Məhkəmə qərarları › İş №3-1(093)-824/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-824/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-824/2025 08.10.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X10 Arif oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt Hərbi prokurorunun köməkçisi, ədliyyə kapitanı X1 iştirakı ilə, xx.xx.2001-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Fizuli rayonunun Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə inzibati xəta haqqında materiala Bakı Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Hərbi prokuroru, ədliyyə polkovniki X5 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 03 iyun 2025-ci il tarixli 7189/K saylı məhkəmə-kimyəvi müayinə aktının 16 iyun 2025-ci il tarixdə N nömrəli hərbi hissəyə daxil olması əsasında N nömrəli hərbi hissənin komandiri tərəfindən xidməti araşdırma təyin edilmiş və 10 iyul 2025-ci il tarixdə araşdırmanın davam etdirilməsi və prosessual qərarın qəbul edilməsi üçün toplanmış materiallar Müdafiə Nazirliyinin Daxili Təhlikəsizlik və Təhqiqat Baş İdarəsinin 5-ci Təhqiqat bölməsinə göndərilmiş, 16 iyul 2025- ci il tarixdə həmin material təhqiqat bölməsinə daxil olaraq araşdırmanın davam etdirilməsi təhqiqatçı, ədliyyə leytenantı Vurğun Cəbrayılova həvalə edilmişdir. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İdrisli X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin PUA yerüstü kəşfiyyat bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 17 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qara Qarayev prospekti adlanan əraziyə gedərək avtobus dayanacağında avtobus gözləyən zaman dayanacağın yanında yerdən 1 ədəd “LD” markalı siqaret qutusunu görərək götürmüş, qutunun içərisində falqaya bükülmüş halda narkotik vasitə, yəni “nəşə” olduğunu görərək qanunsuz əldə etdiyi Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddə hesab edilən «marixuana»nı az miqdarda, yəni 0,123 mq/l miqdarda istehlak etmişdir. 19 dekabr 2024-cü il tarixdə səhər saatlarında xidmət yerində olan zaman kapitan Mahir Şabanzadə ilə birlikdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Məhkəmə-kimya bölməsində narkoloi müayinəyə getmiş və müayinə zamanı ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitə hesab edilən «0,123 mq/l tetro hidro kannabinol turşusu» aşkar edilmişdir. Bundan başqa, Şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən 13 iyul 2025-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi adlanan ərazidə yerləşən parkın ərazisində olarkən oturacağın üzərində 1 ədəd siqaret qutusu görərək götürmüş, qutunun içərisində falqaya bükülmüş halda narkotik vasitə, yəni “nəşə” olduğunu görərək qanunsuz əldə etdiyi Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddə hesab edilən «marixuana»nı az miqdarda, yəni 0,354 mq/l miqdarda istehlak etmişdir. 29 iyul 2025-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Məhkəmə-kimya bölməsində narkoloji müayinəyə getmiş və müayinə zamanı ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitə hesab edilən «0,354 mq/l tetro hidro kannabinol turşusu» aşkar edilmişdir. Sumqayıt Hərbi prokurorunun köməkçisi X4 məhkəməyə bildirdi ki, İdrisli X6 Nazirliyinin N nömrəli hərbi hissəsinin PUA yerüstü kəşfiyyat bölüyünün baş çavuşu vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən 17 dekabr 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Qara Qarayev prospekti adlanan əraziyə gedərək avtobus dayanacağında avtobus gözləyən zaman dayanacağın yanında yerdən 1 ədəd “LD” markalı siqaret qutusunu görərək götürmüş, qutunun içərisində falqaya bükülmüş halda narkotik vasitə, yəni “nəşə” olduğunu görərək qanunsuz əldə etdiyi Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddə hesab edilən «marixuana»nı az miqdarda, yəni 0,123 mq/l miqdarda istehlak etmişdir. 19 dekabr 2024cü il tarixdə səhər saatlarında xidmət yerində olan zaman kapitan Mahir Şabanzadə ilə birlikdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Məhkəmə-kimya bölməsində narkoloi müayinəyə getmiş və müayinə zamanı ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitə hesab edilən «0,123 mq/l tetro hidro kannabinol turşusu» aşkar edilmişdir. Bundan başqa, 13 iyul 2025-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi adlanan ərazidə yerləşən parkın ərazisində olarkən oturacağın üzərində 1 ədəd siqaret qutusu görərək götürmüş, qutunun içərisində falqaya bükülmüş halda narkotik vasitə, yəni “nəşə” olduğunu görərək qanunsuz əldə etdiyi Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddə hesab edilən «marixuana»nı az miqdarda, yəni 0,354 mq/l miqdarda istehlak etmişdir. 29 iyul 2025-ci il tarixdə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizasının Məhkəmə-kimya bölməsində narkoloji müayinəyə getmiş və müayinə zamanı ondan götürülmüş qan və sidik nümunələrində narkotik vasitə hesab edilən «0,354 mq/l tetro hidro kannabinol turşusu» aşkar edilməsi faktı təsdiq edildiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, inzibati xətanın törədilməsində təqsirlidir, əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İdrisli X6 Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən onun adına verilmiş xasiyyətnamə ilə mənfi tərəfdən xarakterizə olunmuşdur İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin, xx.xx.2025-ci il tarixli, 139 saylı əmrindən edilmiş çıxarışdan görünür ki, Şəxs pilotsuz uçuş aparatları və yerüstü kəşfiyyat bölüyünün baş çavuşu vəzifəsinə təyin edilmişdir. Materiala əlavə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 03 iyun 2025-ci il tarixli 7189/K nömrəli aktından görünür ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə götürülmüş sidik nümunəsində «0,123 mq/l tetro hidro kannabinol turşusu» aşkar edilmişdir. Araşdırma materialına əlavə edilmiş Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 29 iyul 2025-ci il tarixli 3952/K saylı (3440/K saylı, xx.xx.2025-ci tarixli akt əsasında) ekspert rəyindən görünür ki, Şəxs sidik nümunəsində «0,354 mq/l tetro hidro kannabinol turşusu» aşkar edilmişdir. Araşdırma materialı üzrə Müdafiə Nazirliyinin 5-ci Təhqiqat bölməsinin təhqiqatçısı, ədliyyə leytenantı Vurğun Cəbrayılov tərəfindən Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etməsi faktı ilə əlaqədar araşdırması aparılmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən 21 avqust 2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə qeyd edir ki, Şəxs 19 dekabr 2024-cü il tarixdə götürülmüş sidik nümunəsində «0,123 mq/l tetro hidro kannabinol turşusu» Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 03 iyun 2025-ci il tarixli 7189/K nömrəli aktı ilə müəyyən edilmişdir. Şəxsin inzibati məsuliyyətə cəlbetmə müddəti artıq ötürülmüş hesab edildiyindən, sidik nümünəsində altı ay sonra tədqiqat aparılması ciddi şübhə doğurduğundan bu hissədə məhkəmə onu inzibati məsuliyyətə cəlb edə bilməz. Belə ki, aşkar sürətdə şəxsin hərəkətlərində (hərəkıtsizliyi) cinayət əməlini istisna edən və yalnız inzibati xəta tərkibi olan əməl üzrə inzibati məsuliyyətə cəlb edilmə müddəti onun tərəfindən sidik nümünəsinin verdiyi tarixdən hesablanır, təhqiqatçı qərarı aidiyyəti üzrə gec göndərməsi və ya ekspert rəyinin altı ay sonra verilməsi və bunun əsasında bilavasitə inzibati icraatın başlanması barədə qərar qəbul edilməsi əvəzinə 21 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsi artıq ötürülmüş müddətin bərpa edilməsi üçün əsas deyildir. Odur ki, məhz bu inzibati xətaya görə Şəxs məsuliyyətə cəlb edilməməlidir. Lakin, Şəxs xx.xx.2025-ci il tarixdə götürülmüş sidik nümünəsində tetro hidro kannabinol turşusu aşkar edildiyi üçün o, inzibati məsuliyyətə cəb edilməlidir. Göründüyü kimi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərkən hər iki əməl əhatə olunmuş, qanunvericiliyin tələbinə əsasən şəxs ilkin əmələ görə inzibati məsuliyyətə cəlb edilmədən təkrar qanunsuz olaraq narkotik vasitələrin istehlak etdikdə onun əməli eyni maddə üzrə tövsif olunur və bu halda təkrarçılıq məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməli və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Lakin, ilkin əməl məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Hansı səbəbdən Şəxs məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məsələsinə gəldikdə məhkəmə xüsusi olaraq vurğulayır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Hazırda Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı işə baxıldığından həmin maddə bu Məcəllənin 22-ci fəsilində yer aldığından və Şəxs hərbi qulluqçu olduğundan onun barəsində törətdiyi inzibati xətaya görə inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1,115,129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sabunçu rayonu İcra Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar