Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-853/2025 24.10.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X5 Arif oğlunun sədrliyi, Quliyev Ziya İbrahim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Vəkil, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun gərargah rəisinin şəxsi heyyətlə iş üzrə köməkçisi X1 iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, deməsinə görə məhkum olunmamış, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, N nömrəli hərbi hissəsinin rabitə bölüyünün radiorabitə bölməsinin rəisi vəzifəsində xidmət edən gizir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri polkovnik leytenant X4 tərəfindən N4 oktyabr N5-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi inzibati xəta haqqında MN seryalı ******* nömrəli tərtib edilmiş protokol və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, N nömrəli hərbi hissəsinin rabitə bölüyünün radiorabitə bölməsinin rəisi vəzifəsində xidmət edən gizir Şəxs üzürlü səbəblər olmadan 13 sentyabr N5-ci il tarixdə saat 16:00-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından çıxarış olunduğu halda xidmət yerinə gəlməmiş, 17 sentyabr N5-ci il tarixdə saat 13:00-da Sumqayıt şəhəri N nömrəli hərbi hissəyə qayıtmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin N-ci əməliyyat taborunun gərargah rəisinin şəxsi heyyətlə iş üzrə köməkçisi X3 inzibati xəta haqqında protokolda qeyd olunanları təkrarlayaraq izahatında bildirdi ki, Şəxs 13 sentyabr N5-ci il tarixdə saat 16:00da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından çıxarış edildikdən sonra baxmayaraq ki, həmin tarix şənbə gününə təsadüf edir o, bütün hallarda hərbi hissəyə gələrək məlumat verməli idi və daha sonra evinə gedə bilərdi. Lakin bunu etməmiş və bu səbəbdən inzibati xətanı törətmişdir. Odur ki, Şəxs törədiyi inzibati xətaya görə maddənin saksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.N5-ci il tarixdə saat 16:00-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından çıxarış olunub, 13-14 oktyabr N5-ci il tarixləri həftənin şənbə və bazar günü olduğu üçün xidmət yerinə qayıtmağı lazım bilməyib, 15-16 oktyabr N5-ci il tarixlərində isə müalicəsini evdə davam etdirdiyi üçün xidmət yerinə qayıtmamışdır. xx.xx.N5-ci il tarixdə xidmət yerinə qayıtmışdır. Məhkəmədən qeyd olunanların nəzərə zlınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Vəkil, Şəxs xidmət yerinə gəlməməsi xəstəliyi ilə əlaqədar olduğu üçün üzürlü səbəb kimi qəbul edilidir. Odur ki, məhkəmədən iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. İşin araşdırlan hallarından görünür ki, Şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq 5 il müddətində 19 may N3-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətin müddətinin uzadılması haqqında bağlaşma imzalamış və N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 188 nömrəli əmri ilə gizir Şəxs həmin hərbi hissənin rabitə bölüyünün radiorabitə bölməsinin rəisi vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin N7 avqust N5-ci il tarixli N57 nömrəli əmri ilə gizir Şəxs həmin tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müalicəyə göndərilmiş, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.N5-ci il tarixli 6911 nömrəli epikrizindən çıxarışa ona “Gizli sifilis. İkincili hissəvi adetiya. Nevrotik təzahürlər.” Diaqnozu qoyularaq, müalicəsini ambulator qayda da davam etdirilməsi, planlı qaydada MN MSP-də ortoped stomatoloqun baxışına göndərilməsi və 3 aydan sonra təkrar qanın sifilisə görə müayinəsi və dermatoloqun baxışında keçməsi məsləgət görülərək xx.xx.N5-ci il tarixdə çıxarış olunmuşdur. Şəxs 17 sentyabr N5-ci il tarixdə saat 13:00-da hərbi hissəyə qayıtmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur. Belə ki, 13 sentyabr N5-ci il tarixdə saat 16:00-da Əhmədov XN Nazirliyinin Baş Klinik Hospitalından çıxarış olunarkən şənbə gününə təsadüf etmiş, 14 sentyabr N5-ci il tarixdə istirahət günü olduğundan onun vəzifə olaraq 15 sentyabr N5-ci il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda , 16 sentyabr N5-ci il tarixdə 13:00-da xidmətə gəlmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün kündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Zabitlər, gizirlər və miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına üçün—iki istirahət günü ilə beşgünlük xidmət həftəsinin müddəti müəyyən edilir. Göründüyü kimi gizir Şəxs 13 sentyabr N5-ci il tarixdə saat 16:00-da Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından çıxarış edilərkən və növbəti gün onun istirahət günü olduğundan, vəzifə olaraq hərbi hissəyə xidmətə çıxmağa borclu olmamışdır. 15 sentyabr N5-ci il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda 16 sentyabr N5-ci il tarixdə saat 13:00-da xidmət yerinə çıxmış, lakin iki gün inzibati xəta tərkibi yaratmadığından, o inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə — iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs hərbiçi olmasını nəzərə alaraq qeyd edir ki, milli təhlükəsizliyin müdafiəsində ordu mühüm əhəmiyyət daşıdığından, bu vəzifəni daşıyanlar üçün müəyyən məhdudiyyətlər qoyula bilər. Məsələn, onun tutduğu vəzifədən, nadir texniki ixtisaslarından və ya aktiv hərbi əməliyyatlarda iştiraklarından asılı olaraq əvəzlənməsi asan olmasın. Belə müstəsna hal hazırki işdə olmadığından Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkiblərinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 1N-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.N-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmənin gəldiyi nəticəyə görə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.N-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. “ARBİTRİUM” Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati protokol tərtib edilmiş şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə N8 aprel N5-ci il tarixli, 141 saylı qərarına əsasən əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, “ARBİTRİUM” Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə Şəxs hüquqlarının müdafiəsi üçün göstərdiyi 4 (dörd) saat hüquqi yardıma görə, hər iş saatı 11 (on bir) manat olmaqla 44 (qırx dörd) manat pul Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına “ARBİTRİUM” Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16, 40, 43, 48-51, 114-115, 117, 1N8-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.N-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.N-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 4 saat hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaitindən “ARBİTRİUM” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. X6
Məhkəmə qərarları › İş №3-1(093)-853/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-853/2025
24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver