Məhkəmə qərarları › İş №3-1(093)-845/2025

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-845/2025

22.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-845/2025 22.10.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X10 Arif oğlunun sədrliyi, Quliyev Ziya İbrahim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi “Arbitrium” Vəkil Bürosunun vəkili X1, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X5 iştirakı ilə, xx xxxx 1995-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Cəlilabad şəhəri, Şəhriyar küçəsi, ev 6-da qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Dəniz sahəsi mühafizə divizionunun patrul katerinin (P 215) baş radiotelefonçusu vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri 2-ci dərəcəli kapitan X9 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati xəta haqqında materialı baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Dəniz sahəsi mühafizə divizionunun patrul katerinin (P 215) baş radiotelefonçusu vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən 08 oktyabr 2025-ci il tarixdə saat 07:30-dan 13 oktyabr 2025-ci il tarixdə saat 07:30-dək hərbi hissəni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X8 məhkəməyə bildirdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Dəniz sahəsi mühafizə divizionunun patrul katerinin (P 215) baş radiotelefonçusu vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şəxs 08 oktyabr 2025-ci il tarixdə saat 07:30dan 13 oktyabr 2025-ci il tarixdə saat 07:30-dək hərbi hissəni özbaşına tərk etmişdir. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs hərbi hissəni özbaşına tərk etmə səbəbini ailə problemləri ilə əlaqələndirmişdir. Bundan əvvəl sentyabr və oktyabr aylarından Şəxs hərbi hissəni özbaşına tərk etdiyinə görə dəfələrlə intizam məsuliyyətinə cəlb edilmiş. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini, Şəxs inzibati məsuliyyətə clb edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, avqust ayınında başlayaraq anasının xəstə olması səbəbidən hərbi hissəni tərk etmə halları olub, bu səbəbdən 2025-ci ilin oktyabr ayının 08-13-ü tarixlərində hərbi hissədə olmamışdır. Təqsirli olmasını dərk edir və məhkəmədən nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən Şəxs səmimi peşmançılığını və onun qeyd etdiyi kimi valideynin xəstə olamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2025-ci il tarixli 226 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Dəniz sahəsi mühafizə divizionunun patrul katerinin (P 215) baş radiotelefonçusu vəzifəsinə təyin olunmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2025-ci il tarixli 287 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs 08 oktyabr 2025-ci il tarixdə saat 07:30-da xidmət yerinə gəlməli olduğu halda gəlməmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2025-ci il tarixli 292 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs 13 oktyabr 2025-ci il tarixdə saat 07:30-da xidmət yerinə qayıtmışdır. İş materiallarından olan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandiri 2-ci dərəcəli kapitan X6 2025-ci ilin sentyabr ayının 8, 16-ı tarixlərinin 522, 542 nömrəli, oktyabr ayının 02, 07-i tarixlərinin 587 və 589 nömrəli əmrlərinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs töhmət, 2 dəfə şiddətli töhmət və “Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilərək intizam qaydasında cəzalandırılmışdır. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs anasının xəstə olması, digər ailə üzvlərinin ona baxmaq iqtidarında olmaması və başqa hallar barədə hər hansı sənəd və ya sübut təqdim etməmişdir. Şəxs izahatında qeyd etdikləri özünümüdafiə xarakter kimi məhkəmə tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. “Arbitrium” Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkili X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 22 oktyabr 2025-cü il tarixdən hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə və N nömrəli hərbi hissəyə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar