Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-13/2024 11.06.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran hərbi prokurorun köməkçisi, ədliyyə kapitanı X1 iştirakı ilə, N saylı hərbi hissənin hərbi qulluqçusu, gizir xx xxx 1987-ci il tarixdə Sabirabad rayonu, Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində N uşağı olan, N saylı hərbi hissənin 1-ci mühafizə bölüyünün 1-ci tağımının komandiri vəzifəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 31 may 2024-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs N saylı hərbi hissəsinin 1-ci mühafizə bölüyünün 1-ci mühafizə tağımının komandiri vəzifəsində, gizir hərbi rütbəsində xidmətdə olarkən, 03 mart 2024-cü il tarixdə, təxminən saat 20 radələrində Şirvan şəhərindəki yaşadığı evinə gələrək həyat yoldaşı Zərərçəkmiş şəxs1 zəng etdiyini, lakin onun zəngə nə üçün cavab vermədiyini bəhanə gətirərək sonuncunun saçından tutub sifət və baş nahiyəsinə təpik və yumruq zərbələri vuraraq ona “üst dodaqda şişkinlik, üst dodağın sağ yarısının iç səthində qansızma” diaqnozlu dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmçinin Zərərçəkmiş şəxs1 xilas etmək üçün onların yanına gələn Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etmişdir. Araşdırma zamanı izahatı alınmış, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Şəxs ilə 2007ci il tarixdə ailə həyatı qurmuş, evliliklərindən iki azyaşlı övladı dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarından etibarən Şəxs çox vaxtı evə içkili vəziyyətdə gəlmiş və tez-tez ailəvi münqaişəyə səbəb olacaq hərəkətlər etmişdir. Həmin hərəkətlərin davamı olaraq, 03 mart 2024-cü il tarixdə, saat 20 radələrində Şəxs evə gələrək nə üçün telefona cavab vermədiyini ona bildirdikdə o, telefonun digər otaqda olması səbəbindən cavab verə bilmədiyini vurğuladıqda Şəxs onun baş və bədən nahiyəsindən təpik, yumruq zərbələri vurmuş, həmçinin onun anası Zərərçəkmiş şəxs2 səs-küyü eşidib oraya gələrək onları ayırmaq istəyərkən sonuncuya qarşı da zor tətbiq etmişdir. Buna görə o, anasının əlində xəsarət olduğunu görüb DİN-nin “102” qaynar xəttinə müraciət etmişdir. Araşdırma zamanı izahatı alınmış, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 qeyd etdikləri ilə oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında, inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərmişdir ki, həyat yoldaşı Zərərçəkmiş şəxs1 və qaynanası Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il taxili teleqramdan görünür ki, özünün işi ilə əlaqədar və anası Zərərçəkmiş şəxs2 səhhəti ilə əlaqədar təyin olunmuş məhkəmə iclasında iştirak edə bilmirlər. İzahatlarını təsdiq edirlər. Hadisə dəfələrlə baş veridyi üçün inzibati xəta törətmiş şəxsə ən ağır cəza tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini inkar etsədə onun təqsiri törədilmiş əməllərdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 izahatlarında və toplanmış zəruri prossesual sənədlərdə öz təsdiqini tapmışdır. İş üzrə materiallarda olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 111 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş üzrə materiallarda olan, məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 112 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilən “üst dodaqda şişkinlik, üst dodağın sağ yarısının iç səthində qansızma” diaqnozlu xəsarət küt əşya təsirindən törənmiş və qərarın təsviri hissəsində göstərilən 03 mart 2024-cü il tarixdə əmələ gələ bilməsi qeyd olunsa da həmin xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin N iyun N8-ci il tarixli, 151 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Şəxs Azərbaycan Resppublikası Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 19 may N8-ci il tarixli, 0139gm nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində bağlaşma əsasında beş il müddətinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü qəbul edilərək N saylı hərbi hissənin mühafizə bölüyünün 2-ci mühafizə tağımının komandiriqarovul rəisi vəzifəsinə təyin edilərək, N iyun N8-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına bütün növ təminatlara daxil edilmişdir. İş üzrə materiallara əlavə edilmiş, N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Şəxs N saylı hərbi hissədə xidmət etdiyi müddətdə komandanlıq tərəfindən müsbət xarakterizə edilmişdir. İş üzrə materiallara əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən 10 oktyabr 2022-ci il tarixdə Şəxs verilmiş “M/V 099835” №-li vəsiqənin kserosurətindən görünür ki, “Vəsiqənin sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində cinayət işinin rədd edilməsi haqqında qərar, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə “müharibə veteranı” olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı törədilməsi məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qərarın icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117 və 128-ci maddələrini rəhbər tutaraq hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs barəsində olan qərarın icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3-1(096)-13/2024
Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-13/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver