Məhkəmə qərarları › İş №3-1(093)-944/2024

Bakı Hərbi Məhkəməsi Qərardad — İş №3-1(093)-944/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3-1(093)-944/2024 09.10.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlu, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə Sumqayıt Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallara Bakı Hərbi Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğundan baxılması üçün təkrarən məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanılması barədə qərar və toplanılmış materiallardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin reaktiv artilleriya batareyasının atəş dəstək qrup komandiri, leytenant Şəxs 26 fevral 2024-cü il tarixdə saat 08:00-dən 02 mart 2024-cü il tarixdə saat 08:00-dək xidməti yerinə çıxmamışdır. Leytenant Şəxs hərbi hissəni özbaşına tərk etməsi faktı üzrə araşdırma aparılmış, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətləri mövcud olması və inzibati icraatı rədd edən halların olmaması nəzərə alınaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati icraat materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Sumqayıt Hərbi Prokurorluğu tərəfindən materiallar geri qaytarıldıqdan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər keçdiyindən xx.xx.2024-cü il tarixli qərarla inzibati xəta haqqında iş üzrə İcraatın başlanması rədd edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, əsgər Şəxs barəsində olan inzibati xəta haqqında material geri qaytarılmalıdır. Belə ki, Sumqayıt Hərbi Prokurorluğu tərəfindən materiallar geri qaytarıldıqdan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər keçdiyindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmiş, lakin səhvən materiallar Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 111, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılması barədə qərar qəbul edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə toplanılmış materiallar Sumqayıt Hərbi Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar