Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçıoperator vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Müdafiə Nazirliyinin Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin xüsusi əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 1-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-operator vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən Şəxs həmin hərbi hissənin digər hərbi qulluqçuları ilə birlikdə 29 aprel 2024-cü il tarixdə Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsində “Komando bölmələrinin modernləşdirilməsi” kursunu keçmək üçün ezam olunan zaman ona təhkim olunmuş 893 nömrəli "Rantel Monokulyar” gecəgörmə cihazını təhvil alaraq özü ilə aparmaq üçün “Kamaz” markalı “E- 233-QQ” hərbi qeydiyyat nişanlı avtomobilə yerləşdirmiş, N nömrəli hərbi hissəyə gəlmiş və avtomobildən düşərək digər hərbi qulluqçularla birlikdə onlara təhkim edilmiş əmlakları “Kamaz” markalı “E-233-QQ” hərbi qeydiyyat nişanlı avtomobildən hərbi hissənin ərazisində yerləşən avtomobil parkında boşaltmışlar. Həmin vaxt sıra düzülüşü verilmiş, düzülüş verilərkən hər kəsə özünə təhkim edilmiş əmlakları yoxlayıb həmin əmlaklarla birlikdə sıraya düzülmələri barədə göstəriş verilmiş, lakin Şəxs ona təhkim edilmiş 893 nömrəli “Rantel Monokulyar” gecəgörmə cihazını tapmadığından həmin cihazı tapmaq məqsədi ilə N nömrəli hərbi hissənin avtomobil parkına qayıtmışdır. O, həmin parka gedərək gecəgörmə cihazını gəldikləri “Kamaz” markalı, “E 233 QQ” hərbi qeydiyyat nişanlı, şəxsi heyətin daşınılması üçün nəzərdə tutulmuş avtomobildə tapmamışdır. Bundan sonra o, parkın ərazisinə və orda olan avtomobillərə baxış keçirtmiş, lakin ona təhkim edilmiş gecəgörmə cihazını tapa bilməmişdir. Bundan sonra o, avtomobii parkında olan sürücülərdən gecəgörmə cihazını görüb-görməmələri barədə soruşmuş və kimliyini xatırlamadığı sürücü 893 nömrəli, “Rantel Monokulyar” gecəgörmə cihazının “Kamaz” markalı, “841” hərbi qeydiyyat nişanlı avtomobildə olduğunu bildirmişdir. Bundan sonra, o həmin avtomobiiə yaxınlaşmış və həmin avtomobilin şəxsi heyətin və hərbi əmlakların daşınması üçün nəzərdə tutulmuş hissəsindən gecəgörmə cihazının daşınılması üçün nəzərdə tutulmuş yaşıl qabı tapmış, lakin həmin qabın içərisinə baxmamışdır. Daha sonra o, cihazın qabını götürərək şəxsi heyətin düzülüş yerinə getmişdir. Düzülüş yekunlaşdıqdan sonra cihaz qabının içərisinə baxmış, lakin cihazın qabın içərisində olmadığını aşkar etmişdir. Məhkəmədə Bakı Hərbi prokurorunun böyük köməkçisi X2 inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar qeyd olunanları təkrarlayaraq əsgər Şəxs əməli ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün barəsində maddənin sanksiya həddində inzibati tənbeh tədbirinin tədbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, inzibati xətanın törədilməsində təqsirlidir, gecə görmə cihazını 29 aprel 2024-cü il tarixdə təlimlər vaxtı itirmişdır, dövlətə vurulmuş ziyanı ödəməmişdir. Əməlindən peşmandır, inzibati tənbeh tədbiri tətbiq edilərkən məhkəmədən tərəfindən nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən Şəxs səmimi peşmançılığını nəzərə alaraq minimum həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N dekabr 2023-cü il tarixli 398 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N dekabr 2023-ci ildə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Slah və Texnika İdarəsinin rəisi vəzifəsini icra edənin 12 aprel 2025-ci il tarixli məktubundan görünür ki, 893 zavod nömrəli Rantel markalı gecəgörmə cihazı 1 ədadinin dövlət qiyməti 4750 ABŞ dolları olmuşdur. Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajor Tural Əfəndiyev tərəfindən 16 may 2025-ci il tarixdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs ona təhkim edilmiş 893 nömrəli “Rantel Monokulyar” gecəgörmə cihazını itirməsi əməlində cinayət tərkibinin əlamətlərinin olmaması qənaətinə gəlinərək barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 614.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsinə əsasən hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların, hərbi texnikanın və ya sair hərbi əmlakın saxlanması qaydalarını pozmaqla itirilməsi - on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 614.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkili Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 614.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 13 avqust 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə, prokurora və N nömrəli hərbi hissəyə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar