Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-21/2025 06.01.2026 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ İnzibati xəta haqqında iş üzrə Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xx xxxx 2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “AD № 0065073” hərbi identifikasiya nömrəli şəxsi vəsiqəsi olan, N saylı hərbi hissənin “F” taborunun, “K” bölüyünün, 2-ci tagımının, 2-ci manqasının kəşfiyyatçı snayperi vəzifəsində xidmət etmiş, hazırda həmin hərbi hissənin Qərargah bölüyünün 2-ci tagımının, 1-ci manqasının atıcısı vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət edən, Sumqayıt şəhəri, X1 qəsəbəsi Səttar Bəhlulzadə küçəsi ev 3, mənzil 34 ünvanında qeydiyyatda olan,hərbi hissənin hərbi şəhəciyində yaşayan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokuroroluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 29 dekabr 2025-ci il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs N saylı hərbi hissənin “F” taborunun, “K” bölüyünün, 2-ci tagımının, 2-ci manqasının kəşfiyyatçı snayperi vəzifəsində, əsgər rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olarkən, 11 oktyabr 2025-ci il tarixdən 20 oktyabr 2025-ci il tarixədək 09 (doqquz) gün müddətində növbəti məzuniyyətdə olan zaman, Sumqayıt şəhəri, X1 küçəsində tanımadığı şəxsdən iki dəfəlik çəkim üçün qanunsuz olaraq narkotik vasitə olan “marixuana” almış və bir hissəsini məzuniyyətdə olarkən çəkmiş, digər hissəsini özü ilə N saylı hərbi hissəyə gətirmişdir. N noyabr 2025-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Klinik Hospitalına gedərkən Salyan rayonu ərazisində özü ilə hərbi hissəyə gətirdiyi narkotik vasitə olan “marixuana”nın digər hissəsini qanunsuz olaraq çəkmişdir. Qeyd olunan faktı inzibati xəta törətmiş şəxs Şəxs izahatında təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2022-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə, həmçinin 2023-cü ildə keçirilən antirerror əməliyyatında iştirak etmişdir. İş materiallarında olan, məhkəmə-kimyəvi ekspertizasının N noyabr 2025-ci il tarixli, 8344/K №-li aktından görünür ki, əsgər Şəxs götürülmüş sidik nümunəsinin tərkibində 9- Tetra-hidro kannabinolun metoboliti olan 0,122 mq-l Tetra hidro kannabinol turşusu (THC- COOH) aşkar edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissənin xx.xx.2022-ci il tarixli, 159 №-li əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs xx.xx.2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətinnin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissənin xx.xx.2023-cü il tarixli, 289 №-li əmrindən çıxarışdan görünür ki, Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində 07 avqust – 30 sentyabr 2023-cü il tarixlərində keçirilən “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nu müvəffəqiyyətlə bitirmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Azərbaycan Respublikası Ordusunda bağlaşma əsasında 3 (üç) il müddətinə könüllü olaraq müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək, xüsusi təyinatlı dəstənin, xüsusi təyinatlı tagımının, xüsusi təyinatlı manqasının snayperi vəzifəsinə təyin edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli, 106 №-li əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs 4-cü xüsusi təyinatlı dəstənin, 3-cü xüsusi təyinatlı tagımının, 2-ci xüsusi təyinatlı manqasının snayperi vəzifəsindən– 1-ci xüsusi təyinatlı taborunun, 1-ci xüsusi təyinatlı bölüyünün, 2-ci xüsusi təyinatlı tagımının, 2-ci xüsusi təyinatlı qrupunun kəşfiyyatçı-snayper vəzifəsinə təyin edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli, 288 №-li əmrindən çıxarışdan görünür ki, 1-ci xüsusi təyinatlı taborunun, 1-ci xüsusi təyinatlı bölüyünün, 2-ci xüsusi təyinatlı tagımının, 2-ci xüsusi təyinatlı qrupunun kəşfiyyatçısnayper, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs 11 oktyabr 2025-ci il tarixdən 20 oktyabr 2025-ci il tarixədək 09 (doqquz) gün müddətinə növbəti məzuniyyətə getmiş hesab edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan “Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi” inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, məhkəmə-kimyəvi ekspertizasının rəyi və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə təqsirini boynuna almasını, əməlindən səmimi peşmançılıq çəkməsini və 2022-ci ildə Kəlbəcər istiqamətində gedən döyüşlərdə, həmçinin 2023-cü ildə keçirilən antirerror əməliyyatında iştirak etməsi məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı törədilməsi məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117 və 128-ci maddələrini rəhbər tutaraq hərbi məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 250 (iki yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs barəsində olan qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən Hakim : İslam Neymanov
Məhkəmə qərarları › İş №3-1(096)-21/2025
Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-21/2025
06.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver