Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-28/2024 04.11.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran hərbi prokurorluğunun müstəntiqi, ədliyyə baş leytenantı X1 və zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xx xxxxx 2003-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, SX № ******* fərdi identifikasiya nömrəli hərbi bileti olan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Şöbəsi tərəfindən xx.xx.N3cü il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin maddi texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində xidmət etmiş, hazırda N saylı hərbi hissənin tədris bölməsinin birinci əməliyyat tağımının minaatan qrupunun heyət nəfəri vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 30 oktyabr N4-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs N saylı hərbi hissənin maddi texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər rütbəsində, müddətli həqiqi hərbi xidmət keçən zaman, onunla birlikdə eyni vəzifədə və rütbədə xidmət edən və aralarında tabelik münasibətləri olmayan əsgər Zərərçəkmiş şəxs 22 iyul N4-cü il tarixdə, saat 16:40 avtomobil parkında bölüyə məxsus avtomobilləri möhürləyən zaman avtomobil parkında onun tum yediyini görmüş və ona həmin tumu avtomobildən götürməsi ilə bağlı irad bildirdiyi üçün sonuncu onun bu iradına etiraz etdiyinə görə aralarında mübahisə yaranmışdılr. Bu mübahisə zəminində o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili Xidmət Nizamnaməsinin 38, 42-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin “hərbi qulluqçularının bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaz, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək” kimi tələblərini kobud şəkildə pozaraq sağ, sol əli ilə tabeçilik münasibətlərində olmadığı əsgər Zərərçəkmiş şəxs sol göz ağız və sağ gözaltı nahiyələrinə yumruq zərbələri vurmaqla “sağ göz altı nahiyənin qançırı, üst dodağın sol yarısının selikli qişasının yarası” diaqnozu ilə müşayiət olunan dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək sonuncuya qarşı zor tətbiq etmişdir. Qeyd olunan faktı izahatları alınmış Şəxs özündən başqa Zərərçəkmiş şəxs izahatı və şahid qismində izahatları alınmış gizir Şahid3, əsgər Şahid1, əsgər Şahid2 da təsdiq etmişlər. İş üzrə materiallarda olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzi”nin xx.xx.N4-cü il tarixli, 1402 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində “sağ göz altı nahiyənin qançırı, üst dodağın sol yarısının selikli qişasının yarası, sol əlin birinci barmağının sıyrığı” diaqnozu ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcəsi təyin edilməmişdir. Cinayət işi üzrə Şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ilə bağlı əməlində Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 281 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs xx.xx.N3-cü il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatla daxil olunmuşdur. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin N oktyabr N3-cü il tarixli, 291 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs maddi texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin N iyul N4-cü il tarixli, 215 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs Müdafiə nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəsinin 29 iyul N4-cü il tarixli, 051 nömrəli sərancamına əsasən N saylı hərbi hissədə vəzifələrə təyin edildiyinə görə N iyul N4-cü il tarixdən şəxsi heyətin siyahısından bütün növ təminatlarla çıxarılmışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin N iyul N4-cü il tarixli, 228 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs Müdafiə nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəsinin 29 iyul N4-cü il tarixli, 051 nömrəli sərancamına əsasən müvəqqəti yerləşmək məqsədilə N saylı hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin N sentyabr N4-cü il tarixli, 265 nömrəli əmrindən çıxarışdan görünür ki, müvəqqəti yerləşmək məqsədilə hərbi hissəyə gəlmiş Şəxs qazan təminatından çıxarılaraq xx.xx.N4-cü il tarixdən N saylı hərbi hissəyə göndərilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissədən verilmiş xidməti xasiyyətnamədən görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xasiyyətləndirilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissədən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında baş vermiş mübahisə zəminində bir-birlərinə qarşı tətbiq edərkən aralarında tabelik münasibətləri olmamışdır. N saylı hərbi hissənin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs tabelik münasibətlərində olmadığı həmin hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsinin tələblərini pozması faktı ilə bağlı inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alır. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 156-cı maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Cəzasını Bakı qarnizonu hərbi hauptvaxtda çəksin. İnzibati xəta törətmiş şəxs Şəxs təyin olunmuş inzibati həbs cəzasının əvvəli icraya yönəldiyi vaxtdan hesablansın. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən Hakim : İslam Neymanov
Məhkəmə qərarları › İş №3-1(096)-28/2024
Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-28/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver