Məhkəmə qərarları › İş №3-1(096)-21/2024

Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-21/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-21/2024 08.08.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran hərbi prokurorun köməkçisi, ədliyyə kapitanı X1 və müdafiəçi– Cəlilabad rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, N saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xx xxxx 2003-cü il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, AD № ******* fərdi identifikasiya nömrəli şəxsi vəsiqəsi olan, N saylı hərbi hissənin “R” dəstəsinin tibb məntəqəsinin atıcı-sanitarı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət etmiş, xx.xx.N4-cü il tarixdə həqiqi hərbi xidmətdən tərxis olunmuş, hazırda heç işləməyən, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 05 avqust N4-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs N saylı hərbi hissənin “R” dəstəsinin tibb məntəqəsinin atıcı-sanitarı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət edərkən, 23 iyun N4-cü il tarixdə, saat 23:00 radələrində buraxılışdan qayıtmalı olduğu halda N iyun N4-cü il tarixdə, saat 13:20 radələrində hərbi hissəyə qayıtmaqla üzrlü səbəbələr olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Qeyd olunan faktı izahatları alınmış Şəxs özündən başqa şahid qismində izahatı alınmış baş leytenant Şahid da təsdiq etmişdir. Məhkəmə iclasında, yuxarıda qeyd olunanlar inzibati xəta törətmiş şəxs Şəxs və Şahid araşdırma zamanı verdikləri izahatları ilə tam təsdiq olunmuşdur. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 178 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, “R” dəstəsinin tibb məntəqəsinin atıcı-sanitarı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs 23 iyun N4-cü il tarixdə, saat 23:00 radələrində buraxılışdan qayıtmadığı üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 182 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, “R” dəstəsinin tibb məntəqəsinin atıcı-sanitarı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N iyun N4-cü il tarixdə, saat 13:20 radələrində xidmət yerinə qayıtmadığına görə xidmət yerinə gəlmiş hesab edildiyindən bütün növ təminatlara qoyulmuşdur. İş üzrə materiallarda olan xidməti xasiyyətnamədən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xasiyyətləndirilmişdir. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs əsgər hərbi rütbəsində N saylı hərbi hissənin “R” dəstəsinin tibb məntəqəsinin atıcı-sanitarı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət edərkən, hərbi hissəni üç gündən artıq, lakin on gündən çox olmayaraq üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamaqla Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsinin tələblərini pozması faktı ilə bağlı inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən sabiq hərbi qulluqçu, kiçik çavuş Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə təqsirini boynuna almasını və əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həbs etmənin əvvəli onun inzibati həbs edildiyi gündən, yəni 08 avqust N4-cü il tarixdən hesablanmalı və qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 156-cı maddələrini rəhbər tutaraq hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq olunsun. Həbs etmənin əvvəli onun inzibati həbs edildiyi gündən, yəni 08 avqust N4-cü il tarixdən hesablansın. Qərarın icrası Cəlilabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən Hakim : İslam Neymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar