Məhkəmə qərarları › İş №3-1(096)-15/2024

Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-15/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-15/2024 25.06.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran hərbi prokurorun köməkçisi, ədliyyə kapitanı X1, müdafiəçi– Cəlilabad rayon Vəkil Bürosunun vəkili X2 və Zərərçəkmiş şəxs iştirakları ilə, N saylı hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xx xxxxxxx 2004-cü il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə hərbi xidmətə çağırılmış, SX № ******* fərdi identifikasiya nömrəli hərbi bileti olan, N saylı hərbi hissənin 2-ci mühafizə bölüyünün 1-ci tağım, 1-ci manqanın sabiq atıcısı vəzifəsində xidmət etmiş, xx.xx.2024-cü il tarixdə həqiqi hərbi xidmətdən tərxis olunmuş, hazırda heç işləməyən, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 11 iyun 2024-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində bölük axşam yeməyinə gedib qayıtdıqdan sonra ümumi əsgər yataqxanasının 2-ci mərtəbəsində hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs 2-ci mühafizə bölüyünün əsgəri Şəxs ilə birlikdə yataqxananın təmir və reqlament bölüyünün olduğu hissəsinə keçərək orada oturub söhbət etməyə başlamış, həmin vaxt əsgər Zərərçəkmiş şəxs ayağa qalxaraq dolabçasından üz qırxmaq üçün köpük götürüb əlinə dolduraraq əsgər Samir Səlilovun üzünə zarafat etmək üçün vurmağa cəhd etmişdir. Bunu görən əsgər Şəxs ondan uzaqlaşmış, lakin əsgər Zərərçəkmiş şəxs üz köpüyünü ona vurmaq üçün arxasınca düşsə də məqsədinə nail ola bilməmişdir. Bu səbəbdən geri qayıdaraq yerində oturmuş, lakin əsgər Şəxs ona yaxınlaşaraq əsgər Zərərçəkmiş şəxs sol əlində olan köpüyü onun öz sifətinə vurmaq məqsədilə köpüyü tutduğu əlinin altından sərt şəkildə vurduqda əsgər Şəxs əli onun göz nahiyəsinə dəyərək “sol gözün üst qapağının sıyrılmış yarası” xəsarətini yetirmişdir. Qeyd olunan faktı izahatları alınmış əsgər Zərərçəkmiş şəxs və əsgər Şəxs özlərindən başqa izahatı alınmış gizir Şahid da təsdiq etmişdir. Məhkəmə iclasında, yuxarıda qeyd olunanlar inzibati xəta törətmiş şəxs Şəxs, həmçinin zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və Şahid araşdırma zamanı verdikləri izahatları ilə tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə rabitə və təmir reqament işləri bölüyü üzrə cavabdeh təyin olunmuşdur. Həmin gün axşam yeməyindən sonra şəxsi heyətin istirahət zamanı təxminən saat 20:20-də əsgər Şəxs əlinin əsgər Zərərçəkmiş şəxs sol gözünə dəyməsi nəticəsində sonuncunun göz nahiyəsində cızıq yaranması ona məlum olmuşdur. Bundan sonra o, əsgər Zərərçəkmiş şəxs tibb məntəqəsinə aparmış, orada sonuncuya tibbi yardım göstərildikdən sonra faktla bağlı yuxarı komandanlığa məruzə olunmuşdur. İş üzrə materiallarda olan, məhkəmə tibbi ekspertizasının 526 nömrəli xx.xx.2024cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol gözün üst qapağının sıyrılmış yarası-qabırğa kənarlı bərk küt əşyanın, o cümlədən dırnağın təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, sağlamlığa zərərvurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, əsgər Zərərçəkmiş şəxs xəsarət alması ilə əlaqədar cinayət işinin başlanması xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və materiallar öyrənilməsi üçün Lənkəran hərbi prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan “tabelik münasibətlərində olmayan hərbi qulluqçular aralarında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsi” inzibati xətanı törətmişdir. Ona görə də barəsində qeyd olunan maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq materiallar aidiyyəti üzrə baxılması üçün Cəlilabad hərbi məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən sabiq hərbi qulluqçu əsgər Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. N saylı hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Şəxs qənaətbəxş hərbi qulluqçu kimi xarakterizə olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə təqsirini boynuna almasını və əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Həbs etmənin əvvəli onun inzibati həbs edildiyi gündən, yəni 25 iyun 2024-cü il tarixdən hesablanmalı və qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 156-cı maddələrini rəhbər tutaraq hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli onun inzibati həbs edildiyi gündən, yəni 25 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən Hakim : İslam Neymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar