Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-866/2025 13.11.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X11 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi “Ekol” Vəkil Bürosunun vəkili X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hüquq işlər üzrə koməkçisi, ədliyyə kapitanı X2 iştirakı ilə, 27 avqust 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum edilməmiş, Bakı şəhəri, Nərimanov rayonu, Arif Heydərov küçəsi 23-də qeydiyyatda olan və yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü mexanikləşdirilmiş taborun 1-ci mexanikləşdirilmiş bölüyün 1-ci mexanikləşdirilmiş taqımının 1-ci döyüş maşının mexanik-sürücüsü vəzifəsində xidmət edən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri polkovnik-leytenant X5 xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə MN saylı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Piriyev X7 Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü mexanikləşdirilmiş taborun 1-ci mexanikləşdirilmiş bölüyün 1-ci mexanikləşdirilmiş taqımının 1-ci döyüş maşının mexanik-sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər hərbi rütbəsində xidmətdə olarkən N sentyabr 2025-ci il tarixdə saat 08:00-dan N sentyabr 2025-ci il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi komandirinin hüquq işlər üzrə koməkçisi, ədliyyə kapitanı X6 məhkəməyə bildirdi ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N sentyabr 2025-ci il tarixdə saat 08:00dan N sentyabr 2025-ci il tarixdə saat 08:00-dək hərbi hissəni özbaşına tərk etmişdir. Eyni zamanda qeyd edir ki, əsgər Şəxs barəsində hərbi hissəni özbaşına tərk etməsinə dörə daha əvvəl də inzibati protokol tərtib edilmiş, sentyabr ayında baxılaraq icraata xitam verilərək intizam məsuliyyətinə cəlb edilməsi üçün hərbi hissəyə göndərilmişdir. Daha sonra Bakı Hərbi Məhkəməsinin qərarı ilə eyni inzibati xəta üzrə 7 gün inzibati həbs verilmişdir. Odur ki, əsgər Şəxs barəsində inizbati təhbeh tədbirinin görülməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, şəxsi ailə problemləri ilə bağlı N sentyabr 2025-ci il tarixdən N sentyabr 2025-ci il tarixədək hərbi hissəni tərk etmiş, təqsirli olmasını dərk edir və məhkəmədən nəzərə alınmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi xahiş edir. İş materiallarında olan məlumatlardan və toplanmış sübutlardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2025-ci il tarixli 271 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N sentyabr 2025-ci il tarixdə saat 08:00-da xidmət yerinə gəlməli olduğu halda gəlmədiyi üçün, xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş, bütün növ təminatları dayandırılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N sentyabr 2025-ci il tarixli 280 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N sentyabr 2025-ci il tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, MAHHXHQ əsgər Şəxs hərbi qulluqçu kimi mənfi xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 3-1(093)-799/2025 nömrəli, 22 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş, lakin İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsi tətbiq edilməklə inzibati tənbeh tədbiq etmək əvəzinə, iş üzrə icraata xitam verilərək, intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandanlığına həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin 3-1(093)-826/2025 nömrəli, 09 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinərək 07 (yeddi) gün müddətinə inzibati qaydada hə\bs edilmişdir. Beləliklə, əsgər Şəxs yuxarıda qeyd olunan əməlləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları, prosess iştirakçılarının izahatı və digər sübutlarla tam təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 613.2-ci maddəsinə əsasən zabitin, gizirin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun hərbi hissədən və ya xidmət yerindən özbaşına getməsi, habelə üzrlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmayaraq törədildikdə —iyirmi günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.4-cü madəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Şəxs tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və işin hallarını, hərbi hissəni özbaşına tərk etməsinin ilk dəfə olmadığını, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən mənfi xarakterizə olunduğunu, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin təyin edilməsi məqsədəmüvafiqdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. “Ekol” Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkili X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel 2025-ci il tarixli, 141 saylı qərarına əsasən əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 13 noyabr 2025-cü il tarixdən hesablansın. Qərarın icrası Müdafiə Nazirliyinin 1-ci Hərbi Polis Bölməsinin Hauptvaxtasına həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkili X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti inzibati xəta törətmiş şəxsə, müdafiəçiyə və N nömrəli hərbi hissəyə təqdim olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3-1(093)-866/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-866/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver