Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3-1(098)-157/2025 05.08.2025 TƏRTƏR HƏRBİ MƏHKƏMƏSİ Hakim Şəfiyeva Könül Səməd qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X4, Tərtər Hərbi Prokurorunun köməkçisi X8 iştirakı ilə xx xxx 1991-ci il tarixdə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Goranboy rayonu, N nömrəli hərbi hissədə qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, N nömrəli hərbi hissənin 2-ci reaktiv artilleriya divizionunun saxlama və daşıma batareyasının 2-ci saxlama və daşıma tağımının 3-cü nəqliyyatdoldurucu maşın heyətinin baş sürücü-mexaniki vəzifəsində gizir hərbi rütbəsində xidmət etmiş, N mart N5-ci il tarixdə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Ağdam Hərbi Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə Tərtər Hərbi Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Ağdam Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası İXM-in 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair qərar qəbul edilərək məhkəməyə göndərilmişdir. Həmin qərarda göstərilir ki, Şəxs N nömrəli hərbi hissənin 2-ci reaktiv artilleriya divizionunun saxlama və daşıma batareyasının 2-ci saxlama və daşıma tağımının 3-cü nəqliyyat-doldurucu maşın heyətinin baş sürücü-mexaniki vəzifəsində gizir hərbi rütbəsində xidmətdə olarkən müayinələrdən keçmək məqsədilə N sentyabr N4-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Həkim Komissiyasına göndərilmiş, müayinələr bitməsinə baxmayaraq 07 oktyabr N4-cü il tarixdə xidmət yerinə gəlməli olduğu halda N oktyabr N4-cü il tarixdə saat 08:05 radələrində xidmət yerinə qayıtmaqla üzrlü səbəblər olmadan üç gündən artıq, lakin on gündən çox olmayaraq xidmət yerinə gəlməmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 2-ci reaktiv artilleriya divizionunun saxlama və daşıma batareyasının 2-ci saxlama və daşıma tağımının 3-cü nəqliyyatdoldurucu maşın heyətinin baş sürücü-mexaniki vəzifəsində gizir hərbi rütbəsində xidmət etmiş, N mart N5-ci il tarixdə xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. O, N sentyabr N4-cü il tarixdə hərbi xidmətə yararlı olubolmamasının müəyyən olunması məqsədilə müayinə üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-həkim Komissiyasına göndərilməsi ilə bağlı həmin tarixdə Ağcabədi rayonunda dislokasiya olunmuş N nömrəli hərbi hissənin nizami hissəsindən göndərişi götürərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasına getmiş, həqiqətən orada tibbi müayinələrdən keçmişdir. Lakin yaddaş zəifliyi olduğundan, hansı tarixlərdə hospitalda müayinədən keçməsini hazırda xatırlamır. O, müayinədən keçdikdən sonra xx.xx.N4-cü il tarixdə hərbi hissənin tibb xidmət rəisi tibb xidməti kapitanı Rövşən Əzimzadə ilə mobil telefonla əlaqə saxlamış, sonuncuya hospitalda müayinədən keçdiyini, ona hospitalda adını bilmədiyi həkim tərəfindən sənədlərini özünə verə, yaxud xidmət etdiyi hərbi hissəyə poçtla göndərə biləcəkləri ilə bağlı məlumat verildiyini demiş, daha sonra hərbi xidmətdən səhhəti və ailə vəziyyəti ilə bağlı mümkün qədər tez tərxis olunmaq istədiyini, hərbi hospital tərəfindən sənədlər göndərildiyi halda həmin xəstəlik sənədlərinin hərbi hissəyə 15-20 gün ərzində çatacağını bildirərək həmin sənədləri özünündə götürə biləcəyini demişdir. Bundan sonra hərbi hissənin tibb xidmət rəisi kapitan Rövşən Əzimzadə hərbi hissə komandiri ilə danışacağını bildirmiş, daha sonra ona zəng vuraraq ona Bakı şəhərində qalıb sənədləri hospitaldan əlbəəl götürüb hərbi hissəyə gətirməsini bildirmişdir. O, hərbi hissə komandirinin icazəsi əsasında sənədlərinin götürülməsi məqsədilə Bakı şəhərində hospitalda qalmasını 1-ci divizon komandirinin müavini mayor X3 da mobil telefon vasitəsilə məruzə etmişdir. Barəsində olan xəstəlik sənədlərinin hospitaldan onun tərəfindən götürülməsinin onun vəzifəsinə aid olub-olmadığını isə bilməmişdir. Bundan sonra o, qeyd etdiyi sənədlərin götürülməsi məqsədi ilə bir neçə gün öz avtomobilində gecələməklə Bakı şəhərində qalmış, hər gün sənədləşmənin nəticəsi ilə bağlı maraqlanmaq üçün poliklinikaya getmiş, hər dəfə ona sənədlərin hazır olmadığı bildirilmiş, lakin hərbi hissədən ona zəng edərək müayinənin nəticələri ilə bağlı sənədlərin Hərbi həkim Komissiyası tərəfindən poçt vasitəsi ilə hərbi hissəyə göndərildiyi bildirildikdən sonra o xidmət yerinə qayıtmışdır. 16 oktyabr N4-cü il tarixdə 1-ci divizon komandiri polkovnik-leytenant Nahid Nəcəfli mobil telefon vasitəsilə onunla əlaqə saxlayıb adının hərbi hissəni özbaşına tərk edənlərin siyahısında getdiyini və xidmət yerinə qayıtmağını demişdir. Bundan sonra, o, 16 oktyabr N4-cü il tarixdə Mingəçevir şəhərinə yaşadığı evə gələrək N oktyabr N4-cü il tarixdə saat 08:05 radələrində xidmət yeri olan 2-ci diviziona qayıtmışdır. xx.xx.N4-cü il tarixdə hərbi hissə tərəfindən onu N nömrəli hərbi hospitala stasionar müalicə olunması üçün göndərmişlər. O,həmin gün hospitala getmiş, növbətçi həkimə yaxınlaşmış, lakin ona hospitalda stasionar müalicə olunmaq üçün yer olmadığını, ertəsi gün gəlməsini bildirmişlər. O,ertəsi gün yenidən N nömrəli hərbi hissəyə getmiş, ona hospitalda yalnız ambulator şəraitdə müayinə və müalicə edə biləcəklərini, bunun üçün hər gün yaşadığı Mingəçevir şəhərindən Goran təlim mərkəzində yerləşən hospitala gəlibgetmələrini bildirmişlər. O, N nömrəli hərbi hospitala hər gün gedib gəlməkdə çətinlik olduğundan bu şəraitdə müayinə olunmaqdan imtina etmişdir. Onun hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı müayinə edildiyi müddətdən tərxis olunduğu müddətə qədər olan dövr ərzində hərbi xidmətə yararlı olub-olmaması məsələsinə hərbi həkim komissiyası tərəfindən tam aydınlıq gətirilməmişdir. Odur ki, özünü AR İXM-nin 613.2-ci maddəsi ilə təqsirli bilmir və qeyd edilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin tibb xidmətinin rəisi vəzifəsində, kapitan hərbi rütbəsində xidmət edir. O, N sentyabr N4-cü il tarixdə gizir Şəxs Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına ordu sıralarından ehtiyata buraxılması məqsədilə göndəriş vermiş, Şəxs 07 oktyabr N4-cü il tarixdə müayinə müddəti başa çataraq xidmət yerinə qayıtmalı olduğu halda N oktyabr N4-cü il tarixdə xidmət yerinə qayıtmışdır. Şəxs bir dəfə ona zəng edərək həkim komissiyasından keçərək tez bir şəkildə tərxis olunması üçün arayışın cavabının hazır olmasını gözləyəcəyini bildirmişdir. O, cavabında Şəxs orada qalıb arayışın cavabını gözləməsi ilə bağlı söz deməsini hazırda xatırlamadığını, belə bir söz demişdirsə, bunu hərbi hissə komandirinə məruzə etdikdən sonra Şəxs deyə biləcəyini bildirmişdir. Bundan başqa o, Şəxs hərbi həkim komissiyasında müayinədən keçdikdən sonra hansı vaxtda xidmət yerinə qayıtmalı olması barədə bildirməmişdir. Şəxs hospitala getməsi ilə bağlı verilmiş göndəriş vərəqəsi 21 gün ərzində keçərli olmuşdur. Elçin Hüsyenovun xx.xx.N4-cü il tarixdən xx.xx.N4-cü il tarixədək olan müddət ərzində MN Baş Kliniki Hospitalında müayinədə olmasını və müayinənin xx.xx.N4-cü il tarixdə bitməsini Şəxs bu barədə ona telefonla vasitəsilə məlumat verməsindən sonra bilmişdir. Bundan başqa Elçin Hüsyenova aid olan tibbi kitabçasına baxıb orada həkimlərin qeydlərinə baxmaqla onun hansı müddətlərdə hospitalda müayinə olunmasını bilmək mümkündür. Elçin Hüsenyov xx.xx.N4-cü il tarixdə N nömrəli hərbi hospitala müayinə olunması üçün göndərilmiş, lakin o, müayinə olunmaqdan imtina etmişdir. Lakin həmin imtinanı təsdiq edən sənədlər hazırda hərbi hissədə yoxdur. Şəxs xx.xx.N4-cü il tarixdə MN Mərkəzi Hərbi Poliknikasında müayinə olunub 230 saylı hərbi hospitalda stasionar müalicə olunması üçün məsləhət görüldüyü tarixdən tərxis olunduğu N mart N5-ci il tarixədək olan müddət ərzində hərbi xidmətə yararlı olub-olmaması hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmədiyindən hazırkı vaxta qədər dəqiq bilinməmişdir. O, əlavə olaraq bildirmişdir ki, hərbi qulluqçu hospitala göndəriş vərəqəsini aldıqdan sonra hərbi həkim komissiyasından keçməli və verilmiş rəy hərbi hissənin kadrlar bölməsinə təqdim olunmalıdır. Onun fikrincə, hərbi qulluqçu hərbi həkim komissiyasında müyinədən keçə bilmədikdə, həftənin şənbə günü hərbi hissəyə qayıtmalıdır. Yəni, hərbi qulluqçu hospitala müayinə üçün göndərildikdən sonra hərbi həkim komissiyasından müayinədən keçə bilmirsə, 5 gündən sonra xidmət yerinə qayıtmalıdır. Hərbi qulluqçu xidmət yerinə qayıtdıqdan sonra hərbi hissə komandiri tərəfindən hərbi qulluqçunun xidmət yerinə qayıtması ilə bağlı müvafiq əmr verilməlidir. Hərbi qulluqçu növbəti həftənin 1-ci günü yenidən müayinə olunması üçün hərbi həkim komissiyasına təqdim olunmalıdır. Şəxs verilmiş göndəriş vərəqi 21 gün müddətində qüvvədə olmuş, ona 7 oktyabr N4-cü il tarixdə yeni göndəriş vərəqəsi verilməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, N nömrəli hərbi hissənin 2-ci divizionunun 1-ci saxlama və daşıma batareyasının komandirinin vəzifələrini icra etməklə leytenant hərbi rütbəsində xidmət edir. Şəxs N sentyabr N4-cü il tarixdə ordu sıralarından ehtiyata buraxılması ilə əlaqədar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilmiş, 07 oktyabr N4-cü il tarixdə müayinə müddəti bitməsinə baxmayaraq həmin tarixdə xidmət yerinə qayıtmalı olduğu halda N oktyabr N4-cü il tarixdə saat 08:05 radələrində xidmət yerinə qayıtmışdır. Şəxs 07 oktyabr N4-cü il tarixdə müayinə müddətinin bitməsi ilə bağlı rəsmi sənəd olmamış, Şəxs hospitalda müayinəsinin bitməsi və hərbi xidmət yerinə qayıtması ilə bağlı məlumatı sonuncu ona özü mobil telefon vasitəsilə məlumat verdikdən sonra bilmişdir. Çünki onun əlində bununla bağlı heç bir rəsmi məlumat olmamışdır. Həmçinin o, Şəxs 07 oktyabr N4cü il tarixdə müayinə müddətinin bitməsi ilə bağlı məlumatı hərbi hissənin hərbi hospitalda nümayəndəsi olmadığından hərbi hissənin nizami hissəsindən öyrənmişdir. X12 MN Baş Kliniki Hospitalında müayinədən keçməsi, müayinənin xx.xx.N4-cü il tarixdə bitməsi və sonuncunun hərbi xidmətə yararlı olması barədə dəqiq məlumatı olmamışdır. Şəxs hərbi xidmətə yararlı olmasını hərbi həkim komissiyası müəyyən edir, o, batareya komandiri kimi Şəxs hərbi xidmətə münasibətini yalnız xarakterizə edə bilər. O, həmçinin izahatında bildirmişdir ki, onun hərbi qulluqçu müayinəyə göndərilərkən müayinədən sonra hospitaldan xəstəliklə bağlı sənədlərinin şəxsin özü tərəfindən götürülməsinə icazə vermək səlahiyyəti olmamışdır. Bu icazə hərbi hissə komandiri və ya müavinləri tərəfindən verilə bilərdi. Əgər hərbi hissə komandiri tərəfindən Şəxs müayinədən sonra qalıb hospitaldan xəstəliyi ilə bağlı sənədini götürməsinə icazə verilmişdirsə, bu halda Şəxs barəsində xx.xx.N4-cü il tarixdə xidmət yerinə qayıtmaması ilə bağlı raport yazıla bilməzdi. Məhkəmə iclası zamanı əlavə şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, N nömrəli hərbi hissədə tibbi xidmətinin rəisi vəzifəsini icra edir, amma özü feldşerdir. Şəxs hərbi xidmət yerinə vaxtında qayıtmaması ilə bağlı hərbi hissə komandirinə ünvanlanmış raport onun tərəfindən verilmişdir. Lakin həmin raport onun verilməsinə əsas olan hər hansı rəsmi sənəd olmamaqla R.Əzimov tərəfindən ona bildirilmiş şifahi məlumat əsasında verilmişdir. Şəxs tibbi müayinəsinin xx.xx.N4-cü il tarixdə bitməsini təsdiq edən hər hansı sənəd onda yoxdur. Həmçinin o, öz izahatında bildirmişdir ki, Şəxs həmin müddət ərzində hərbi xidmətə yararlı olub-olmaması hazırkı vaxta qədər müəyyən edilməmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N4-cü il tarixli 293 nömrəli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə gizir Şəxs Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müalicəyə getmiş hesab edilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli 310 nömrəli əmrindən çıxarışdan görünür ki, N sentyabr N4-cü il tarixdən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında müayinədə olan gizir Şəxs 07 oktyabr N4-cü il tarixdən müayinə müddəti bitsə də xidmət yerinə gəlmədiyi üçün xidmət yerini özbaşına tərk etmiş hesab edilərək bütün növ təminatları dayandırılmışdır. İşdə olan N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli 312 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Şəxs N oktyabr N4-cü il tarixdə saat 08:05-də xidmət yerinə gəlmiş hesab edilərək, bütün növ təminatlara qoyulmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 may N5-ci il tarixli qərardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu gizir Şəxs 07 oktyabr N4-cü il tarixdən N oktyabr N4-cü il tarixədək xidmət yerinə vaxtında qayıtmaması əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası Cinayət-prosessual məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 12 iyun N5-ci il tarixli qərardan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 613.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan həqiqi hərbi xidmətin müddətinin uzadılması haqqında bağlaşmanın surətindən görünür ki, bağlaşma bağlayan şəxs gizir Şəxs 1 (bir) ilədək, yəni N oktyabr N4-cü ilədək xidmət müddətinin artırılmasını xahiş etmişdir. İşdə olan N nömrəli hərbi hissə komandirinin N mart N5-ci il tarixli 71 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir Şəxs «hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə N mart N5-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatilardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinə göndərilmişdir. İşdə olan AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.N4-cü il tarixli 9430 saylı arayışının surətindən görünür ki, Şəxs N nömrəli hərbi hissəyə stasionar müalicəyə göndərilməsi məsləhət görülmüşdür. İşdə olan AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 10735 saylı arayışının surətindən görünür ki, Şəxs stasionar müayinədən sonra şəhadətləndirilməli olması qeyd edilmişdir. İşdə olan N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş xx.xx.N4-cü il tarixli göndərişdən görünür ki, Şəxs N nömrəli hərbi hissəyə göndərilmişdir. Məhkəmə inzibati xəta üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv olaraq araşdıraraq belə nəticəyə gəlir ki, Ağdam Hərbi Prokurorluğunun Şəxs İXM-nin 613.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən yalnız, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün, hakimin və ya səlahiyyətli orqanın əsaslana bildiyi faktiki məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqdan görmüş və bunları arzu etmişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 613.2-ci maddəsinə əsasən zabitin, miçmanın, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun üzürlü səbəblər olmadan hərbi hissəyə və ya xidmət yerinə vaxtında gəlməməsi 3 gündən artıq, lakin 10 gündən çox olmayaraq törədildikdə həmin maddə ilə inzibati məsuliyyət yaradır. Məhkəmə ilkin olaraq qeyd edir ki, Şəxs AR İXM-nin 613.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı Ağdam Hərbi Prokurorluğu tərəfindən məhkəməyə təqdim edilmiş materiallar inzibati xəta haqqında iş üzrə qərar qəbul etmək üçün kifayət etmədiyindən, məhkəmə tərəfindən müvafiq sorğular verilməklə, əlavə sübutlar toplanmış, əlavə şahidlər dindirilmişdir. Bundan başqa AR Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinə müvafiq sorğular ünvanlanaraq gizir Şəxs Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 2 oktyabr N4-cü il tarixli, 9430 nömrəli arayışı əsasında və ya müvafiq göndəriş əsasında N4-cü ilin oktyabr- noyabr ayları ərzində N nömrəli hərbi hissədə stasionar müalicədə olub-olmaması, eləcə də müvafiq şərait yaradılmasına baxmayaraq stasionar müalicədən imtina edib- etməməsi barədə məlumatları özündə əks etdirən sənədlərin məhkəməyə göndərilməsi bildirilsə də, həmin sorğuya cavab olaraq məhkəməyə hər hansı rəsmi sənəd təqdim edilməmişdir. Beləliklə, Məhkəmə, inzibati xəta törətməkdə təqsirli bilinən gizir Şəxs izahatını, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, inzibati xəta ilə bağlı toplanmış sübutları qarşılıqlı təhlil edərək müəyyən etmişdir ki, gizir Şəxs N nömrəli hərbi hissə komandirinin N sentyabr N4-cü il tarixli 02 nömrəli əmri əsasında həmin tarixli 1042 saylı göndərişi ilə «hərbi xidmətə yararlığın təyini» üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına göndərilmiş, o, orada olarkən konsultasiya olunmuş, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklikasının xx.xx.N4-cü il tarixli 9430 saylı arayışına əsasən Şəxs “S 66 - Sol tərəfli akro mio klavikulyar artroz. Bissept tendonoviti, S 06 xroniki altı immun tridodit ilə müşayiət olunan düyünlü ur teroid forma böyük” və “Z 86.5 psixi sağlam anamnezində dissosiativ reaksiya K 00.00 ikincili adentiya” dioqnozu qoyulmaqla, hərbi xidmətə yararlı olub-olmamasının müəyyən edilməsi məqsədilə, ona 230 saylı hərbi hospitalda stasionar müalicəyə göndərilməsi məsləhət görülmüşdür. Həmin müayinənin nəticəsini özündə ək etdirən sənəd poçt vasitəsilə N nömrəli hərbi hissəyə göndərilmiş, lakin, nə bu barədə, nə də ilkin müayinənin nəticəsi barədə Şəxs bildirilməmişdir. Yalnız 7 oktyabr N4-cü il tarixdə Şəxs müayinələrin bitdiyi barədə məlumat verilmiş, o, bu barədə xidmət etdiyi hərbi hissənin aidiyyəti vəzifəli şəxslərini məlumatlandırmışdır. N sentyabr N4-cü il tarixli 1042 saylı göndəriş 21 gün müddətinə etibarlı olduğundan və Şəxs həmin sənədi özünün gətirə biləcəyi bildirildiyindən, Şəxs tibb müəssisəsinin yerləşdiyi Bakı şəhərində qalmış və hər gün müayinənin nəticəsi ilə bağlı tibb müəssisəsinə baş çəkmişdir. N oktyabr N4-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklikasının xx.xx.N4-cü il tarixli 9430 saylı arayışı N nömrəli hərbi hissəyə poçt vasitəsilə daxil olduqdan sonra, 16 oktyabr N4-cü il tarixdə bu barədə Şəxs məlumat verilmiş, o, Bakı şəhərindən qayıdaraq, xx.xx.N4-cü il tarixdə saat N radələrində hərbi hissəyə gəlmişdir. Məhz, xx.xx.N4-cü il tarixli 9430 saylı arayış N nömrəli hərbi hissəyə daxil olduqdan sonra gizir Şəxs 7 oktyabr N4-cü il tarixdə müalicəsinin bitməsinə baxmayaraq, hərbi hissəyə qayıtmadığına dair raport təqdim edilmiş və bununla bağlı əmr verilmişdir. Bundan sonra səhhətində problemlər olmasına və müvafiq arayışda qeyd edilməsinə baxmayaraq, N və N nömrəli hərbi hissələr tərəfindən Şəxs stasionar müalicə olunması təmin edilməmiş, bununla da həmin ərəfələrdə onun hərbi xidmətə yararlı olubolmadığı müəyyənləşdirilməmişdir. İşə baxılması ilə əlaqədar Şəxs 7 oktyabr N4-cü il tarixdə hərbi hissədə olmalı olduğuna dair məhkəməyə nə sənəd təqdim edilə, nə də ağlabatan izah verilə bilməmişdir. Müəyyən edilmişdir ki, N nömrəli hərbi hissənin vəzifəli şəxsləri, məhz Şəxs məlumatları əsasında onun 7 oktyabr N4-cü il tarixdə müayinəsinin bitdiyi qənaətinə gəlmişlər. Şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin tibb xidmətinin rəisi vəzifəsində, kapitan X6 izahatında “Şəxs tibb müəssisəsində qalıb arayışın cavabını gözləməsi ilə bağlı söz deməsini hazırda xatırlamadığını, belə bir söz demişdirsə, bunu hərbi hissə komandirinə məruzə etdikdən sonra Şəxs deyə biləcəyini” göstərməsindən məlum olur ki, hərbi hissə komandirinin razılığı olduqda, tibb müəssisəsinə göndərilmiş hərbi qulluqçunun, müvafiq sənədi götürmək üçün müəssisənin yerləşdiyi yerdə qalması və sənədi şəxsən götürərək hərbi hissəyə çatdırması hallarına yol verilməklə, bu cür təcrübə formalaşmışdır. Belə olan halda, məhkəmə Şəxs izahatını, natamam məlumatların göstərildiyi sənədlərdən, həmçinin hadisəni “dəqiq xatırlamayan” şahidlərin ifadəsindən daha mötəbər hesab edir. Belə ki, onun izahatında göstərdikləri bir-birini tamamlamaqla, hadisənin yuxarıda qeyd edilən kimi baş verdiyini müəyyən etməyə imkan verir. Qeyd edilənlər, Məhkəməyə gizir Şəxs hərbi xidmət yerinə vaxtında gəlməməsinə dair müvafiq sənədləşmənin aparılması ilə müayinəni həyata keçirən tibb müəssisəsi tərəfindən tərtib edilən arayışın Şəxs tərəfindən deyil, N oktyabr N4-cü il tarixdə poçt vasitəsilə hərbi hissəyə daxil olması arasında səbəbli əlaqə olduğu qənaətinə gəlməyə imkan verir. Belə ki, hadisələrin bu cür gedişatı müayinənin nəticəsinə dair sənədin tibb müəssisəsi tərəfindən Şəxs veriləcəyi və həmin sənədin onun tərəfindən hərbi hissəyə təqdim ediləcəyi təqdirdə, onun barəsində hərbi xidmət yerinə vaxtında qayıtmama ilə bağlı hər hansı araşdırma aparılmayacağına əminlik yaradır. Məhkəmə, həmçinin, 21 gün müddətinə etibarlı olan göndəriş olmasına baxmayaraq, adına göndəriş verilmiş şəxsin hər həftənin şənbə günü hərbi hissəyə qayıtmalı olduğuna, növbəti həftənin bazar ertəsi günü yenidən müayinə üçün müvafiq tibb müəssisəsinə getməli olduğuna dair verilən izahı da ağlabatan və məntiqli hesab etmir. Çünki bu cür şərtin mövcudluğu, həmin göndərişin faktiki olaraq 5 gün müddətinə verildiyinin, eləcə də, xəstəlikdən əziyyət çəkən şəxslərin səhhətinə, onların sağlamlıqlarının pozulmasına biganə yanaşıldığının göstəricisi olardı. Bundan başqa, olduğu təqdirdə bu cür şərtin pozulmasının hüquqi məsuliyyət yaradacağı nəzərə alınmaqla, bu barədə göndərişdə də müvafiq qeydlər olmalı idi. Məzmunundan göründüyü kimi İXM-in 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta subyektiv cəhətdən qəsdən törədilən inzibati xətalara aiddir. Həmçinin, hərbi qulluqçunun hərbi hissəyə vaxtında gəlməməsi üzrlü səbəblərdən baş verdikdə, obyektiv cəhət olmadığından İXM-in 613.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın mövcudluğu istisna edilir. Qeyd edilənlərdən məlum olur ki, Şəxs N oktyabr N4-cü il tarixədək hərbi hissəyə gəlməməsi ilə əlaqədar hərəkətləri qəsdən törədilməməklə, həm müayinəni aparan tibb müəssisəsinin, həm də xidmət keçdiyi hərbi hissənin vəzifəli şəxslərinin Şəxs sağlamlığı ilə bağlı vəziyyətə etinasız yanaşması səbəbindən baş vermişdir. Məhkəmə, həmçinin, qeyd edilən səbəbləri, onun hərbi hissəyə vaxtında gəlməməsi üçün üzrlü səbəblər kimi nəzərə alır. Beləliklə, baş vermiş hadisədə inzibati xəta hadisənin özünün mövcudluğu şübhəli olmaqla yanaşı, baş vermiş hadisədə inzibati xəta tərkibinin subyektiv və obyektiv əlamətlərinin də olmadığı məlum olur. Bundan əlavə gizir Şəxs N4-cü ilin oktyabr ayında hərbi xidmətə yararlı olması da şübhəlidir. Belə ki, gizir Şəxs qoyulan diaqnozda göstərilən xəstəliklərin dərəcəsindən asılı olaraq, onun hərbi xidmətə yararlığı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999cu il 24 sentyabr tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də («Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası» və «Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər») müəyyən edilən qaydada «C» kateqoriyası, yəni, “dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” kimi də şəhadətləndirilə bilər. Lakin, səhhətində problemlər olmasına və müvafiq arayışda qeyd edilməsinə baxmayaraq, N və N nömrəli hərbi hissələr tərəfindən Şəxs stasionar müalicə olunması təmin edilməmiş, bununla da həmin ərəfələrdə onun hərbi xidmətə yararlı olub-olmadığı dəqiqləşdirilməmişdir. İşdə olan AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının 10735 saylı arayışının surətindən görünür ki, Şəxs hərbi xidmətə yararlı olub-olmadığını, hətta N4-cü ilin noyabr ayında da müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, hələ xx.xx.N4-xx.xx.N4-cü il tarixdləri arasında şəxsin hərbi xidmətə yararlılığın müəyyən edilməsi üçün stasionar müalicənin tələb edildiyi, həmçinin hərbi xidmətə yararlığın eyni komissiya tərəfindən müəyyən edildiyi halda, indiki məqamda onun həmin müddətdə hərbi xidmətə yararlı olub-olmamasının müəyyən edilməsinin mümükünlüyü ağlabatan deyil. Göründüyü kimi, Şəxs 07 oktyabr N4-cü il tarixdən N oktyabr N4-cü il tarixədək olan dövr ərzində hərbi xidmət əleyhinə olan inzibati xətalar üzrə subyekt ola bilməsinə dair şübhələr əsaslı olmaqla, onun bu müddət ərzində hərbi xidmətə yararlı olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu şübhələrin aradan qaldırıla bilinməməsi, Şəxs həmin tarixlərdə xidmət yerinə vaxtında gəlməməsi bağlı hərəkətinin inzibati məsuliyyətə səbəb olan bütün hüquqi nəticələrini əhəmiyyətsiz edir. Bununla da, baş vermiş hadisədə inzibati xəta tərkibinin subyektinin mövcudluğu da şübhəli olur. Belə olan halda, Məhkəmə, bu məqamın inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qanunun sadalanan tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-nin 613.2-ci maddə ilə olan icraata xitam verilməlidir. İXM-nin 61.1.5-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüquqları vardır. Təqsirləndirilən şəxs Şəxs məhkəmə icraatı zamanı müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi dövlət hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tərtər Rayon Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmişdir. CPM-nin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 28 aprel N5-ci il tarixli, 141 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə məhkəmə icraatı zamanı göstərilmiş 03 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X4 işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul köçürülməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 112, 114, 128, 130-cu maddələrini əldə rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 613.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından vəkil X4 işlədiyi Tərtər Rayon Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa şikayət və ya protest verilə bilər. Sədrlik edən: Könül Şəfiyeva
Məhkəmə qərarları › İş №3-1(098)-157/2025
Tərtər Hərbi Məhkəməsi Qərar — İş №3-1(098)-157/2025
05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver