Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-30/2024 26.11.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, N saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş xx xxxxxx 2000-ci il tarixdə Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, N saylı hərbi hissənin Atəş dəstək tağımının, 3-cü tank əleyhinə raket kompleksləri manqasının komandiri vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş çavuş hərbi rütbəsində xidmət edən, “AD 0048396” fərdi identifikasiya nömrəli şəxsi vəsiqəsi olan, Şəmkir rayonu, Zəyəm Cırdaxan kəndində qeydiyyatda olan, hazırda N saylı hərbi hissənin hərbi şəhərciyində yaşayan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.1-ci maddələri ilə inzibati xəta törədilməsinə dair Cəlilabad rayon Məhkəməsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 05 noyabr 2024-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu Şəxs 12 oktyabr 2024-cü il tarixdə, saat 12:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-21723” markalı, “**-DO-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı tərəfindən müəyyən olunmuşdur ki, o, avtomobili etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Bundan sonra, o, müayinə edilməsi üçün alkotestr vasitəsilə sərxoş vəziyyətdə olması müəyyən olunmuşdur. Daha sonra, polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş üzrə materiallara əlavə edilmiş, Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 oktyabr 2024-cü il tarixdə, saat 12:00 radələrində “VAZ- 21723” markalı, “**-DO-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri, H.Əliyev propektində hərəkətdə olarkən Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşı tərəfindən yoxlama zamanı məlum olmuşdur ki, o, avtomobili etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. İş üzrə materiallarda olan, “Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə” Protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə Cəlilabad RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis serjantı X1 tərəfindən Şəxs sərxoşluq vəziyyəti səbəbindən tibbi müayinəyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş, xx.xx.2024-cü il tarixli, 541972 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi elektron qəbzindən görünür ki, Şəxs tibbi müayinədən keçmiş və onun sərxoş halda olması müəyyən olunmuşdur. İş üzrə materiallarda olan, xx.xx.2024-cü il tarixli “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə” Aktından görünür ki, Şəxs məxsus “VAZ-21723” markalı, “**-DO-***” dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad RPŞ-nin DYPB-nin duracağına təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından nəqliyyat vasitəsi duracaqdan buraxılaraq sahibinə qaytarılmışdır. İş üzrə materiallara əlavə edilmiş, “AD 0048396” fərdi identifikasiya nömrəli xidməti vəsiqənin kserosurətindən görünür ki, Şəxs N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edir. İş üzrə materiallara əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən elektron sorğulama sürücülük vəsiqəsi çıxarış məlumatlarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək “BD422316” nömrəli, “B1, B, C1, C” kateqoriyalı sürücülük hüququ vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək ona təqsirləndiyi maddələrin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törədildiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində təhbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə təqsirini boynuna almasını və əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Bununla yanaşı məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş şəxs Şəxs avtomobili etibarnamə olmadan və sərxoş vəziyyətdə idarə edərək inzibati xəta törətmişdir. Buna görə də məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs törətdiyi ciddi xətaya görə sanksiya çərçivəsində təhbeh edilməlidir. Qərarın icrası onun xidmət etdiyi ərazi üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 150-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 333.1-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində olan qərarın icrası onun xidmət etdiyi ərazi üzrə Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən Hakim : İslam Neymanov
Məhkəmə qərarları › İş №3-1(096)-30/2024
Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-30/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver