Məhkəmə qərarları › İş №3-1(093)-822/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-822/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-822/2025 07.10.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X14 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik-leytenantı X4 iştirakı ilə, xx xxxxxx 2005-ci il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 Xidməti Akademiyasının təlim-tədris taborunun 2-ci tədris bölüyünün 4-cü taqımının 3-cü manqasının kursantı X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi, ədliyyə polkovniki Eyvaz Mustafayev tərəfindən xx.xx.2025-ci il tarixdə Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki kursant Şəxs Sərhəd Xidməti Akademiyasının təlim-tədris taborunun 2-ci tədris bölüyünün 4-cü taqımının 3-cü manqasının kursantı olarkən 27 may 2024-cü il tarixdə saat 23 radələrində tabelik münasibətində olmadığı həmin taqımın 3-cü manqasında xidmət edən kursant Zərərçəkmiş şəxs ilə Akademiyanın əşya saxlama otağında mübahisə edən zaman sillə ilə bir dəfə kursant Zərərçəkmiş şəxs üz nahiyəsinə vurmaq istəyəkən sonuncu geri çəkildiyinə görə dırnağı onun sol göz ətrafına dəymiş və əli ilə arxaya itələməklə ona “Sol bazunun bayır səthinin sıyrılmış yaralan” ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Beləliklə müəyyən edilmişdir ki, kursant Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub kursant Zərərçəkmiş şəxs zor tətbiq etmişdir. Fakla bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general- mayor Ramin Bağırov tərəfindən araşıdılma aparılmış və 09 sentyabr 2025-ci il tarixdə cinayət tərkibi əlamətlərinin olmaması nəticəsinə gələrək Şəxs barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru, ədliyyə polkovnik leytenantı X8 nzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda qeyd olunanları təkrarlayaraq qeyd etdi ki, Dövlət Sərhəd Xidməti Akademiyasının kursantı Şəxs kursant Zərərçəkmiş şəxs zor tətbiq edilməsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini və X3 maddənin sanksiya həddində inzibati qaydada həbs edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 məhkəmə iclasında bildirdi ki, inzibati xətanın törədilməsində təqsirlidir, zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır, məhkəmədən nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən X3 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, məhkəmədən bağılaşlanmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Dövlət Sərhəd Xidməti Akademiyasının təlimtədris taborunun 2-ci tədris bölüyünün 4-cü taqımının 3-cü manqasında xidmət edən kursant Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 22:20 radələrində yataqxanada bədəninə “Rexona” vurmuşdur. Həmin vaxt gün növbətçisi kursant Şəxs nalayiq ifadəynən “Rexona” vurana söyüş söymüşdür. O, kursant Şəxs yaxınlaşaraq “Rexona”nı vurduğunu demiş və söyüş söynə səbəbini soruşmuş, sonuncu cavabında "hamıya aid eliyib deyirəm amma zarafatım olan insanlar var” deyərək cavab vermişdir. Təxminən saat 22:50 radələrində kursant Şəxs onun söhbətə aydınlıq gətirməsi üçün əşya-saxlana otağına çağırmış və birlikdə əşya saxlama otağına getmişdilər. Kursant Zərərçəkmiş şəxs ona nə üçün hamı adından danışdığını soruşduqda o yenidən həmin ifadənin hamıya dediyini və zarafatda olduğu insanlara aid elədiyini bildirmişdir. O isə kursant Şəxs düzgün etmədiyini bildirmişdir. Həmin vaxt kursant Şəxs onun üz nahiyəsinə şillə vurmuş, o, geri çəkilmiş lakin kursant Şəxs dırnaqları onun sol gözünün ətrafını sıyırmışdır. Sonra onlar bir-birilərini itələmişlər. Daha sonra onları ayırmışlar. X9 ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Eyni zamanda Zərərçəkmiş şəxs ərizə məhkəməyə ünvanlayaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 ilə barıdığını, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. İş materiallarında olan Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general – mayor Azər İbrahimovun 05 sentyabr 2023-cü il tarixli 0200 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs və Zərərçəkmiş şəxs şəxsi heyətin siyahısına, bütün növ təminat normalarına daxil edilməklə kursant vəzifəsinə təyin edilmişlər və onlara əsgər (kursant) hərbi rütbəsi verilmişdir. Şəxsi heyət üzrə şöbə rəisinin müavini polkovnik-leytenant Azər Abasovun arayışından görünür ki, 2-ci tədris bölüyünün 4-cü taqımının 3-cü manqasının kursantı Zərərçəkmiş şəxs ilə 2-ci tədris bölüyünün 4-cü taqımının 3-cü manqasının kursantı X3 Daxili Xidmət Nizamnaməsinə uyğun olaraq xidmət etdikləri müddət ərzində aralarında tabeçilik münasibətləri olmayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 821 nömrəli 02 iyun 2025-ci il tarixli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü DSX Akademiyasının kursantı Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sol bazunun bayır səthinin sıyrılmış yaralarla müşayiət olunan qançırı – tinli kənara malik bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Məhkəmədə araşdırılan hallardan görünür ki, əsgər X9 yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 612.1-ci maddəsinə əsasən abelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etdikdə — on gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmədə X3 məsuliyyətini ağırlaşdıran müəyyən edilməmiş, əməlindən peşman olması və zərərçəkmiş şəxslə barışması məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə X6 tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, X6 Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. “Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X5 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 07 oktyabr 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə, zərərçəkmiş şəxsə, prokurora və Dövlət Sərhəd Xidməti Akademiyasına təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar