Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-17/2025 13.11.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ İnzibati xəta haqqında iş üzrə Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran Hərbi Prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xx xxxx 2007-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə hərbi xidmətə çağırılmış, “SX № 0872615” hərbi identifikasiya nömrəli hərbi bileti olan, N saylı hərbi hissənin 2-ci təlim bölüyünün, mühafizə taqımının müdavimi vəzifəsində xidmət etmiş, hazırda həmin hərbi hissənin mühafizə manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokuroroluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 30 oktyabr 2025-ci il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs N saylı hərbi hissənin 2-ci təlim bölüyünün, 2-ci taqımının, müdavimi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət keçərkən, 08 may 2025-ci il tarixdə, saat 13:25 radələrində hərbi hissənin əsgər yeməkxanasında nahar yeməyi zamanı əsgər Əlirza Feyziyevdə nahar etməməsinin səbəbini soruşduqda onunla birlikdə eyni vəzifədə və rütbədə xidmət edən və aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs bunu görüb “kiminsə qeydinə qalmaq sənlik deyil” deyə bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və bu zəmində o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək” kimi tələblərini kobud şəkildə pozaraq, sağ əli ilə tabeçilik münasibətlərində olmadığı əsgər Zərərçəkmiş şəxs ənsə nahiyəsinə bir dəfə şillə zərbəsi vurmaqla sonuncuya qarşı zor tətbiq etmişdir. Qeyd olunan faktı izahatları alınmış inzibati xəta törətmiş şəxs Şəxs özündən başqa Zərərçəkmiş şəxs və şahid qismində izahatları alınmış Şahid1, Şahid2 və Şahid3 da təsdiq etmişlər. İş üzrə materiallarda olan, xx.xx.2025-ci tarixli, 395 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş arayışdan görünür ki, hərbi hissədə xidmət etdikləri müddətdə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs ilə aralarında tabeçilik münasibətləri olmamışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin xx.xx.2025-ci tarixli, 093 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəxs xx.xx.2025-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməklə “əsgər” hərbi rütbəsi verilmiş və təlim bölüyünə müdavim vəzifəsinə təyin olunmuş hesab edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. İş üzrə materiallara əlavə edilmiş, “SX” seriyalı “0872615” nömrəli hərbi biletin kserosurətindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Şəxs SHXÇDX-nin Ağcabədi rayon şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. İş üzrə materiallarda olan, Lənkəran hərbi prokurorluğunun xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi faktı üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs tabelik münasibətlərində olmadığı həmin hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi Azərbaycan Respublikası İXMnin 612.1-ci maddəsinin tələblərini pozması faktı ilə bağlı inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati təhbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati təhbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tərəflərin fikrini dinləyərək hesab edir ki, Şəxs hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını nəzərə alınaraq, ona Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmədən, törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə materialın onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına göndərilməklə hərbi hissənin komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılması məqsədə uyğundur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsi ilə təqsirləndirildiyi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, törətdiyi əmələ görə N saylı hərbi hissənin komandanlığı tərəfindən intizam məsuliyyətinə cəlb edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3, 16.4, 30, 34-1, 40.0.1, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün Şəxs barəsində olan material N saylı hərbi hissənin komandanlığına göndərilsin. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim : İslam Neymanov
Məhkəmə qərarları › İş №3-1(096)-17/2025
Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-17/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver