Azərbaycan Respublikası adından QƏRARDAD Cəlilabad rayonu İş № 3-1(096)-4/2025 13.02.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlu, Lənkəran Hərbi Prokurorluğundan daxil olmuş Şəxs Hikmət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair materiala baxaraq, MÜƏYYƏN ETDİM: Lənkəran Hərbi prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən Xəlilov X1 Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Xilasetmə taborunun Xilasetmə bölüyünün Xilasetmə tağımının Xilasetmə manqasının xilasedici-kimyaçısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edərkən, 16 dekabr 2024-cü il tarixdə, saat 17:00-da həmin hərbi hissənin Xilasetmə tağımının Xilasetmə manqasının, xilasediciçilingəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən X2 ilə yeməkxana fəhləsi naryadında olarkən yeməkxana növbətçisindən icazə alaraq istirahət edən zaman qol güləşi etmək qərarına gəlmişlər. Həmin vaxt əsgər T.N.Abbaov qolunun güclü olduğunu bildirdiyindən o, öz üstünlüyünü nümayiş etdirmək məqsədilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq əsgər Zərərçəkmiş şəxs qolundan tutaraq özünə tərəf dartmaqla boynunu qolunun arasına keçirib sıxmaqla ona qarşı zor tətbiq etmiş, nəticədə sonuncu «sol qulaqaltı, sağ almacıq nahiyəsində sıyrıqlar» diaqnozu ilə müşayiət olunan sağlamlığa zərər vurmadığına görə Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışdır. Şəxs Hikmət oğlu törətdiyi qayda pozuntusuna görə Lənkəran Hərbi Prokurorluğu tərəfindən xx.xx.2025-cxi il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və inzibati material baxılması üçün 13 fevral 2025-ci il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İşin baxılması Cəlilabad Hərbi Məhkəməsinin səlahiyyətlərinə aiddir, inzibati xəta haqqında işin materialları Azərbaycan Respublikası İXM-nin tələblərinə müvafiq olaraq tərtib edilmiş, işin icraatını rədd edən hallar mövsud deyil, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmış, iş üzrə vəsatətlər və etirazlar yoxdur. Bununla yanaşı hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə materiallara hazırda baxılması qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılması haqqında qərar bu Məcəllənin 103-cü maddəsi ilə müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddəti ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs Azərbaycan Ruspublikasının hüdudlarından kənraa əcnəbəilərə və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İXM-nin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası məhkəmələrində kargüzarlığın aparılmasına dair təlimatın 298-4-cü bəndinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan işlərə protokol daxil olduğu gün baxılmalı olduğundan məhkəmə iclas katibi (məsləhətçi) protokol tərtib etmiş orqanın əməkdaşlarının iştirakı ilə məhkəmə iclasına çağırılmalı olan şəxslərin həmin gün məhkəməyə gətirilmələrini təşkil edir. Qanunun yuxarıda qeyd edilən müddəalarına görə inzibati həbs nəzərdə tutulan inzibati xəta haqqında işlərin baxılmasına birmənalı olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı mütləqdir və bu işlərə işin məhkəməyə daxil olduğu gün baxılmalıdır. Habelə qanunun tələblərinin yerinə yetirilməsi üçün bu cür hallarda inzibati xətaya dair materialları məhkəməyə göndərmiş səlahiyyətli şəxs barəsində icraat aparılan şəxsin və digər şəxslərin də məhkəməyə təqdim olunmasını təmin etməlidir. Buna baxmayaraq inzibati işin materialları məhkəməyə poçt vasitəsilə göndərilməklə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmədə iştirakı təmin edilməmişdir. Məhkəmə tərəfindən barəsində icraat aparılan şəxsin dərhal baxılmalı olan iş üzrə iştirakının təmin edilməsi praktiki baxımdan mümkün deyildir. Belə olan halda isə inzibati həbs tənbeh növü nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatda mövcud olan bu natamamlığın material daxil olduğu gün məhkəmə tərəfindən tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini də həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində göstərilir ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokol və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılmasına dair qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, qanunvericiliyin tələbinə görə sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulan inzibati xəta haqqında işə xətanı törətməsi ehtimal olunan şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraata baxılmasına dair qərar qəbul edildikdən sonra və inzibati material daxil olan gün baxılmalı olduğundan habelə mövcud natamamlığın işə baxılarkən tamamlanması mümkün olmadığından inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasına dair qərar və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair» 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlarından apelyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109.1.6 maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Hikmət oğlunun Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində olan inzibati xəta haqqında iş üzrə icraatın materialı natamam olduğundan, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs təqdim edilmədiyindən materiallar Lənkəran Hərbi Prokurorluğuna geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim : İslam Neymanov.
Məhkəmə qərarları › İş №3-1(096)-4/2025
Cəlilabad Hərbi Məhkəməsi Qərardad — İş №3-1(096)-4/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver