Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-858/2025 30.10.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X10 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili X1, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X2 iştirakı ilə, xx xxxx 2002-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Yeni qəsəbəsində qeydiyyatda olan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü mexanikləşdirilmiş taborunun 2-ci mexanikləşdirilmiş bölüyünün 1-cü mexanikləşdirilmiş taqımının 1-ci döyüş maşının tuşlayıcı-operatoru, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri polkovnik-leytenant X4 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi inzibati xəta haqqında MN seryalı, ******* nömrəli protokol tərtib edərək inzibati xəta haqqında materialı baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 33-cü mexanikləşdirilmiş taborunun 2-ci mexanikləşdirilmiş bölüyünün 1cü mexanikləşdirilmiş taqımının 1-ci döyüş maşının tuşlayıcı-operatoru, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N avqust 2025-ci il tarixdə saat 08:00-dan 27 avqust 2025-ci il tarixdə saat 16:00-dək xidmət yerinə hərbi hissəyə ni özbaşına tərk etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi X2 məhkəməyə bildirdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü mexanikləşdirilmiş taborunun 2-ci mexanikləşdirilmiş bölüyünün 1-cü mexanikləşdirilmiş taqımının 1-ci döyüş maşının tuşlayıcı-operatoru, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs xidmətdə olarkən N avqust 2025-ci il tarixdə saat 08:00-dan 27 avqust 2025-ci il tarixdə saat 16:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Beləliklə, sabiq hərbi qulluqçusu əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, bildirmək istəmədiyi səbəblərə görə 2025-ci ilin avqust ayının 20-27-si tarixlərində hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirli olmasını dərk edir və məhkəmədən nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən Şəxs səmimi peşmançılığını nəzərə alaraq mümükün qədər yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2025-ci il tarixli 256 nömrəli və 27 avqust 2025-ci il tarixli, 263 nömrəli əmrlərdən görünür ki, 3-cü mexanikləşdirilmiş taborunun 2-ci mexanikləşdirilmiş bölüyünün 1-ci mexanikləşdirilmiş taqımının 1-ci döyüş maşının tuşlayıcı-operatoru, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şəxs, N avqust 2025-ci il tarixdə saat 8:00 xidmət yerinə gəlmədiyi üçün, xidmət yerini özbaşına tərk etmiş hesab edilib, bütün növ təminatları dayandırılmış, 27 avqust 2025-ci il tarixdə saat 16:00 radələrində xidmət yerinə gəldiyi üçün bütün növ təminatlara qoyulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N avqust 2025-ci il tarixli 265 nömrəli əmrindən görünür ki, 3-cü mexanikləşdirilmiş taborunun 2-ci mexanikləşdirilmiş bölüyünün 1-cü mexanikləşdirilmiş taqımının 1-ci taqımının tuşlayıcıoperatoru müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Şəxs ilə bağışlama ləğv edilərək həqiqi hərbi xidmətdən ehtiyyata buraxıldığına görə, N avqust 2025-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət xidmətinin Qazax rayon şöbəsinə göndərilmişdir. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ailə məsələləsi ilə bağlı xidmət yerinə gəlmədiyini bildirsə də, hər hansı sübut təqdim etməmiş, hansı səbəbdən gəlməməsini açıqlamadan ümumi fikirlər irəli sürmüşdür. Başqa sözlə hər hansı sənəd və ya sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının İXM-nin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin aşağı həddində tənbeh təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. “Alyans” Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati protokol tərtib edilmiş şəxsə hüquqi yardım göstərilməsinə cəmi 05 (beş) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 30 oktyabr 2025-cü il tarixdən hesablansın. Qərarın icrası Bakı şəhəri Yasamal Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Alyans” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-858/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-858/2025
30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver