Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-5/2025 06.03.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə mayoru X1, Zərərçəkmiş şəxs və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xx xxxxxxx 2005-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “SX № 0806555” hərbi identifikasiya nömrəli hərbi bileti olan, N saylı hərbi hissənin Xilasetmə taborunun, Xilasetmə bölüyünün, Xilasetmə taqımının, Xilasetmə manqasının xilasedici-kimyaçısı vəzifəsində, əsgər rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Hikmət oğlunun barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokuroroluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Hikmət oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 06 mart 2025-ci il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs Hikmət oğlu N saylı hərbi hissənin Xilasetmə taborunun Xilasetmə bölüyünün, Xilasetmə taqımının, Xilasetmə manqasının xilasedici-kimyaçısı vəzifəsində, əsgər rütbəsində hərbi xidmət keçən zaman, həmin hərbi hissənin Xilasetmə taqımının, Xilasetmə manqasının xilasedici-çilingəri vəzifəsində, əsgər Zərərçəkmiş şəxs ilə yeməkxana fəhləsi naryadında olarkən yeməkxana növbətçisindən icazə alaraq istirahət edən zaman qol güləşi etmək istəmişlər. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs qolunun güclü olduğunu bildirdiyi üçün o, üstünlüyünü nümayiş etmək məqsədilə tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq əsgər Zərərçəkmiş şəxs qolundan tutub özünə tərəf dartaraq boynunu qolunun arasına keçirib sıxmaqla zor tətbiq etmiş, nəticədə sonuncu “Sol qulaqaltı, sağ almacıq nahiyyəsində sıyrıqlar” diaqnozu ilə müşayiət olunan sağlamlığa zərər vurmadığına görə dərəcəsinə təyin edilməyən bədən xəsarətləri almışdır. Qeyd olunan faktı izahatları alınmış Şəxs Hikmət oğlunun özündən başqa Zərərçəkmiş şəxs izahatlarında təsdiq etmişlər. İş üzrə materiallara əlavə edilmiş, Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 1152 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət - “Sol qulaqaltı, sağ almacıq nahiyyələrində sıyrıqlar” sağlamlığa zərər vurmadıqlarına görə dərəcəsi təyin edilməyən xəsarətlərdir. Həmçinin qərarda müddəti və şəraitinin qərarda göstərilənlərə uyğun gəldiyi göstərilmişdir. İş üzrə materiallara əlavə edilmiş, N saylı hərbi hissə tərəfindən verilmiş arayışa əsasən xx.xx.2024-cü il tarixdə əsgər Şəxs Hikmət oğlu ilə əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissədən verilmiş xidməti xasiyyətnamədən görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Hikmət oğlu xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, əsgər Şəxs Hikmət oğlunun Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi ilə bağlı əməlində cinayət tərkib əlamətləri mövcud olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Hikmət oğlunun tabelik münasibətlərində olmadığı həmin hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməsi Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsinin tələblərini pozması faktı ilə bağlı inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hikmət oğlunun təqsiri özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs Hikmət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs Hikmət oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsinə əsasən intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Hərbi qulluqçulara ictimai işlər, həmçinin bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən inzibati təhbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati təhbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə inzibati xətalar haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə tərəflərin fikrini dinləyərək hesab edir ki, Şəxs Hikmət oğlunun hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını nəzərə alınaraq, ona Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmədən, törətdiyi əmələ görə intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xəta haqqında iş üzrə materialın onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına göndərilməklə hərbi hissə komandanlığı tərəfindən intizam qaydasında cəzalandırılması məqsədə uyğundur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hikmət oğlunun Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsi ilə təqsirləndirildiyi inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, törətdiyi əmələ görə N saylı hərbi hissənin komandanlığı tərəfindən intizam məsuliyyətinə cəlb edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.3, 16.4, 30, 34-1, 40.0.1, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Hikmət oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.2-ci maddəsinə əsasən Şəxs Hikmət oğlunun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün Şəxs Hikmət oğlunun barəsində olan material N saylı hərbi hissənin komandanlığına göndərilsin. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən Hakim : İslam Neymanov
Məhkəmə qərarları › İş №3-1(096)-5/2025
Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-5/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver