Məhkəmə qərarları › İş №3-1(096)-8/2024

Cəlilabad Hərbi Məhkəməsi Qərar — İş №3-1(096)-8/2024

26.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Cəlilabad rayonu İş № 3-1(096)-8/2024 26.04.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, Lənkəran hərbi prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru Nümayəndə, müdafiəçi– Cəlilabad rayon Vəkil Bürosunun vəkili Vəkil və Zərərçəkmiş şəxs iştirakları ilə, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər xx xxxxxx 2005-ci il tarixdə Şəmkir rayonu, Qaracəmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin 8-ci komendantlığında atıcı vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət edən, N saylı hərbi hissənin 2-ci təlim bölüyünün müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət etmiş, Şəmkir rayonu, Qaracəmirli kəndində qeydiyyatda olan, Şəxs barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair Lənkəran Hərbi prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair materiallar 16 aprel 2024-cü il tarixdə Cəlilabad Hərbi Məhkəməsinə daxil olmuşdur. İş üzrə materiallarda olan sənədlərdən görünür ki, N saylı hərbi hissənin 2-ci təlim bölüyünün müdavimi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs 21 yanvar 2024-cü il tarixdə, saat 14 radələrində asudə vaxt zamanı 2-ci təlim bölüyünün əsgər yataqxanasında olarkən əsgər yoldaşının yeni gələn şəxsi heyətə mələfə payladığını görüb uca səslə “imkan ver istirahət edək” demişdir. Həmin vaxt otaqda olan 2-ci təlim bölüyünün müdavimi, əsgər Zərərçəkmiş şəxs ona “onun nə günahı var, verilən göstərişi icra edir” demişdir. Həmin vaxt o, nalayiq ifadə işlətmiş və bu səbəbdən aralarında sözlü mübahisə yaranmışdır. Mübahisə zəminində o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq sonuncuya qarşı zor tətbiq etməklə “Sol gözaltı nahiyəsinin yumşaq toxumalarının əzilməsi” diaqnozu ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Məhkəmə iclasında, yuxarıda qeyd olunanlar inzibati xəta törətmiş şəxs Şəxs, həmçinin zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və şahidlər Şahid1, Şahid2 araşdırma zamanı verdikləri izahatları ilə tam təsdiq olunmuşdur. İş üzrə materiallarda olan, məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 110 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət- sol gözaltı yumşaq toxumalarının əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilənlərə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcəli təyin edilmir. İş üzrə materiallara əlavə edilmiş, N saylı hərbi hissə tərəfindən verilmiş arayışa əsasən xx.xx.2024-cü il tarixdə əsgər Şəxs və əsgər Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən, N saylı hərbi hissənin 2-ci təlim bölüyünün müdavimi müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şəxs qeyd olunan əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq materiallar aidiyyəti üzrə baxılması üçün Cəlilabad Hərbi Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri özünün səmimi etirafı ilə yanaşı, cinayət işinin rədd edilməsi haqqında qərar, inzibai xəta haqqında protokol, habelə işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək ona təqsirləndiyi maddənin sanksiyası həddində inzibati tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əmələ görə təqsirini boynuna almasını və əməlindən səmimi peşmançılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır. İnzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı törədilməsi məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilməlidir. İş üzrə maddi sübut və məhkəmə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128 və 156-cı maddələrini rəhbər tutaraq hərbi məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 612.1-ci maddəsi ilə təqsirli bilinərək, onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq olunsun. Qərarın icrası onun xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına həvalə edilsin. Qərardan inzibati xəta törətmiş şəxsə qərarın surəti təqdim edildiyi və ya qərar alındığı gündən 10 (on) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar