Məhkəmə qərarları › İş №3-1(093)-928/2024

Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-928/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-928/2024 02.10.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Bakı Hərbi Prokurorluğundan baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Musayev X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 3-cü manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 10 aprel 2024-cü il tarixdə saat 22 radələrində yat komandasından əvvəl N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün sanitar qovşağında yuyunarkən çiyin nahiyəsi ehtiyatsızlıqdan həmin taborun 3-cü bölüyünün 2-ci taqımının 1-ci manqasının atıcısı, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs çiyin nahiyəsinə dəymiş, həmin vaxt sonuncu Şəxs ehtiyatlı olmasını dedikdə, Şəxs əsəbiləşərək Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlətmişdir. Bu zaman Zərərçəkmiş şəxs Şəxs ona nə dediyini soruşduqda, sonuncu onun üzərinə doğru gəlmiş və Zərərçəkmiş şəxs da ona doğru gəlməyə başlamış, lakin orada olan əsgər yoldaşları onların arasına keçərək kənara çəkmişlər və aralarında mübahisə sonlanmışdır. Bundan sonra Şəxs sanitar qovşağından çıxaraq yaxın dostu olan, N nömrəli hərbi hissəsinin 1-ci taborunun 3-cü bölüyünün 3-cü taqımının 1-ci manqasının snayperçisi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X1 yanına gedərək baş verənlər haqqında sonuncuya danışmış, bu zaman X5 Musayevə gedib Zərərçəkmiş şəxs paltar qurutma otağına çağırmasını bildirmişdir. Bundan sonra, Şəxs sanitar qovşağına gedərək Zərərçəkmiş şəxs paltar qurutma otağına çağırmış, Zərərçəkmiş şəxs isə gəlmişdir. Zərərçəkmiş şəxs paltar qurutma otağına daxil olduqdan sonra Şəxs və Mahir Novruzlu da, otağa daxil olmuşlar. Onlar otağa daxil olduqdan dərhal sonra X6 Aslanova hansı səbəblə Şəxslə mübahisə etməsini soruşduqda sonuncu cavab vermək istəyərkən Şəxs sağ əli ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə anidən bərk şəkildə bir yumruq zərbəsi vurmuş, ardınca isə Mahir Novruzlu da, sağ əli ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Daha sonra isə Şəxs və Mahir Novruzlu hər ikisi Zərərçəkmiş şəxs sinə və qol nahiyələrinə ardıcıl olaraq bir neçə yumruq zərbələri vurmuşlar. Həmin vaxt bədən baxışına düzülüş olduğu üçün Şəxs və Mahir Novruzlu hər ikisi hərəkətlərini dayandıraraq otaqdan çıxmışlar, daha sonra isə Zərərçəkmiş şəxs da, otaqdan çıxmışdır. Şəxs və X3 Aslanova zor tətbiq etmələri nəticəsində sonuncu dərəcəsinə görə sağlamlığa zərərvurmayan “döş sümüyünün orta 1/3-i nahiyəsinin, döş qəfəsinin sol yarısının ön səthinin və sol bazunun orta 1/3-nin bayır səthinin sorulmaq mərhələsində olan hematomları” diaqnozlu xəsarətlər almışdır. Cinayət işi başlanmasının rədd edilməsi haqqında 18 may 2024-cü il tarixli qərara əsasən Şəxs və Şəxs 10 aprel 2024-cü il tarixdə aralarında yaranmış sözlü mübahisə səbəbi ilə əsgər Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa zərərvurmayan “döş sümüyünün orta 1/3-i nahiyəsinin, döş qəfəsinin sol yarısının ön səthinin və sol bazunun orta 1/3-nin bayır səthinin sorulma mərhələsində olan hematomaları” xəsarətlərini yetirməsi əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsinin tərkibi yaranmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Əsgər Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (m.106.0.1) inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini (m.106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (m.106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (m.106.0.5) həll etməlidir. Həmin Məcəllənin 109.2-ci maddəsinə görə bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunduğu gündən üç aydan çox müddət keçmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 106, 109, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar