Məhkəmə qərarları › İş №3-1(093)-79/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-79/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-79/2025 31.01.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Əhmədov X4 Nazirliyinin Xızı rayonunun Yaşma qəsəbəsinin ərazsində yerləşən N nömrəli hərbi hissəsinin təminat bölüyünün təsərrüfat taqımının anbar rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən N iyul 2024-cü il tarixdə saat 18 radələrində “Kamaz-4311 И” markalı К 610 QQ hərbi qeydiyyat nişanlı avtomobil texnikası ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən N nömrəli hərbi hissənin şəxsi heyətinə şam yeməyi gətirən zaman maşın başçısı olduğundan hərbi hissənin nəzarət buraxılış məntəqəsindən daxıl olduqdan sonra həmin avtomobilin sürücüsü, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X2 hərəkət marşrutundan çıxaraq avtomobili hərbi hissənin ərazisində nəzarət buraxılış məntəqəsindən bir xeyli kənarda, N nömrəli hərbi hissənin arxa tərəfində yerləşən yola yaxın məsafədə saxlamasını bildirmişdir. Elgün Keytiyev avtomobili saxladıqdan sonra Şəxs ona hərbi hissəyə gedib əşya saxlama otağından mülki geyim formasını gətirməsini tapşırmış, sonuncu isə Şəxs göstərişini icra edərək hərbi hissəyə getmişdir. Bundan sonra Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin maddi-texniki təminat bölüyünün təsərrüfat taqımının anbarlaı manqasının yanacaq sürtkü materialları anbar rəisi, gizir X3 əvvəlcədən Şəxsla aralarında olan razılığa əsasən etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz 250D” markalı 66BX610 dövlət qeydiyyat nişanlı nişanlı minik avtomobili ilə N nömrəli hərbi hissənin arxa hissəsindən keçən yol ilə Şəxs yanına gəlmişdir. Elşad Mustafayev avtomobili ilə Şəxs yanına gəldikdən sonra sonuncu əvvəlcədən orada gizlətdiyi plastik boru və bidonları götürməklə “Kamaz- 43114” markalı К 610 QQ hərbi qeydiyyat nişanlı avtomobilin yanacaq çənindən boru vasitəsi ilə Elşad Mustafayevlə birlikdə 100 litr (83.6 kiloqram) dizel çəkərək bidonlara tökmüş, daha sonra avtomobildən çəkdiyi dizeli gizir Elşad Mustafayevə vermişdir. Təxminən 15-20 dəqiqə sonra əsgər X7 Əhmədovun mülki geyim formasını gətirmiş, sonuncu isə Elgün Keytiyevə şəxsi heyətin yeməyini təhvil verməsini bildirmiş, daha sonra isə Elşad Mustafayevin avtomobilinə əyləşərək sonuncu il birlikdə oradan getmişdir. Baş verənlərdən sonra 29 iyul 2024-cü il tarixdə saat 06 radələrində “Kamaz” markalı K610QQ hərbi qeydiyyat nişanlı avtomobilin N nömrəli hərbi hissədən şəxsi heyətə yemək gətirilən zaman yanacağı qutarmış, bu barədə isə N nömrəli hərbi hissə komandanlığına məruzə edilmiş, avtomobilin yanacağı qutarması səbəbindən şəxsi heyətin səhər yeməyi gecikmiş, bundan sonra hərbi hissə komandiri tərəfinən tədbir görülərək avtomobilə yanacaq tökülmüş və şəxsi heyətin yeməyi təxminən saat N radələrində hərbi hissəyə çatdırılmışdır. Avtomobil hərbi hissəyə gəldikdən sonra hərbi hissə komandiri N iyul 2024-cü il tarixdə “Kamaz” markalı K610QQ hərbi qeydiyyat nişanlı avtomobilinə tam çən yanacaq vurulduğunu, 2 gün ərzində yanacağın bitməsinin mümkün olmadığını bildirməklə, avtomobilin yanacaq çəninin yoxlanılması barədə göstəriş vermiş, yanacaq çənində olan dizel yanacağı yoxlandıqdan və yol vərəqələri ilə tutuşdurulduqdan sonra 100 litr dizel yanacağının çatışmadığı müəyyən edilmişdir. Həmin vaxt Şəxs hadisə barədə həqiqəti deyərək N iyul 2024-cü il tarixdə avtomobildən 100 litr dizel çəkərək gizir Elşad Mustafayevə verdiyini etiraf etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 oktyabr 2024-cü il tarixli qərara əsasən gizir Şəxs və gizir X1 əvvəlcədən aralarında olan razılığa əsasən N iyul 2024-cü il tarixdə saat 18 radələrində N nömrəli hərbi hissəyə məxsus “Kamaz-43114” markalı, K 610 QQ hərbi qeydiyyat nişanlı avtomobil texnikasının yanacaq çənindən 100 litr (83,6 kiloqram) dizel çəkərək talamaları əməllərində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin və ya hər hansı maddəsinin tərkib əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, gizir Şəxs N iyul 2024-cü il tarixdə “Kamaz-43114” markalı, K 610 QQ hərbi qeydiyyat nişanlı avtomobilin yanacaq çənindən 100 litr dizeli çəkərək talaması, nəticədə 29 iyul 2024-cü il tarixdə N nömrəli hərbi hissənin səhər yeməyinin saat 09:00-dək gecikməsinə səbəb olması əməlində Azərbayca Respublikası CM-nin 342.1-ci maddəsinin və ya hər hansı maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Gizir Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərinin mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar