Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-22/2024 28.08.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran hərbi prokurorun köməkçisi, ədliyyə kapitanı X1 iştirakı ilə, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər 31 avqust 1999-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, AD № ******* fərdi identifikasiya nömrəli şəxsi vəsiqəsi olan, N saylı hərbi hissənin 2-ci mühafizə bölüyünün, komendant tağımının, nəzarət buraxılış məntəqə rəisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət edən, Salyan rayonu, Birvarlı kəndində daimi qeydiyyatda olan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 21 avqust N4-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, N saylı hərbi hissənin 2-ci mühafizə bölüyünün, komendant tağımının, nəzarət buraxılış məntəqə rəisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N iyun N4-cü il tarixdə xidmət yerinə gəlməmişdir. N iyul N4-cü il tarixdə, saat 08:00-da hərbi hissəyə qayıtmaqla üzrlü səbəbələr olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Qeyd olunan faktı izahatları alınmış Şəxs özündən başqa şahid qismində izahatı alınmış baş gizir Şahid da təsdiq etmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 176 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, hərbi hissənin 2-ci mühafizə bölüyünün müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N iyun N4-cü il tarixdə, saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilmiş və bütün növ təminatları dayandırılmışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin N iyul N4-cü il tarixli, 185 nömrəli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, hərbi hissənin 2-ci mühafizə bölüyünün, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs N iyul N4-cü il tarixdə, saat 08:00 radələrində xidmət yerinə gəlmiş hesab edilmiş və bütün növ təminatlara qoyulmuşdur. İş üzrə materiallarda olan xidməti xasiyyətnamədən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən qənaətbəxş xasiyyətləndirilmişdir. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs N saylı hərbi hissənin 2-ci mühafizə bölüyünün, komendant tağımının, nəzarət buraxılış məntəqə rəisi vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət edərkən, hərbi hissəni üç gündən artıq, lakin on gündən çox olmayaraq üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmamaqla Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsinin tələblərini pozması faktı ilə bağlı inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əmələ görə təqsirini boynuna almasını və əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı törədilməsi məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 156-cı maddələrini rəhbər tutaraq hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Cəzasını Bakı qarnizonu hərbi hauptvaxtda çəksin. İnzibati xəta törətmiş şəxs Şəxs təyin olunmuş inzibati həbs cəzasının əvvəli icraya yönəldiyi vaxtdan hesablansın. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən Hakim : İslam Neymanov
Məhkəmə qərarları › İş №3-1(096)-22/2024
Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-22/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver