Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-769/2025 01.09.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X1N Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt Hərbi prokurorunun köməkçisi ədliyyə kapitanı X4 iştirakı ilə, xx xxx N006-ci il tarixdə Tərtər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ora təhsilli, subay, Kəlbəcər rayonu, Ağdaban kəndində qeydiyyatda olan, Tərtər rayonu, Bəyimsarov kəndində yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun gərargah bölüyünün mühəndis istehkam taqımının N-ci mühəndis istehkam manqasının istehkamçısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Hərbi prokuroru, ədliyyə müşaviri X9 tərəfindən xx.xx.N0N5-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, X6 Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci taborunun qərargah bölüyünün atəş dəstək taqımının minaatan manqasının tuşlayıcısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən N1 aprel N0N5-ci il tarixdə N nömrəli hərbi hissənin yaxınlığındakı taktiki təlim zolağında 1-ci taborun qərargah bölüyün şəxsi heyəti ilə birlikdə dərsə cəlb olunmuş, həmin gün saat 16 radələrində fasilə vaxtı orada olan xidmət yoldaşları ondan yaxınlığında olan dəbilqəni onlara atmasını xahiş etmiş, sonuncu dəbilqəni yerdən götürüb onlara atsa da hava şəraiti küləkli olduğu üçün dəbilqə yerə düşmüş və həmin vaxt bunu görən manqa komandirləri öz tabeliklərində olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına cəza məqsədilə fasilə vaxtının bitdiyini bildirərək “Döyüşə!” komandası vermiş, bölüyün şəxsi heyəti verilmiş komandanı icra etdikdən sonra hərbi hissənin 1-ci taborun qərargah bölüyünün mühəndis istehkam taqımının N-ci mühəndis istehkam manqasının istehkamçısı, əsgər Şəxs, Ömər Allahverdiyevə görə cəza aldıqları üçün sonuncunun ünvanına nalayiq ifadə işlətmişdir. Həmin gün saat 17 radələrində 1-ci taborunun inzibati binasında yerləşən əsgər yataqxanasında olan zaman Şəxs baş verənləri xatırlayaraq yenidən onun ünvanına nalayiq ifadə işlətdikdə o, əsəbiləşərək Şəxs istifadə etdiyi nalayiq ifadələrə görə cəzalandırmaq və digər xidmət yoldaşlarının qarşısında özünün nüfuzuna xələl gəlməsinin qarşısını almaq məqsədilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 4N-ci maddələrində nəzərdə tutulmuş «hərbi qulluqçular birbirinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» kimi tələblərini kobud şəkildə pozub sağ əli ilə Şəxs sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq yerə yıxmış, nəticədə Şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “üst dodağının sağ yarısının əzilmiş-çapılmış yarası və sol göz qapağı nahiyəsinin sıyrıqla müşayət olunan qançırı" xəsarətlərini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Beləliklə müəyyən edilmişdir ki, Şəxs N1 aprel N0N5-ci il tarixdə XN ünvanına nalayiq ifadələr işlətməklə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozmuş, yəni Ömər Allahverdiyevin şərəf və ləyaqətini alçatmışdır. XN barəsində Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə müstəntiq Elvin Atakişiyev tərəfindən qəbul edilmiş "sübutların qiymətləndirilməsi haqqında” qərarla Şəxs Ömər Allahverdiyevin ünvanına nalayiq ifadə işlədərək sonuncunun şərəf və ləyaqətini alçatmasından ibarət əməlində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından barəsində həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən xitam verilmişdir. Sumqayıt Hərbi prokurorunun böyük köməkçisi Orxan Süleymanzadə məhkəməyə İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda qeyd olunanları təkrarlayaraq qeyd etdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər Şəxs Ömər Allahverdiyevə ünvanına nalayiq ifadə işlətməsi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozulmasına yol vermişdir. Bununla da əməlində cinayət tərkibinin əlamətləri olmasa da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini və Şəxs maddənin sanksiya həddində inzibati qaydada həbs edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, inzibati xətanın törədilməsində təqsirlidir, zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır, məhkəmədən nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən bağılaşlanmasını xahiş etdi. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu - əsgər X3 ərizə məhkəməyə ünvanlayaraq bildirdi ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barıdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N4-cü il tarixli N99 nömrəli əmrindən çıxarışdan görünür ki, N01 nömrəli hərbi hisə komandirinin xx.xx.N0N4-cü tarixli müvafiq sərəncamına əsasən N nömrəli hərbi hissədən gəlmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun gərargah bölüyü mühəndis istehkam taqımının N-ci istehkam manqasının istehkamçısı vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N0 fevral N0N5-cİ il tarixli NN nömrəli əmrindən çıxarışdan görünür ki, 550 nömrəli hərbi hisə komandirinin xx.xx.N0N5-ci tarixli müvafiq sərəncamına əsasən N nömrəli hərbi hissədən gəlmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X1 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun gərargah bölüyünün atəş dəstək taqımının minaatan manqasının tuşlayıcı vəzifəsinə təyin olunmuşdur. XN barəsində Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə müstəntiq Elvin Atakişiyev tərəfindən qəbul edilmiş "sübutların qiymətləndirilməsi haqqında” qərarla Şəxs Ömər Allahverdiyevin ünvanına nalayiq ifadə işlədərək sonuncunun şərəf və ləyaqətini alçatmasından ibarət əməlində Azərbaycan Respublikası CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından barəsində həmin hissədə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.N-ci maddəsinə əsasən xitam verilmişdir. Şəxs əməlində cinayət tərkibi olmasa da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olduğundan inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün materal Sumqayıt Hərbi Prokurorluğuna göndərilmişdir. Məhkəmədə araşdırılan hallardan görünür ki, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 61N.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 613.N-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin N1-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən edilməmiş, əməlindən peşman olması və zərərçəkmiş şəxslə barışması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 61N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. “Xəzər Konsaltinq” Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə N8 aprel N0N5-ci il tarixli, 141 saylı qərarına əsasən əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 1N9 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61N.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 01 sentyabr N0N5-cü il tarixdən hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə, prokurora və N nömrəli hərbi hissəyə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-769/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-769/2025
01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver