Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3-1(093)-936/2025 29.12.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Əsgərova Sübhə Hüsən qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ideoloji iş və mənəvi – psixoloji təminat bölmə rəisinin ideoloji iş və mənəvi -psixoloji təminat üzrə baş köməkçisi, mayor X5 iştirakı ilə, xx.xx.2006-cı il tarixdə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, Bərdə rayonu, Şatırlı Qazaxlar kəndi ünvanında qeydiyyatda olmaqla yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölüyünün telefon taqımının kabel – xətt manqasının xətt nəzarətçisi, əsgər Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri vəzifəsini müvəqqəti icra edən, polkovnik-leytenant X13 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 29 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin rabitə bölüyünün telefon taqımının kabel – xətt manqasının xətt nəzarətçisi, əsgər Şəxs xx.xx.2025-ci il tarixində saat 07:05 radələrində əsgər X2 gözünün altına yumruq zərbəsi endirməklə ona qarşı zor tətbiq etmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin ideoloji iş və mənəvi – psixoloji təminat bölmə rəisinin ideoloji iş və mənəvi -psixoloji təminat üzrə baş köməkçisi , mayor X10 inzibati xəta haqqında protokolu müdafiə etdi, protokolda göstərilənləri təsdiq etdi, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixində saat təxminən 07:05 radələrində hərbi hissənin əsgər yataqxanasının yanında yerləşən ayaqqabı təmizləyən yerdə əsgər yoldaşı X11 ilə aralarında söyüş səbəbindən mübahisə baş vermişdir. Mübahisə zamanı əsəblərinə hakim ola bilmədiyindən X3 yumruğu ilə zərbə endirərək onun sağ gözünün alt hissəsinə yüngül xəsarət yetirmişdir.Hadisədən sonra barışmışlar, birgə xidmət edirlər, bir daha belə hallara yol verməmişlər. Törətdiyi əmələ görə peşmandır,hərbi intizam qaydalarını pozduğuna görə məsuliyyəti dərk edir, məhkəmədən bağışlanılmasını və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi məhkəmədən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan 15 oktyabr 2025-ci il tarixli raportdan görünür ki, 15 oktyabr 2025-ci il tarixdə 07:10 radələrində rabitə bölüyünün telefon taqımının 1-ci kabel – xətt manqasının xətt nəzarətçisi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs və rabitə bölüyünün radio taqımının 1-ci komanda qərargah maşınları manqasının mexanikiradiotelefonçusu müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X11 arasında mübahisə yaranmış və nəticədə əsgər Şəxs, əsgər X2 gözünün alt nahiyəsinə yumruq zərbəsi vurmuşdur. İş materiallarında olan 16 oktyabr 2025-ci il tarixli 1591 nömrəli canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində sözügedən hadisə ilə əlaqəli hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmadı. İş materiallarında olan 29 .12.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixində hərbi hissənin rabitə bölüyünün telefon taqımının kabel – xətt manqasının xətt nəzarətçisi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Şəxs ilə hərbi hissənin rabitə bölüyünün radio taqımının 1-ci komanda qərargah maşınları manqasının mexanik radiotelefonçusu müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X11 arasında tabeçilik münasibətləri olmayıb. İş materiallarında olan xidməti xasiyatnamədən görünür ki, Şəxs mənəvi hərəkətlərini nəzərə alaraq normal xasiyyətnamə ilə xarakterizə olunur. Məhkəmə hazırki inzibati xəta haqqında iş üzrə sübutları araşdırıb belə nəticəyə gəlir ki, Şəxs həqiqətən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozması özünün və digər şəxslərin izahatları ilə yanaşı, iş üzrə təyin olunmuş ekspert rəyi, eləcə də əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 16.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Həmin Məcəllənin 612.1-ci maddəsinə əsasən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməyə görə on gündən bir ayadək müddətə inzibati həbs tətbiq edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, hadisədən sonra bir daha belə hallara yol verməməsini məsuliyyəti yüngülləşdirən hal kimi hesab edir. Məhkəmədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəuyğun deyildir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməməli, törətdiyi əmələ görə o, xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən intizam məsuliyyətinə alınmalıdır. Məhkəmənin qənaəti belədir ki, onun intizam məsuliyyətinə cəlb edilməsi törətdiyi xətadan nəticə çıxarması üçün kifayət edəcəkdir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu həmin qərardadı icra edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X7 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və onun intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilməli və onun intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Bakı Hərbi Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosu həmin qərardadı icra edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X7 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 04 (dörd) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4, 40, 43, 114, 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs intizam qaydasında cəzalandırılması üçün materiallar onun xidmət etdiyi Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına göndərilsin və onun intizam qaydasında cəzalandırılması Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandanlığına həvalə edilsin. X1 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 44 (qırx dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3-1(093)-936/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №3-1(093)-936/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver