Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-14/2025 23.10.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ İnzibati xəta haqqında iş üzrə Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran Hərbi Prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xx xxxxxx 2006-cı il tarixdə Gədəbəy rayonu, Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə hərbi xidmətə çağırılmış, “SX № 0842668” hərbi identifikasiya nömrəli hərbi bileti olan, N saylı hərbi hissənin mühafizə və təminat bölüyünün, mühafizə taqımının, yanğından mühafizə manqasının yanğınsöndürəni vəzifəsində, əsgər rütbəsində xidmət edən, Gədəbəy rayonu, Köhnəqışlaq kəndində qeydiyyatda olan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokuroroluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 20 oktyabr 2025-ci il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs 29 iyun 2025-ci il tarixdə, saat 1N radələrində N saylı hərbi hissənin mühafizə və təminat bölüyünün sinif otağında xidmətdə olarkən, həmin hərbi hissənin mühafizə və təminat bölüyünün ştatdankənar atıcı vəzifəsində, əsgər rütbəsində xidmətdə olmuş Zərərçəkmiş şəxs ilə birlikdə stolüstü oyun oynayarkən bir-biriləri ilə sözlü zarafat etmişdirlər. Həmin vaxt, əsgər Zərərçəkmiş şəxs nəlayiq ifadə işlədərkən əsgər Şəxs həmin ifadə nəticəsində özünü təhqir olunmuş hiss etdiyi üçün “tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək” kimi tələblərini kobud şəkildə pozub əsgər Zərərçəkmiş şəxs üzərinə getmiş və orada olan əsgər yoldaşları onları aralaşdırmağa çalışarkən həmin əsgər yoldaşlarının arxasından tullanaraq əsgər Zərərçəkmiş şəxs sol göz nahiyyəsinə bir dəfə yumruq zərbəsi vuraraq sonuncuya qarşı zor tətbiq etmişdir. Qeyd olunan faktı izahatları alınmış inzibati xəta törətmiş şəxs Şəxs özündən başqa Zərərçəkmiş şəxs və şahid qismində izahatları alınmış Şahid1 və Şahid2 də təsdiq etmişlər. İş üzrə materiallarda olan, xx.xx.2025-ci tarixli, 421 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş “Sol gözyuvası ətrafında əzilmiş səthi yara” diaqnozlu xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətdir. Müəyyən edilmiş xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş şəraitdə əmələ gələ bilməsi inkar olmur, törəmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir. İş üzrə materiallarda olan, N saylı hərbi hissəbib komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, hərbi hissədə xidmət etdikləri müddətdə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs ilə aralarında tabelik münasibətləri olmamışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü tarixli, 0253 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs xx.xx.2024-cü tarixdən mühafizə və təminat bölüyünün, mühafizə taqımının, yanğından mühafizə manqasının yanğınsöndürəni vəzifəsinə təyin olunmuş hesab edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 064 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən Qərargah bölüyünə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İş üzrə materiallarda olan, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə şəhadətləndirilmiş 2433 №-li arayışından görünür ki, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Ona “OU-Görmə itiliyinin 1,0 olması. OD- Refraksiyası 0,5 D olan zəif dərəcəli hipermetropiya” diaqnozu qoyulmuşdur. İş üzrə materiallarda olan, Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə şəhadətləndirilmiş 2434 №-li arayışından görünür ki, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Ona “Onurğanın təsbit olunmayan skoliozu. OU-Refraksiyası 1,0 D olan zəif dərəcəli hipermetropiya. Görmə itiliyinin 1,0 olması” diaqnozu qoyulmuşdur. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissə tərəfindən verilmiş “Zədələnmə hallarının qeydiyyatı kitabından” Çıxarışından görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə “Sol göz ətrafının yumşaq toxumalarının əzilməsi, göz qapağı və künc bucağının cızılmış yarası” diaqnozu qeyd edilmişdir. Zədənin alınma şəraiti və səbəbi əsgər Şəxs ilə münasibətləri pozması nəticəsində xəsarət almışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, əsgər Şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. İş üzrə materiallara əlavə edilmiş, “SX” seriyalı “0842668” nömrəli hərbi biletin kserosurətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü Şəxs SHXÇDX-nin Gədəbəy rayon şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, əsgər Şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi faktı üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs tabelik münasibətlərində olmadığı həmin hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi Azərbaycan Respublikası İXMnin 612.1-ci maddəsinin tələblərini pozması faktı ilə bağlı inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.6-cı maddəsinə əsasən, inzibati xətanın zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində baş verməsi yüngülləşdirici hal kimi müəyyən edilmişdir. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 156-cı maddələrini rəhbər tutaraq hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Cəzasını Bakı qarnizonu hərbi hauptvaxtda çəksin. İnzibati xəta törətmiş şəxs Şəxs təyin olunmuş inzibati həbs cəzasının əvvəli icraya yönəldiyi vaxtdan hesablansın. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən Hakim : İslam Neymanov
Məhkəmə qərarları › İş №3-1(096)-14/2025
Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-14/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver