Məhkəmə qərarları › İş №3-1(096)-24/2024

Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-24/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-24/2024 18.09.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Rəhimov Ceyhun Cəfərqulu oğlunun katibliyi ilə, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş 08 avqust 2002-ci il tarixdə Göyçay rayonu, İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, N saylı hərbi hissənin “F” dəstəsinin, Atəş dəstək tağımının tank əleyhinə 1-ci manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş hərbi rütbəsində xidmət edən, “AD 0059425” fərdi identifikasiya nömrəli şəxsi vəsiqəsi olan, Göyçay rayonu, Alpout kəndində qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti ev 29 yaşamış, hazırda N saylı hərbi hissənin hərbi şəhərciyində faktiki yaşayan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələri ilə inzibati xəta törədilməsinə dair Masallı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 10 sentyabr 2024-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu Şəxs 28 iyun 2024-cü il tarixdə, saat 11:17 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “BMW-530” markalı “**-CM-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhəri, H.Əliyev propektində hərəkətdə olarkən Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı tərəfindən müəyyən olunmuşdur ki, o, avtomobili təhlükəsizlik kəmərini bağlamadan və sərxoş vəziyyətdə idarə etmişdir. Bundan sonra, onun müayinə olunması üçün polis əməkdaşı tərəfindən xəstəxanaya aparılmışdır. Həmin vaxt, həkim tərəfindən müayinə protokolu tərtib edilmişdir. Bundan sonra, polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında, inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, 28 iyun 2024-cü il tarixdə, saat 11:17 radələrində təhlükəsizlik kəmərini bağlamadan sərxoş vəziyyətdə idarə etdiyi “BMW-530” markalı “**-CM-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 tərəfindən saxlanılmışdır. Həmin vaxt müayinə edilməsi üçün alkotestr vasitəsilə sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Bu barədə polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş üzrə materiallarda olan, “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinə göndərilmə barədə” Protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 tərəfindən Şəxs sərxoşluq vəziyyəti səbəbindən tibbi müayinəyə göndərilmişdir. İş üzrə materiallara əlavə edilmiş, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 iyun 2024-cü il tarixdə, saat 11:17 radələrində “BMW-530” markalı “**-CM-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhəri, H.Əliyev propektində hərəkətdə olarkən Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 tərəfindən saxlanılmış və yoxlama zamanı məlum olmuşdur ki, avtomobili təkrar sərxoş vəziyyətdə idarə etmişdir. İş üzrə materiallarda olan, xx.xx.2024-cü il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” Aktından görünür ki, Şəxs məxsus “BMW-530” markalı, “**-CM-***” dövlət qeydiyyat nişanlı avtomobil Masallı RPŞ-nin DYPB-nin duracağına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılaraq sahibinə qaytarılmışdır. İş materiallarına əlavə olunmuş, xx.xx.2024-cü il tarixli, 02434 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi elektron qəbzindən görünür ki, Şəxs tibbi müayinədən keçmiş və onun sərxoş halda olması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş, Masallı RPŞ-nin DYPB-nin YPX-nin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 may 2024-cü il tarixdə, saat 21:36 radələrində “BMW- 530” markalı “**-CM-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı şəhəri, H.Əliyev propektində hərəkətdə olarkən DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X3 tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı tərəfindən müəyyən olunmuşdur ki, o, avtomobili sərxoş vəziyyətdə idarə etmiş və işıq cihazlarından istifadə qaydalarını pozmuşdur. İş üzrə materiallara əlavə edilmiş, Azərbaycan Respublikası DİN-nin BDYP-nin Qİİ tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək “xxxxxxx” fərdi identifikasiya nömrəli, “BA092034” nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük hüququ vardır. İş üzrə materiallara əlavə edilmiş, “AD 0059425” fərdi identifikasiya nömrəli xidməti vəsiqənin kserosurətindən görünür ki, Şəxs N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələri ilə təqsirli bilinərək ona təqsirləndiyi maddələrin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törədildiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində təhbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə təqsirini boynuna almasını və əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş şəxs Şəxs spirtli içki qəbul edərək sərxoş halda eyni tarixdə və vaxtda bir neçə inzibati xəta törətmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs törətdiyi ciddi xətaya görə sanksiya çərçivəsində təhbeh edilməlidir. Qərarın icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 150-ci maddələrini rəhbər tutaraq hərbi məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.2-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində olan qərarın icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən Hakim : İslam Neymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar