Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-6/2024 27.02.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran hərbi prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq hərbi qulluqçusu, mayor xx xxxxxx 1978-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində 4 uşağı olan, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq hərbi qulluqçusu vəzifəsində xidmət etmiş, hazırda təqaüdə buraxılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206cı maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 20 fevral 2024-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs 2022-ci ilin may ayının əvvəllərində Şirvan şəhəri Əli Bayramov küçəsi ilə gedərkən 1 büküm siqaretin içərisinə yerlədirilmiş “marixuana”nı yerdən tapıb cibinə qoymuş, daha sonra həmin narkotik vasitə olan “marixuana” təxminən 1 il üzərində qalsa da, hər hansı bir şəkildə istifadə etməmiş, lakin 27 may 2023-cü il tarixdə Bakı şəhərində toyda iştirak etdikdən sonra yaşadığı Şirvan şəhərinə gələrkən həmin bükümdəki “marixuana”nı çıxarıb yolda çəkmişdir. Məhkəmə iclasında, inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, 2022-ci ilin may ayının əvvəllərində Şirvan şəhəri Əli Bayramov küçəsi ilə gedərkən 1 büküm siqaretin içərisinə yerlədirilmiş “marixuana”nı yerdən tapıb cibinə qoymuş, daha sonra həmin narkotik vasitə olan “marixuana” təxminən 1 il üzərində qalsa da, hər hansı bir şəkildə istifadə etməmiş, lakin 27 may 2023-cü il tarixdə Bakı şəhərində toyda iştirak etdikdən sonra yaşadığı Şirvan şəhərinə gələrkən həmin bükümdəki “marixuana”nı çıxarıb yolda çəkmişdir. İş üzrə materiallarda olan, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mərkəzi labarotoriyaya tədqiqat üçün təqdim olunan Şəxs məxsus 30 ml sidik və 3 ml qan nümunələrinin tərkibi geniş şəkildə araşdırılmış və nəticədə müayinə olunan şəxsin qan və sidik nümunəsində “marixuana” (THC) aşkar edilmişdir. İş üzrə materiallara əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasından xx.xx.2024-cü il tarixdə prokuroroluğa daxil olan Şəxs barəsində X1 Tibbi Yoxlamanın xx.xx.2024-cü il tarixli, 68 №-li rəyinin nəticə hissəsindən görünür ki, Şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olmuş, lakin asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunmamışdır. Həmçinin məcburi müalicəyə ehtiyac bilinməmişdir. İş üzrə materiallarında olan, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, SHXÇDXnin sabiq əməkdaşı mayor, Şəxs xx.xx.2017-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin rəisinin müavini-Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi, xx.xx.2017-ci il tarixdən SHXÇDX-nin Sabirabad RŞ-nin rəisinin müavini-Səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək isə Xidmətin Mərkəzi Çağırış Məntəqəsinin ümumi şöbəsinin zabiti vəzifələrində xidmət etmişdir. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Şəxs 27 may 2023-cü il tarixdə Bakı şəhərində toy mərasimindən çıxdıqdan sonra yolda olarkən bir il əvvəldən cibində saxladığı 1 büküm siqaretin içərisinə yerləşdirilmiş “marixuana”nı çəkmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində onun qan və sidik nümunələrində narkotik vasitə olan “marixuana” aşkar edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq hərbi qulluqçusu, mayor Şəxs qan və sidik nümunələrində narkotik vasitə olan “marixuana” (THC) aşkar edilməsi faktı ilə bağlı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq materiallar aidiyyəti üzrə baxılması üçün Cəlilabad Hərbi Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, cinayət işinin rədd edilməsi haqqında qərar, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə təqsirini boynuna almasını və əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı törədilməsi məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qərarın icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117 və 128-ci maddələrini rəhbər tutaraq hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs barəsində olan qərarın icrası onun yaşadığı və qeydiyyatda olduğu ərazi üzrə Şirvan şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3-1(096)-6/2024
Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-6/2024
27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver