Məhkəmə qərarları › İş №3-1(096)-7/2025

Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-7/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-7/2025 18.06.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Rəhimov Ceyhun Cəfərqulu oğlunun katibliyi ilə, Lənkəran Hərbi Prokurorunun köməkçisi vəzifəzi üzrə stajor X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xx xxxxxx 2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, “SX № 0822534” hərbi identifikasiya nömrəli hərbi bileti olan, N saylı hərbi hissənin maddi-texniki təminat bölüyünə ezam olunmuş, 8-ci sərhəd zastavasının təminat manqasının sürücü-atıcısı vəzifəsində, əsgər rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokuroroluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 13 iyun 2025-ci il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs N saylı hərbi hissənin 4-cü sərhəd komendantlığının təminat-mühafizə tağımının atıcısı kimi madditexniki təminat bölüyünə ezam olunduğu zaman, 29 mart 2025-ci il tarixdə, saat 12 radələrində “bölük növbətçisi” xidmətində olan əsgər Zöhrab Abdullayev istirahətdə olduğu üçün onu müvəqqəti əvəz edərkən əsgər yataqxanasına daxil olaraq nahar yeməyi ilə əlaqədar, N saylı hərbi hissənin maddi-texniki təminat bölüyünə ezam olunmuş, 8-ci sərhəd zastavasının təminat manqasının sürücü, əsgər Şəxs düzülüşə çağırmışdır. Bu zaman əsgər Şəxs “patrul nəfəri” xidmətini təhvil verdiyi üçün kofe içərək istirahət etdiyini, kofe içdikdən sonra gələcəyini dediyi üçün əsgər Zərərçəkmiş şəxs düzülüşə getmiş, lakin bir neçə dəqiqə keçməsinə baxmayaraq əsgər Şəxs düzülüşə gəlmədiyi üçün əsgər Zərərçəkmiş şəxs əsgər yataqxanasına gedərək əsgər Şəxs düzülüşə çağırmışdır. Həmin vaxt əsgər Şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək” kimi tələblərini kobud şəkildə pozub əsgər Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadə işlədərək şərəf və ləyaqətini alçaltmış, daha sonra sinə nahiyyəsindən bir yumruq zərbəsi vurmuş, güləş fəndi ilə yerə yıxaraq sifət və boğaz nahiyyəsindən əli ilə sıxaraq sonuncuya qarşı zor tətbiq etmişdir. Qeyd olunan faktı izahatları alınmış Şəxs özündən başqa zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və şahid qismində izahatı alınmış Şahid da təsdiq etmişlər. İş üzrə materiallarda olan, xx.xx.2025-ci tarixli, 230 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs boyun nahiyyəsində sıyrıqlar müəyyən olunmuş, müəyyən olunmuş xəsarətlər bərk küt əşyanın (əşyalar) təsirindən törənmiş, müxtəlif şəraitlərdə, eləcə də qərarın təsviri hissəsində göstərilmiş şəraitdə əmələ gələ bilməsi inkar olunmur, törənmə müddəti qərarda qeyd ounan xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə maddi-texniki təminat bölüyünün “Bölük növbətçisi” müvəqqəti əvəz etmiş, həmçinin “Gün növbətçisi” xidmətində olmuş əsgər Zərərçəkmiş şəxs ilə həmin vaxt “Patrul nəfəri” xidmətində olmuş əsgər Şəxs ilə aralarında baş vermiş mübahisə zamanı tabelik münasibətləri olmamışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin xx.xx.2023-cü tarixli, 0241 nömrəli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 0122 nömrəli əmrindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İş üzrə materiallarda olan, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2025-ci il tarixdə şəhadətləndirilmiş 887 №-li arayışdan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu, əsgər Şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə tərəfindən verilmiş “Xidməti Vərəqə”dən görünür ki, əsgər Şəxs xidmət etdiyi müddətdə xx.xx.2024-cü il tarixdə etik davranış qaydalarını pozduğuna görə “Şiddətli töhmət” və xx.xx.2025-ci il tarixdə hərbi intizam qaydalarını pozduğuna görə “7 sutka həbs” cəzaları verilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xasiyyətləndirilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. İş üzrə materiallarda olan, N saylı hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli, 088 nömrəli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmaqla Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İş üzrə materiallarda olan, N saylı hərbi hissənin xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, əsgər Zərərçəkmiş şəxs Şəxs qarşı zor tətbiq etməsi faktı üzrə cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir. N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs tabelik münasibətlərində olmadığı həmin hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs qarşı şərəf və ləyaqətini alçaltması və zor tətbiq etməsi Azərbaycan Respublikası İXM-nin 612.1-ci maddəsinin tələblərini pozması faktı ilə bağlı inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi və əmlak vəziyyəti nəzərə alır. Eyni zamanda, inzibati xəta törətmiş şəxs Şəxs cəza təyin edərkən onun əvvəllər də hərbi hissənin hərbi qulluqçusu, baş gizir Əli Süleymanovla mübahisə etməyini və hərbi hissənin komandiri tərəfindən 7 sutka həbs olunmasını, lakin bundan nəticə çıxarmayaraq yenidən eyni xarakterli əməllər törətməsini də nəzərə alır. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 156-cı maddələrini rəhbər tutaraq hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Cəzasını Bakı qarnizonu hərbi hauptvaxtda çəksin. İnzibati xəta törətmiş şəxs Şəxs təyin olunmuş inzibati həbs cəzasının əvvəli icraya yönəldiyi vaxtdan hesablansın. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar